SEYAHET

Ziyarət edilməsi ən çətin 12 yer

Baxış sayı: 921

İndi dünyanın müxtəlif ölkələrinə səyahət etmək, səfər gerçəkləşdirmək su içimi qədər asandır. Viza almaq, bilet, otel bron etmək və səfər hazırdır. Arzularının, xəyallarının şəhərlərinə getmək üçün bir miqdar pul və arzu yetərlidir. 

Amma bütün ölkələr üçünmü vəziyyət belədir? Deyəsən yox, çünki dünyanın bəzi bölgələri var ki, ora getmək çox da asan deyil. Bunda siyasi, iqtisadi və coğrafi səbəblər rol oynayır. Beləliklə, Türkiyə mediasına istinadən dünyada ziyarət edilməsi ən çətin 12 yerin siyahısını hazırlamışıq.

 

Nauru

Okeanın bir digər ada ölkəsi olan Nauru, Avstraliyanın qeyri-qanuni qaçqınlarını göndərdiyi yer olaraq tanınır. Sadəcə Avstraliyadan uçuşların olduğu Nauruya getmək üçün turistlər öncə Avstraliyaya gəlməlidir.

 

Cənubi Koreya 

Dünyanın ən qapalı ölkəsi olan Cənubi Koreyaya getmək olduqca çətindir. Çindən və bir neçə başqa nöqtədən gerçəkləşdirilən səfərlər xaricində ölkəyə çatmaq demək olar ki, qeyri-mümkündür. Turistlərin sadəcə tur operatorun müşayiəti ilə və öncədən müəyyənləşmiş yerləri gəzə biləcəyi Cənubi Koreyada turistlərin yeli xalqdan kimsə ilə dialoq qurması da yasaqdır.

 

Bhutan

Hindistan və Çin arasında yer alan Bhutan Krallığının ətrafı Himalay dağları ilə əhatəli olduğu üçün ora çatmaq çox çətindir. 1874-cü ilə qədər xaricilərin ziyarətinin qadağan edildiyi Bhutana bu gün sadəcə iki hava yolu şirkəti uçuş gerçəkləşdirir. Bhutana getmək istəyənlər səfər, gecələmə və yemə xərclərini ziyarət öncəsi toplu halda ödəməlidir.

 

Kiribati

Sakit Okeanda yerləşən Kiribati bir-birindən olduqca uzağa yayılmış adalardan ibarətdir. Eyni anda iki fərqli günü yaşayan Kiribati, uzaqda yerləşməsinə görə ora getmək çox zəhmətlidir. Üstəlik, Kiribatiyə getmək istəyən bütün ölkə vətəndaşlarının viza alması lazımdır.

 

Rusiya

Dünyanın ən böyük ölkəsi olan Rusiya uzaq məsafələrə görə səyahət etməsi olduqca çətin bir ölkədir.

 

Özbəkistan

Orta Asiya ölkəsi olan Özbəkistana getmək istəyən bir çox ölkə vətəndaşı öncədən bir dəvətnaməyə sahib olmağa məcburdur. Bundan başqa, ziyarətləriniz zamanı daxili işlər nazirliyinə də qalacağınız yeri bildirməyə məcbursunuz.

 

Türkmənistan 

Özbəkistanın qonşusu Türkmənistanda da ölkəni ziyarət etmək üçün bənzər bir proseduru gözə almalısınız.

 

Somali

Daxili çatışmaların yaşandığı Somali turistlər üçün olduqca çətin bir coğrafiya sayılır. Somaliyə birbaşa uçuşlar Türkiyə üzərindən gerçəkləşdirilir.

 

Liviya 

Somali kimi bir digər Afrika ölkəsi olan Liviya da daxili qarışıqlıqlara görə turistlər üçün olduqca çətin bir ölkədir.

 

Ekvator Günəşi 

Təhlükəsizlik probleminin yüksək həddə olduğu Afrika ölkəsinin girişlərində demək olar ki, bütün ölkə vətəndaşları üçün viza tətbiq olunur.

 

Anqola 

Dünyanın bir çox ölkəsinə viza tətbiq edən Anqolada bu prosedurlar bir neçə həftə davam etdiyi üçün ölkəyə girmək olduqca çətindir.

 

Qrillandiya 

Xarici işlərində Danimarkaya bağlı olan Qrillandiya xarici işlərində Danimarkaya bağlı olan Qrillandiya dünyanın ən böyük adası olmaq özəlliyini daşıyır. Çox böyük hissəsi buzluqlarla bağlı olan adada təxminən 50 min nəfər yaşamaqdadır. Amma məsafələrin uzunluğu və sərt iqliç şərtləri Qrillandiyanı ziyarət üçün olduqca çətin bir yerə çevirməkdədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir