reyqan

Ən bahalı dəfn mərasimləri – FOTOLAR

Baxış sayı: 1. 341

Dəfn mərasimləri nə qədər kədərli hadisə olsa da, həyatımızın ayrılmaz hissəsidir. Məşhurların ölüm xəbərləri sürətlər yayılır, onların yaslarına isə bəzən ağlasığmaz pullar xərclənir.

1977-ci ildə vəfat edən Elvis Preslinin yası yaxınlarının dediyinə görə 25 000 dollara başa gəlib. Ancaq çəkilən xərcin daha çox olduğu deyilir. Tarixdə buna bənzər başqa dəfn mərasimləri də olub. Leninin, Stalinin, yuqaslav lideri İosif Titonun və başqa məşhurların adlarını bu siyahıya əlavə etmək olar.

Beləliklə, tarixin ən bahalı yas mərasimləri haqda yazını təqdim edirik .

 

1. Maykl Cekson – 1 milyon dollar

Pop-musiqisinin şahı Maykl Cekson musiqi tarixində öz izini qoyub getdi. Onun 80-ci illərdə buraxdığı “Triller” albomu musiqi və video aləmində böyük inqilab eləmişdi. Maykl Cekson 2009-cu ildə vəfat edir. Onun ölümündə həkimi günahlandırılır.

 

2. Marqaret Tetçer – 1,8 milyon dollar

Marqaret Tetçer 1979-1990-cı illərdə Böyük Britaniyanın baş naziri olub. O, 2013-cü ilin aprelində vəfat edib. Onun yasına 1,8 milyon dollar xərclənib. Xərclənən pullar həm Marqaretin öz büdcəsindən, həm də vətəndaşlardan vergi şəklində tutulub. 1,4 milyon dollar yasın təhlükəsizliyinə, 104 000 isə mərasimin Müqəddəs Pavel kilsəsində keçirilməsinə xərclənib. 31 000 dollar Londonun təcili tibbi yardım xidmətinə ödənilib.

 

3. Ser Uinston Cörçil – 4,2 milyon dollar

Ser Uinston Cörçil 1940-1945 və 1951-1955-ci illərdə Böyük Britaniyanın Baş naziri olub. Həm də yazıçı olan Çörçil Nobel ədəbiyyat mükafatına da layiq görülüb. Çörçilin İkinci Dünya müharibəsinin bitməsində böyük rolu olub. 1965-ci ildə, ölümündən sonra kral ailələrinə məxsus tərzdə yas mərasimi keçirilib. O vaxtı Çörçilin yası 258 000 dollara başa gəlmişdi. Bugünkü standartlara görə, xərclənən pul 4,2 milyon dollara bərabərdir.

 

4. Şahzadə Diana – 11,8 milyon dollar

Şahzadə Diana 1997-ci ildə Parisdə avtomobil qəzasında vəfat edir. Onun dəfn mərasimi 7, 7 milyon dollara başa gəlib. (indiki dəyərlə 11,8 milyon dollar)

 

5. Roma Papasi İoann Pavel II – 11,9 milyon dollar

Roma Papasi İoann Pavel II 1978-2005-ci ildə katolik kilsəsinin rəhbəri olub. 2005-ci ildə onun yas mərasiminə bütün dünya liderləri toplanmışdı. Mərasimdə dörd kral, 5 kraliça və 70 prezident iştirak edib. Bu tarixdə dünya liderlərini bir araya toplaya bilən yeganə mərasim olub.

 

6. Şahzadə Yelizaveta Bouz-Layon – 12,5 milyon dollar

Böyük Britaniyanın 2002-ci vəfat edən şahzadənin yas mərasimi həddindən artıq təmtəraqlı keçib. Polislər nə qədər məbləğin xərcləndikləri haqda məlumat verməsələr də, Nazirlər kabineti 513 000 dollar xərclədiyini deyib. Ümumi məbləğ 9 090 000 dollar təşkil edir. Bugünkü standartlara görə, bu məbləğ 12, 5 milyon dollardır.

 

7. Con Kennedi – 15 milyon dollar

Con Kennedi ABŞ tarixinin ən sevimli prezidentlərindən olub. O, 1963-cu ildə güllələnərək öldürülüb. Arlinqtonun milli qəbiristanlığında yer Kennedi ailəsinə 13 milyon dollara başa gəlib.

 

8. Kim Çen İr – 40 milyon dollar

Kim Çen İr Şimali Koreyanın 1994-2011-ci illərdə lideri olub. Onun xatirəsini daima yaşatmaq üçün küllü miqdarda pullar xərcləmişdi. Həmçinin 10 milyon dollarlıq büstü ucaldılıb. Onun mumyalanmasına və şüşəli tabutuna milyonlar xərclənib.

 

9. Ronald Reyqan – 400 milyon dolar

Tanınmış aktyor Ronald Reyqan 1980-1988-ci illərdə ABŞ-ın prezidenti olub. 2004-cu ildə Reyqan vəfat edir. ABŞ-da matəm günü elan olunur. Nəticədə isə fond birjası bağlanır.

 

10. İsgəndər – 600 milyon dollar

Makedoniyalı hökmdar İsgəndər dünyanın ən böyük imperiyalarından birini yaradıb. E.ə əvvəl 323-ci ildə vəfat edəndən sonra, cansız bədəni daş tabuta yerləşdirilərək 60 atdan ibarət qızıl karetdə aparılıb. İndiki qiymətlərlə hesablasaq, onun dəfn mərasiminə 600 milyon dollar xərclənib.

Nə qədər xərclənməsindən asılı olmayaraq dəfn mərasimin sonu hamı üçün eyni dəyərlə yekunlaşır- 2 metr qara torpaq. Allah rəhmət eləsin!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir