qadin

Zövqsüzlüyün əlamətləri və bundan azad olmağın yolları

Baxış sayı: 1. 999

Bədən ölçülərinə uyğun olmayan geyim. Dar və qısa paltarlar kök qadının əynində çox pis görünür. Unutmayın ki, eninə zolaqlı paltar bədən ölçülərini daha böyük, uzununa zolaqlar isə əksinə bədəni yığcam göstərir. Əgər çiyinləriniz enlidirsə, dəblə ayaqlaşıb enli çiyinli paltarlar geyinməyin, dar çanağı isə sıx paltarlarla daha çox daraltmayın.

 

Rəng uyğunsuzluğu. Göy, bənövşəyi, sarı, yasəmən rənglərdən uzaqlaşmağa çalışın. Rəngləri düzgün seçmək bir elmdir. Onlar bir-birilə ahəng təşkil etməli və çox nəzərə çarpan olmamalıdır.

 

Geyimdə göy qurşağı. Rəngli geyimlər dəbdədir. Ancaq bir paltarda 3 dən artıq rəng olmamalıdır. “Nə qədər parıltılı olsa, bir o qədər yaxşıdır” deyimi zövqün olmamasının əsas əlamətidir.

 

Böyük ölçülü geyimlər. Gen, əyindən tökülən geyimlər də dar geyimlər kimi səliqəsiz görünür və qadının xarici görkəminə mənfi təsir göstərir. Əgər siz kökəlib və ya arıqlamısınızsa, mütləq qarderobunuzu dəyişin.

 

Alt geyimlərinin görünməsi. Ətrafdakılara alt geyimləri nümayiş etdirmək zövqsüz olmanın ən qabarıq əlamətidir. Zövqlü qadınlar alt geyimini, məsələn, büsthalterin iplərini gizlətməli, onları üst paltarlarına uyğun rəngdə geyinməlidir.

 

Həddən artıq qısa ətəklər. Qısa yubka, don istirahət üçün yararlıdır. Ancaq işdə və küçədə geyinmək üçün heç də məsləhət deyil. Bədən ölçüləriniz imkan versə belə, çox qısa geyimlərə həvəs göstərmək lazım deyil.

 

Ayaqqabı, paltar və aksesuarların eyni rəngdə olması. Qırmızı paltar, qırmızı ayaqqabı, qızrmızı çanta — bu seçim pis zövqə dəlalət edir. Parlaq paltarlarla mütləq neytral ayaqqabı və ya əksinə, parlaq ayaqqabı ilə neytral rəngdə paltar geyinmək məsləhətdir.

 

Şəkilli geyimlər. Çox şəkilli paltarlar geyinməkdən qaçın. Əgər yubkanız dama-damadırsa, o zaman köynək bir tonda olmalıdır. Və yaxudda əksinə.

 

Parlaq görsənmək işıldamaq demək deyil. Parıltılar, parlaq zinət əşyaları dəblə ayaqlaşmaq istəyən qadınların seçimi deyil. Qızılı və ya gümüşü rəngləri solğun rənglərlə uyğunlaşdırmaq lazımdır. Birinin parlaq olması kifayət edir.

 

Zinət əşyalarının bolluğu. Bütün zinət əşyalarını eyni anda taxmaq pis zövqün daha bir əlamətidir. Yadda saxlayın, üçdən artıq bəzək əşyası taxmaq sizi zövqsüz qadınlar sırasına salacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir