Qida

Yüzlərlə insanı xəstəlikdən xilas edən QƏDİM RESEPT

Baxış sayı: 706

Bu qarışımın reseptinin min illərlə yaşı var. Şərqdə və Avropada indiki kimi yoluxucu xəstəliklər zamanı insanları qorumaq üçün antibiotikin olmadığı vaxtda təbiblərin köməyinə çatırdı.

Bu vaxta kimi əhəmiyyətini itirməyən çox güclü antivirus, antibakterial təsirli qarışım qan və limfa dövranını tənzimləyib, yad bakteriyaları öldürür. Eləcə də bütün bədəndə qan dövranını aktivləşdirir, qanı sağlamlaşdırır.

Reseptin tərkibində olan məhsulların, xüsusilə sirkənin təbii, əldə hazırlanma olması vacibdir.

7 yaşından 77 yaşına kimi hər kəsin sağlamlıq eliksiri ola bilər.

Resepti təqdim edirik:

Qan və limfa sistemini təmizləyən bu “dərmanı” hazırlamaq üçün alma sirkəsi – 500 milliqram, sarımsaq – 5 diş, soğan – 1 ədəd, qırmızı çili bibəri – 1 ədəd, zəncəfil – 50 qram, xren– 30 qram, sarıkök 1 xörək qaşığı götürülür.

Soğan və sarımsaq xırda-xırda doğranır. Zəncəfil və xren sürtgəcdən keçirilir. Acı bibər bir neçə yerə bölünür, sarıkök də əlavə edilib bankaya yığılır və üstünə sirkə tökülür. Yaxşı-yaxşı qarışdırılır və bankanın qapağı kip bağlanır. Soyuq və qaranlıq yerdə saxlanır.

Banka hər gün çalxalanır, 14 gün sonra tənzifdən süzülür. Yenidən bankaya yığılır və hər gün 1 xörək qaşığı içilir. Banka içindəki məhlul qurtarana qədər sərin yerdə saxlanır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir