geyim

Zövqsüz görünməyinizin 10 səbəbi

Baxış sayı: 124

Evdən çıxarkən son dəfə aynaya baxdıqda çox şıx göründüyünüzü hesab edə bilərsiniz. Bəs həqiqətən elədirmi? Tez-tez rast gəlinən 10 böyük səhv!

1-ci səhv: Sadəcə tayt geyinmək
Bəli, taytlar son illərdə çox dəbdədir. Amma əgər ayaqlarınıza güvənmirsinizsə əsla taytı tək geyinməyin. Onun əvəzinə uzunboğaz çəkmə və uzun kofta ilə kombinləyərək çox zövqlü görünə bilərsiniz.

2-ci səhv: Yerinə görə geyinməmək
Bir partiyə şalvarla və ya açıq hava konsertinə ziyafət paltarıyla getmək sizi gülməli vəziyyətə sala bilər. Bu ən sadə qaydadır.

3-cü səhv: Gözəl olsa da ağ çəkmələr
Hal-hazırda bütün modelyerlər ağ çəkmələrin qadınları bayağılaşdırmaqdan başqa bir şey etmədiyini söyləyirlər. Əgər sizin də belə çəkmələriniz varsa onlarla vidalaşın.

4-cü səhv: Bədənlə mütənasib olmayan aksesuarlar
Əgər artıq çəkilisinizsə kiçik bel çantalarından imtina etməlisiniz. Düzdür, uzun səyahətlər zamanı belə çantalar çox rahatdır. Amma siz geniş çiyin çantalarınızla öz artıq çəkilərinizi gizlədə bilərsiniz.

5-ci səhv: Yaşına görə geyinməmək
Əgər yaşınız 30-dan çoxdursa onda bu kimi bəzi paltarlarınızla vidalaşma vaxtınız çoxdan keçib deməkdir. Çünki bu paltarlar yalnız gənclər üçündür!

6-cı səhv: Tək bir aksesuarla şıx görünəcəyini fərz etmək
Əgər paltarınız üstünüzdən tökülürsə, buna baxmayaraq ayyaqqabı və çantanız trendydirsə özünüzü şıx hesab edə bilməzsiniz. Bəzən başdan-ayağa özənsiz geyinmək bundan yaxşı olar.

7-ci səhv: Şişirtmə
Qış aylarını aylarla qarın ərimədiyi yerlərdə keçirmirsinizsə onda qış botlarına ehtiyacınız yoxdur deməkdir. Havanın tez-tez dəyişdiyi bahar aylarında məqbul paltar geyərək gülməli vəziyyətə düşməkdən xilas ola bilərsiniz.

8-ci səhv: Rəngləri uyğunlaşdıra bilməmək
Bunu çox sevə bilərsiniz, amma əgər bacarmırsınızsa boş verin getsin. Özü də indi bütün modaçılar rəng uyumunun çoxdan dəbdən düşdüyünü deyir.

9-cu səhv: Artıq çəkili olduğu halda ağ şalvar geyinmək
Bu dünyanın ən riskli geyimidir, ona görə də onu geyinməzdən əvvəl 2 dəfə fikirləşmək lazımdır. Öndən çox gözəl görünə bilər. Bəs arxadan?

10-cu səhv: Bədənə görə yox, trendlərə görə geyinmək
Əgər bir “dəb qurbanı” kimi görünmək istəmirsinizsə onda alışveriş zamanı diqqətli olun. Aldığınız hər şeyin ayrı-ayrı bədəninizə uyğun olub-olmadığınına baxın. Arxa hissəsi daşlı şalvarlar çox dəbli olsalar da, unutmayın ki, bu tamamilə formada olan qadınlar üçündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir