Stretko Kaliniç

Ən tanınmış muzdlu qatillər: real faktlar – FOTOLAR

Baxış sayı: 1. 890

Hollivud muzdlu qatillər haqda filmlər çəkməyi sevir. Etiraf edək ki, belə filmlərə baxan da çox olur. Əgər ssenari yaxşıdırsa, süjet xətti dinamikdirsə, adətən film uğur qazanır.

Killer pul naminə sifarişlə insanları qətlə yetirənlərə deyilir. Ancaq onlarında arasında öz qəddarlığına görə fərqlənənlər də olub.

“Gencaile.az” sizi onlardan bəziləri ilə tanış edir.

 

Con Çaylds

Con Çaylds Britaniya tarixində ən qəddar muzdlu qatil hesab edilir. Detektiv yazıçılardan biri ondan müsahibə alandan sonra yazırdı ki, Conun üzü yalnız qətllərdən söhbət düşəndə gülürdü.

Con ilk sifarişini 1974-cü ildə alıb. Həmin vaxt o, 3 min dollar müqabilində Corc Beret adlı biznesmeni güllələdi. Hadisə vaxtı biznesmenin 10 yaşlı oğlu da yanında idi. Şahid qalmasın deyə, qatil onu da öldürdü.

Sonrakı qurbanını öldürməyə görə 6700 dollar aldı. O, daşınmaz əmlak alverçisi olan Fred Şervudu çəkiclə başından vuraraq qətlə yetirdi.

Qurbanlarının sayı-hesabı olmasa da, meyitləri tapmaq olmurdu. Deyilənə görə, Con öldürdüyü adamları doğrayır, ətçəkən maşınından keçirib, şəhərin müxtəlif zibilxanalarında itlərə yedirirdi.

 

Stretko Kaliniç

2000-2003-cü illər aralığında Şərqi Avropada ən böyük cinayətkar qrup Zemunski klanı hesab edilirdi. Bu, tipik serb mafiyası idi – cəlladlardan ibarət dəstə.

Onların arasında Vəhşi ləqəbli Stretko Kaliniç xüsusi fərqlənirdi. Bu ləqəbi o, qurbanlarını öldürdükdən sonra tikə-tikə doğradığına görə almışdı.

Onu çox zaman heç pul da maraqlandırmırdı. Elə-belə, bir dost xahişi ilə kimisə öldürə bilərdi. 2003-cü ildə Zemunski klanı Serbiyanın baş naziri Zoran Cinciçi aradan götürdü. Sonradan məlum oldu ki, qətli Kaliniç törədib.

Xeyli müddət onu həbs etmək mümkün olmadı. Məhkəmə onu qiyabi şəkildə 30 il müddətinə azadlıqdan məhrum etdi.

“Vəhşi” yalnız 2010-cu ildə ələ keçdi. 2012-ci ildə o, həbsxanadan qaçmağa cəhd etdi. Hətta bir neçə mühafizəçini yaraladı. Ancaq sonda qaçısın qarşısı alındı.

 

Kristofer Flenneri

Avstraliyalılar Kristofer Flenneriyə “mister kirayə qatil” adı veriblər.

Cinayət aləminə 14 yaşında qədəm qoymuşdu. İlk vaxtlar avtomobil oğurluğu ilə məşğul olurdu.

1979-cu ildə Flenneri Melburndakı gecə klublarının birinə mühafizəçi kimi işə düzəlir. Burada o, cinayətkarlarla tanış olur və sifarişlə qətllər törətməyə başlayır.

İlk qurbanı tanınmış vəkil Rocer Uilson olur. Onun qətlinə görə 35 min dollar alır.

Flenneri vəkili oğurlayıb səhraya aparır və orada öldürür. Cəsədi tapmaq olmur.

Qətldə şübhəli bilinsə də, polis onu həbs edə bilmir. Dəlil az idi. Həm də qatil ağıldankəm olması barədə həkim arayışı almışdı. Sonradan bu arayışı verən həkim həbs olundu.

Bu aralıqda isə Flenneri Sidneyə köçür və Corc Frimen adlı mafiya bossunun köməkçisi olur.

1980-ci ildə Sidneydə mafiya müharibəsi başladı. Tarixə bu, “5 banda müharibəsi” kimi düşüb. Həmin vaxt Flenneri ən azı 13 nəfəri öldürmüşdü.

Ancaq onun düşmənləri də vardı. 1985-ci ildə rəqib klanın üzvləri onu elə öz evinin yanındaca güllələdilər. Flenneri yaralansa da, ölmədi.

Lakin az keçmiş o, yoxa çıxdı. O vaxtdan Avstraliyanın ən qəddar muzdlu qatilini heç kim görmədi. 2013-cü ildə Sidney ətrafındakı səhrada insan sümükləri tapıldı. Ehtimal edilir ki, bu, Kristofer Flennerinin qalıqları idi.

 

Bernard Xanvik

Berdnar Xanvik – Ayı Barri ləqəbi ilə məşhurdur. Ehtimallara görə, təkcə 1982-ci ildə onun gülləsindən 300 adam ölüb.

Bəlkə də, bu rəqəm çox şişirdilib. Ancaq istintaq əmindir ki, ən azı 100 nəfər Xanvikin qurbanı olub.

Ancaq bunu sübut etmək mümkün olmurdu. Cəmi bir qətlə hazırlıqda şübhəli bilinirdi. 1999-cu ildə FTB agenti uzun aylardan sonra, nəhayət, Xanvikin etibarını qazandı və bir narkodillerin qətlini ona sifariş verdi. Xanvik sifarişi yerinə yetirmək istəyərkən həbs olundu.

Lakin tezliklə onu buraxdılar. Yerli polisə yuxarılardan təzyiq vardı. Bəlkə də, Xanvikin fəaliyyəti dövlətə sərf edirdi. Çünki o, mafiya üzvlərini bir-bir aradan götürürdü. Ona müxtəlif mafiyalar da sifariş verirdi. O da pulu götürürdü. Fərqi yox idi. Hər iki tərəfi “biçirdi”.

Hər qətlə görə 3-5 min dollar pul alırdı.

Yerli mafiyalar zəifləyib əldən düşəndə onu həbs etdilər. Evindən axtarış zamanı tapançalar, avtomatlar, əl bombaları çıxdı.

Xanvik cəmi 10 il həbsdə oldu. 2013-cü ildə elə həbsxanadaca dünyasını dəyişdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir