pul

Zənginliyə aparan yolun 12 sirri

Baxış sayı: 1. 456

SİRR 1: İSTƏK!

Həyatda nə istəyinizdən asılı olmayaraq, sizin istəyiniz olmalıdır ki, arzuladığınız şeyi qazanmaq şansı əldə edəsiniz. İnsanların əksəriyyətinin həyat boyunca uğursuz olmalarının səbəbi ondadır ki, onlar öz ambisiyalarına çatmaq üçün kifayət qədər  İSTƏK ALOVUNA malik deyillər.

SİRR  2: MƏQSƏDLƏR!

Sizin ambisiyalarınızın nədən ibarət olmasından asılı olmayaraq, nə qədər ki, qabağınıza MƏQSƏD(LƏR) qoymamısınız, siz uğur qazana bilməyəcəksiniz.

SİRR 3: ENERJİ!

Tək istək və məqsədlərin olması kifayət etmir. Siz lazımi dərəcədə Mental və Ruhi enerjiyə malik olmalısınız.

SİRR 4: HƏRƏKƏT PLANI!

Tanıdığımız bütün milyonçu və bilyonçuların riayət etdikləri hərəkət planı vardır.

SİRR 5: YARADICILIQ!

Yaradıcılıq – nəyisə həyata keçirmək üçün yeni və daha yaxşı üsullar yaratmaq bacarığıdır. Yaradıcı olmaq üçün siz təxəyyülə, qoçaqlığa, qorxmazlığ və cəsarətə malik olmalısınız.

SİRR 6: RİSKƏ GEDİN!

SİRR 7: BAŞQA ADAMLARIN PULLARINDAN İSTİFADƏ EDİN!

Həqiqət ondadır ki, zəngin olmaq üçün sizə pul lazımdır. Lakin mütləq deyil ki, bu pul sizin olmamalıdır! Zəngin insanlar digər insanların pullarından istifadə edərək sərvət yaratmaq vərdişinə malikdirlər.

SİRR 8: GÜCLƏNDİRMƏ!

Gücləndirmə – hər bir zəngin insanın istifadə etdiyi güclü təsirə malik olan alətlərdən biridir. Amerikanın ən böyük bilyonçularından biri olan Con Pol Qetti deyirdi: “Öz səylərimin 100%-nı istifadə etməkdənsə, mən yüz nəfərin 1% səylərini istifadə edərəm”.  Gücləndirmə – tez bir zamanda varlanmanın qızıl açarıdır.

SİRR 9: ƏZM!

Tanınmış məşhur və zəngin insanların ən güclü keyfiyyətlərindən biri odur ki, onlar HEÇ VAXT təslim olmurlar. Onlar çox əzmlidirlər.

SİRR 10: ŞƏXSİ İNTİZAM!

Milyonçular və bilyonçular – böyük fərdi intizama malik olan insanlardır. Siz özünüzü idarə etməyi bacarmalısınız. Buraya sizin nəyi yeməyiniz və içməyiniz, nə qədər yatmağınız, nə qədər pul xərcləməyiniz, həmçinin nə haqqda fikirləşməyiniz və nəyə inanmağınız və başqa adamlara nələri deməyiniz aiddir.

SİRR 11: DÜZGÜN ÇEVRƏDƏ GƏZİB DOLAŞIN!

Məşhur və zəngin insanların sirrlərini öyrnmək üçün ən asan üsul – onların arasında gəzib dolaşaraq onlarla ünsiyyətdə olmaqdır. Onların danışıqlarına, yeriş tərzlərinə bələd olun və onlar kimi hərəkət edin. Onların olduqları restoran, otel, klub və çimərliklərə gedin. Onların keçirdiyi yığıncaqlara gedin, həmin tədbirlərdə iştirak edin və onlar istirahət etdikləri yerlərdə istirahət edin. Məşhur və zəngin insanlarla ünsiyyət qurduqca siz faydalı məlumatlar və uğurlu imkanlar əldə edəcəksiniz.

SİRR 12: UĞURU YAMSILAYIN!

Məşhur və zəngin adamların, xüsusən də, qarşınıza qoyduğunuz məqsədlərə artıq nail olmuş şəxslərin bioqrafiyalarını oxuyun. Öyrənin ki, onlar öz arzularını həyata keçirməyə necə nail olublar. Onların uğurlarını təkrarlayın (yamsılayın). Onların nailiyyətlərindən istifadə etməyi öyrənin. Bu zənginliyə və uğura doğru aparan yolun qızıl açarıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir