Young happy smiling woman eating at kitchen

Zəiflədən bitkilər

Baxış sayı: 3. 136

Arıqladan bitkilər ilə kilo vermənin yolları

Young happy smiling woman eating at kitchen Arıqlamaq üçün müxtəlif yollara müraciət edən insanlar əslində ətrafındakı bənzərsiz bitkilərin fərqinə varmadıqları kimi, arıqlamaq üçün müxtəlif sağlam olmayan üsullara müraciət edərək “arıqlayacağam” deyə düşünür. Ona görə bitkilərdən imtina etməəyərək lazımınca istifadə etməyə qərar verin, bitkilər bədənin müqavimətini gücləndirir və böyük faydalar təmin edir.

1Tərə (vəzəri) bitkisi: İnsan bədənindəki yağları surətli şəkildə yandırmağa köməkçi olur. İncə yarpaqları bişincə ağırlaşdığı üçün çiy istehlak edilməsində fayda vardır. Eyni zamanda içində bol vitamin var.

2Balıq otu bitkisi: Bədənimizdəki kimyəvi maddələri sürətləndirərək  kilo verməyinizə köməkçi olar. Tərkibində mövcud olan maddə əl və ayaq dırnaqlarını gücləndirib, eyni zamanda saç köklərinə güc və parlaqlıq qatır.

3. At quyruğu bitkisi: Sidik sistemi problemlərində mühüm rol oynayır (sidik qaçırtma və s.). Bədəndəki bir çox yağ laylarını  əritmə xüsusiyyəti olan bu bitkini toxumalarını həkim nəzarəti altında istifadə etməniz məsləhət görülür. Çox istifadə etmək böyrəlkərinizə zərər verə bilər.

4. Adaçayı bitkisi: Arıqlamaq üçün ideal bir bitki olan adaçayı iştahınızı bağlamaq və ya azaltmaq xüsusiyyəti var. Ümumilikdə çay olaraq istehlak edilən adaçayını salatlarınıza da biraz əlavə edərək istifadə edə bilərsiniz.

5. Sinameki bitkisi (kassiya, və ya Acktiv Darçın): Bədəndəki qalın bağırsaqda yığılan suyun çəkilməsini təmin edər. Çox istifadə etmək məsləhət görülmür. Sidikqovucu funksiyası da olan bu bitkini nanə və razyana ilə qarışdırıb istifadə etmək olar.

6. Bibəriyə bitkisi: Umumiyyətlə bel və ombada yığılan yağların parçalanması kimi gözəl xüsusiyyətlərə sahib bu bitki bədəndəki qan dövranını sürətləndirərək, sidikqovucu xüsusiyyətini də saxlamaqdadır.

7. Kəklik otu: Bədəndə həzm problemlərini müalicə etmə və metabolizmanı sürətləndirmə kimi xüsusiyyətlərə sahib olan kəklik otu, immunitet sistemini gücləndirərək, gümrahlıq hissi verir.

8. Cəfəri: Maddələr mübadiləsinin sürətli işini təmin edərək kök toxumalarını gücləndirər. Cəfəri salatlarda istifadə edilə, çayların içinə qatıla və çiy olaraq istifadə edilə bilər.

9. Limon və yağı: Limon qabıqlarının sıxılması və su buxarı ilə əldə edilir. Bədən istiliyini normal tutaraq tərləməyə imkan verən, təbii sidikqovucudur. Qarında yığılan yağların və qurdaların məhv olmasına köməkçi olur.

10. Funda yarpağı: İnsan bədənindəki böyrək və sidik kanallarını hərəkətə gətirərək bədəndə olan artıq suları ixrac edər. Çox istifadə zamanı ürək bulanması, təzyiq düşməsi və qusma kimi problemlər yarana bilər. İstifadə dozası orqanizmin quruluşuna görə nizamlanmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir