azer bagirov

Zorakılığa meyl edən insanların ortaq nöqtələri

Baxış sayı: 783

Ailədaxili zorakılığın səbəbləri araşdırıldıqda sosioloji ve psixoloji səbəblər ayırd edilir.

Təhsil səviyyəsinin aşağı olması, iqtisadi çətinliklər, mental adət və inanışlar sosioloji səbəblərdir.

Psixoloji səbəblər isə aşağıdakılardır:

Antisosial ve narsissistik xarakter pozuntuları

– Qısqanclıq sayıqlamaları ilə gedən paranoid pozuntu ve şizofreniya xəstəliyi

-Spirtli içki və narkotik vasitə istifadəsi

Yəni, başqa sözlərlə ifadə etsək, zorakılığa meyl edən insanların ortaq nöqtələri aşağıdakılardır:

-Qısqanclıq

-Yoldaşını əmr altında saxlamaq istəyi

-Şəxsin öz tələbatlarını başqasınınkından üstün tutması

-Aşağı özünə inam səbəbi ilə tez inciməyə meylli olmaq

-Öz çətinliklərində başqalarını günahlandırmağa meyllilik

-İmpulsivlik

-Xətalarını görməmək

Qısqanclıq paranoyası olan insanlarda, əsassız aldatma şübhələri və ya sayıqlamalar yaranır. Bu şübhələrin dəqiqliyini yoxlamadan tam əminliklə buna inanmağa meyllidirlər. Qarşı tərəf belə bir şeyin olmadığına dair məntiqli izahlar gətirsə də, o insanların fikrini dəyişdirmək mümkün olmaz. Məsələn, qısqanclıq paranoyası olan biri, yoldaşının və aldatdığını düşündüyü insanın eyni vaxtda “whatsappda online” olmasını bir sübut olaraq göstərib, zorakılıq törədə bilər. Bəzən ise paranoid pozuntuda qulağa aldatma ile əlaqəli səslər gələ bilər.

İmpulsiv şəxslər isə bir mənada düşünmədən hərəkət edərlər. Anlıq qəzəb yaradan situasiyada səbr etmək, hövsələ göstərmək mümkün olmaz və sonradan peşmançılıq hiss edəcəkləri hərəkətlər edərlər.

Narsistik xarakter patologiyası olan insanlar özlərini başqa insanlardan üstün görməyə meylli olduqları üçün, başqalarının sərhədlərinə hörmətlə yanaşa bilməzlər. Bu səbəbdən ailə içində yaşanan fikir ayrılıqlarında, narsist olan şəxs tez qəzəblənməyə ve zorakılıq gösterməyə meyllənə bilər.

Antisosial xarakter patologiyası olan şəxslər isə, cəza almayacaqlarını bildikləri hallarda şiddət ve zorakılığa müraciət edərlər. Bu səbəbdən də qanunvericiliklərində ailədaxili və digər zorakılıq növləri ilə əlaqəli cəzaların daha ağır olduğu ölkələrdə zorakılıq hallarında azalma görülür.

Spirtli içki və narkotik vasitə istifadəsi, beynin prefrontal korteks dediyimiz bölümünə təsir edərək, mühakimə, analiz etmə-qərar vermə qabiliyyətimizi zəiflədir. Ona görə də, bu maddələrin təsiri altındaykən düşünülmədən edilən, kontrolsuz ve zorakılıq hərəkətləri daha sıx görülür.

Çox vaxt evliliklərdə ilk dəfə baş verən zorakılığa göz yumulur, üzr istənildikdən sonra təkrar olmayacağına ümid edilir. Ancaq müşahidələr göstərir ki, ilk zorakılıqdan sonra, gedərək artan dozada zorakılıq halları artıq adi bir hala çevrilməyə başlayır.

Təbii ki, zorakılıq səbəbləri ortadan qaldırılmadan, evlilik davam etdirilməyə çalışıldığında evlilik həyatı öz cazibəsini itirməyə başlayar ve boşanmalar yaranar. Bununla birlikdə zorakılıq öyrənilən bir davranış olduğu üçün, belə evlərdə yetişən uşaqlarda, psixoloji problemlərin daha sıx görülməsinə səbəb olacaqdır.

Psixiatr, Uzman Həkim Azər Bağırov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir