yuxu

Yuxunun 10 faydası

Baxış sayı: 2. 082

Yuxu, hər şeydən əvvəl, orqanizmin özünü yenidən “bərpa etməsi” üçün vacibdir. Ancaq yuxunun başqa faydaları da yox deyil. Beləliklə, yuxunun 10 faydası…

1. “Sağlam” yuxu-sağlam ürək: Yuxusuzluq hüpertoniyadan infarkta qədər müxtəlif ürək-damar problemlərinə gətirib çıxarır. Çünki orqanizm yuxusuz qaldıqda kortizol kimi stres hormonları artır. Bu isə ürəyin daha çox yorulmasına səbəb olur.

2. Artıq çəkiyə “yox” deyək: Yaxşı yuxu çəkinizin azalmasına səbəb olmasa da, artmasına da səbəb olmur. Hətta, çox vaxt yaxşı yuxu sizi artıq çəkidən qoruyur. Çünki yuxusuzluq iştaha hissinə “nəzarət edən” qrelin hormonunu artırdığı halda, doyma hissinə “nəzarət edən” leptin hormonunu azaldır. Buna görə də, artıq çəkidən xilas olmaq üçün yuxu rejiminizə riayət edin.

3. Qəzaya “yol verməyin”: Yuxusuzluğun bir mənfi təsiri “reaksiya müddətini” azaltmasıdır. Belə ki, hər gecə mütəmadi olaraq 6 saat yatanların qəza etmək ehtimalı 7 və ya 8 saat yatanlarla müqayisədə daha çoxdur. Ümumilikdə, götürdükdə isə 5 saatdan az yuxu qəza ehtimalını 4 dəfə artırır.

4. Güclü immunitet üçün…: Yaxşı yuxu immunitet hüceyrələrinin və immunitet proteinlərinin xəstəliklərlə mübarizədə “möhkəmlənməsinə” kömək edir. Bu da orqanizmin qrip, zökəm və s. kimi infeksiyalarla mübarizə qabiliyyətinizi artırır. Digər tərəfdən, yaxşı yuxu peyvəndlərin də daha effektli olmasına imkan verir.

5. Beynimiz üçün də faydalıdır: Yaxşı yuxunun beyinlə bağlı funksiyaların inkişafında da rolu böyükdür. Buna görə də, yuxusuz keçirdiyimiz hər gecə bu inkişafın qarşısına qoyulmuş bir maneədir.

6. “Başağrısız” baş ağrısı: Baş ağrısının səbəblərindən biri də yuxusuzluqdur. Digər tərəfdən, stres və ya depressiya ilə bağlı baş ağrınız varsa, bunun da qarşısını almaq üçün ən yaxşı yol yatmaqdır. Çünki yuxusuzluq həm streslə, həm də depressiya ilə mübarizə qabiliyyətini azaldır.

7. Həmişə formada olun: Yaxşı yuxu bir az da yaxşı idman kimidir. Belə ki, yaxşı idman orqanizmə müsbət təsir göstərdiyi kimi, yaxşı yuxu da orqanizmə müsbət təsir götərir. Ona görə də, qısamüddətli bir yuxusuzluq belə bu işdə “məhsuldarlığın” azalmasına səbəb olur.

8. Enerjinizi yüksəltmək istəyirsinizmi?: Yaxşı yuxunun enerjinizin yüksəlməsində də rolu böyükdür. Ona görə də, bir gecə belə yuxusuz qalmaq bu enerjidə böyük itkiyə səbəb olur. Nəticədə, orqanizm stresə və depressiyaya qarşı müdafiəsiz qalır.

9. Daha çox “ağrı həddi”: 2012-ci ildə “Sleep” (”Yuxu”) adlı jurnalda dərc olunan araşdırmaya görə iştirakçılar iki qrupa ayrılır. Birinci qrup hər gecə 8 saat, ikinci qrup isə hər gecə 7 saat yatır. Sonra iştirakçılar barmaqlarını bir “istilik mənbəyinə” tuturlar. Nəticədə, 8 saat yatan qrup 7 saat yatan qrupla müqayisədə isitiliyə 25 % daha çox dözür. Bu isə o deməkdir ki, yaxşı yuxunun orqanizmdə “ağrı həddinin” artmasında da rolu böyükdür.

10. Yaxşı yuxu-yaxşı ünsiyyət: Az yuxu yatanlar ətrafındakılarla ünsiyyətdə daha çox problem yaşayırlar. Onlara xas olan xüsusiyyətlərdən biri də optimistlik yox, pessimistlikdir. Bu isə o deməkdir ki, yuxu vərdişimizin ətrafımızdakılara təsiri biz düşündüyümüzdən də böyükdür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir