sevgi

Zəmanə gəncləri necə tanış olub evlənir? – İnternet, barlar…

Baxış sayı: 1. 142

Standford Universitetinin apardığı araşdırmaya görə, sosial şəbəkələr vasitəsilə tanış olub ailə quran cütlüklər hər il artır.

Amerikanın Kalifoniya ştatında yerləşən Standford Universiteti cütlüklərin tanışlıq yollarına dair ətraflı araşdırma aparıb. Bu araşdırma sayəsində keçmişdən bu günə qədər insanların tanışlıq üsulları təsvir edilib.

1. 1995-ci ildə araşdırmaya qatılan 5 min cütlükdən yalnız 2 %-i internetdən tanış olub, bu faizlər 2017-ci ildə 39 %-ə yüksəlib.

2. 1995-ci ildə araşdırmaya qatılan cütlüklərin çoxu ailələri vasitəsi ilə tanış olaraq nikah bağlayıb, lakin bu rəqəm 2017-ci ildə 7 %-ə düşüb.

 

 3. 1995-ci ildə ailələrin 33 faizi dostlarının sayəsində tanış olub, maraqlıdır ki, bu rəqəm də 2017-ci ildə 20 %-ə enib.

4. 1995-ci ildə araşdırmaya qatılan cütlüklərin 19 %-i barlarda tanış olarkən, 2017-ci ildə bu göstərici 27 %-ə qədər yüksəlib.

5. Tədqiqatçılar internet üzərindən tanış olan ailələri ətraflı şəkildə təhlil etdikdə, maraqlı nəticələr əldə edib. Bir-birini daha əvvəlcədən tanıyan, daha sonra internet üzərindən ünsiyyət quran cütlüklərin göstəricilərində 1 % azalma var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir