qadin

Zərif qadın obrazı yaratmağın 6 ipucu – FOTOLAR

Baxış sayı: 1. 371

Zərif görünmək üçün kino ulduz olmağınıza və ya çoxlu pul xərcləməyinizə gərək yoxdur. Getdiyiniz hər yerdə insanlara zərif xanım təsiri bağışlamaq istəyirsinizsə, bu yazını mütləq oxumalısınız. Çünki “Gencaile.az” xanımları zərif göstərən ipuclarını təqdim edir.

 

1.Mirvari

Koko Şanel deyib ki, hər qadının mirvariyə ehtiyacı var.

Həqiqətən də mirvari harada istifadə edilməsindən asılı olmayaraq, çox zərif və şıq görünür. İnciniz yoxdursa, saxta mirvarilərdən hazırlanmış aksessuarlardan da istifadə edə bilərsiniz.

Bəzi qadınlar mirvarini sevmədiklərini, öz stillərinə uyğun görmədiklərini deyirlər. Ancaq əminik ki, onlar Jaklin Kennedinin 1960-cı illərdə çəkilmilş fotolarına baxsalar, fikirlərini dəyişəcəklər. Çünki incidən hazırlanmış aksessuarlar demək olar ki, bütün stillərə yaraşır. Həmçinin üzərinizdəki geyimlərin daha bahalı və keyfiyyətli görünməsinə səbəb olur.

2. Hündürdaban ayaqqabılar

Hündürdaban ayaqqabılar sizi olduğunuzdan daha uzun və arıq göstərir. Viktoriya Beckhem müsahibələrindən birində alçaq dabanlı ayaqqabı geyinən xanımları başa düşmədiyini demişdi. Unutmayın ki, dünyanın ən gözəl libasını belə geyinsəniz, onu hündürdaban ayaqqabı ilə kombinə etməsəniz, şıq və eleqant görünə bilməyəcəksiniz.

Image result for Hündürdaban ayaqqabılar

3. Kəlağayı, yaylıq

Saç və dəri rənginizə ən çox yaraşan rənglərdə aldığınız yaylıq və kəlağayılarla özünüzü çox seksual hiss edəcəksiniz. Bu aksessuarlar adi cins şalvar və sadə kofta ilə kombin edildikdə belə qadını şıq və eleqant göstərməyə qadirdir.

Image result for Kəlağayı, yaylıq

4.Sadə aksessuarlar

Bütün qadınlar aksessuarlara düşkündürlər. Böyük, kiçik, rəngli, iddialı olmasına fərq qoymadan cürbəcür aksessuarlar alıb istifadə edirik. Ancaq zərif görünmək istəyən xanımlar keyfiyyətli və sadə aksessuarlara üstünlük verirlər.

Image result for Sadə aksessuarlar

4.Böyük çərçəvəli günəş eynəkləri

Jaklin Kennedi (Onassis) böyük günəş eynəkləri sayəsində stil ikonasına çevrilib. Bu, heç təsadüfi deyil. Hər bir qadın bilir ki, günəş eynəkləri sadəcə Günəşin zərərli şüalarından qorunmaq üçün istifadə edilmir. Bu aksessuarlar qadına inanılmaz cazibədarlıq və şıqlıq bəxş edir. Böyük günəş eynəyi taxan hər qadının özünü dünya ulduzu kimi hiss etməsi labüddür.

Image result for Böyük çərçəvəli günəş eynəkləri

5. Qırmızı dodaqlar

Qırmızı dodaqlarla cazibədar və şıq görünmək heç də çətin deyil. Ancaq qırmızı dodaq boyasının dəri rənginizə və geyiminizə ən uyğun olan çalarını seçməlisiniz. Əks halda şıq görünmək əvəzinə, zövqsüz bir qadın təsiri bağışlaya bilərsiniz.

Image result for Qırmızı dodaqlar

6.Təbəssüm

Odri Hepbern “xoşbəxt qızlar gözəl görünürlər” deyərkən çox haqlı idi. Gözəl bir təbəssümü pulla ala bilməzsiniz, ancaq gülüşünüzlə ən bahalı aksessuarların belə edə bilməyəcəyini etmiş olarsınız. Unutmayın ki, üzündə gülümsəmə və təbəssüm olan hər qadın dünyanın ən zərif qadını kimi qəbul edilir.

Image result for gülən qadınlar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir