uz

Əşyalara cinsi istək duyanlar, özünü canavar sayanlar, diri-diri çürüyənlər… – Nadir xəstəliklər

Baxış sayı: 569

“Gencaile.az” saytı nadir bilinən psixoloji pozğunluqların siyahısını və onlar haqqında məlumatı təqdim edir.

 

Erotomani

Bu psixoloji pozğunluğa sahib adamlar kimlərinsə onlara aşiq olduqlarını zənn edirlər. Xəstə xəyali fanatlarının gizli siqnallar və telepatiya yolu ilə onlara mesaj verdiklərinə inanır. Sevgilisi kimi gördüyü adamdan rədd cavabı alanda belə hesab edirlər ki, həmin şəxs münasibətlərini cəmiyyətdən gizləmək istəyir.

 

Quasimodo sindromu

Öz fiziki görünüşündə qüsur olduğunu düşünmək və həyatını buna bağlamaq. Şəxs hər dəfə öz bədəninin hər hansı yerində qüsur tapır, o qüsuru aradan qaldırmaq üçün saatlarla güzgünün qabağında özünə baxıb əsəb keçirir. Həssas olduğu əzalar bunlardır: üz, burun, dəri, saç, göz. Bu xəstələr fiziki görünüşlərinə həddindən artıq həssas yanaşdıqlarından daim əzab çəkir, özünü evə qapayırlar. Onların bu həssaslığı intihara da səbəb ola bilər.

 

Kriptomnezi

Əvvəllər oxuduğu hansısa əsəri, yaxud dinlədiyi musiqi parçasını sonradan unudan və alt-şüurunda o əsərin müəllifinin özü olduğunu düşünən adamlar. Bu xəstəlik daha çox yaradıcılıqla məşğul olan şəxslərdə yaranır.

 

Munçausen sindromu

Bu şəxs tez-tez xəstəxanalara gedir, özündən xəstəliklər uydurur və tibbi müayinələrdən keçir. Bəziləri hətta özünə xəsarət də yetirir – bununla da xəstə olduğunu göstərmək istəyir. Bu sindrom adını baron Munçausendən alıb. Rəvayətə görə, Munçausen müharibədə iştirak etməsə də, döyüşlərdə olanları özünün başına gələn kimi danışmış və beləcə, məşhurlaşmışdı. 1951-ci ildə Riçard Alan Con Aşher xəstəxanada lazımsız yerə müalicə almağa gələn bir qrupu bu sindrom adı altında sinifləndirmişdi.

 

“Yad əl” sindromu

Şəxs bir əlinin ona aid olmadığını və o əlin müstəqil şəkildə hərəkət etdiyini düşünür. Bu sindromun daşıyıcıları hər iki əlini beynin siqnalı vasitəsi ilə hərəkət etdirirlər, lakin o biri əlin öz iradələrindən kənar olduğuna inanırlar.

 

Likantropi

Özünü canavar-adam hesab edən şəxslər bu xəstəlikdən əziyyət çəkir. Xəstə ağzının və dişlərinin formasını dəyişdirdiyinə, bədəninin tükləndiyinə inanır. Baldır nahiyəsində və qarın bölgəsində kiçilmə hiss etdiklərindən ağrı və yanma hiss edirlər.

 

Capgras – Saxtakar sindromu

Bu tip xəstə özünü başqaların keçmişi hesab eləyir. O, düşünür ki, elədiyi səhvlər, günahlar – hamısı o adamların keçmişi ilə əlaqəlidir. Başından zərbə dəyən şəxslərdə, epilepsiya xəstələrində bu sindromun əlamətləri görünə bilər.

 

Apotemnophilia

Xəstə bədənindəki hər hansı əzanın ona aid olmadığı hissiyyatına qapılır. Bu hiss o qədər güclü olur ki, onlar sağlam yerlərini belə sıradan çıxarmaq haqda düşünərlər. Nevroloji xəstəlikdir və hələ ki müalicəsi yoxdur.

 

Cotard

Şəxs özünün var olmadığını, öldüyünü düşünür. Onlar elə hesab edir ki, bədənləri, damarlarında axan qanları yoxa çıxıb. Daxili orqanlarsız yaşadıqlarına inanar və hətta çürüdüklərini ağıllarından keçirərlər.

 

Kluver-Bucy sindromu

Yaddaş itkisi, əşyalara cinsi istək və yeyilməyəcək şeyləri yemək istəmək arzusu bu sindromun əsas əlamətlərindəndir. Bu tip xəstələr bəzən ən yaxınlarını belə tanımaqda çətinlik çəkirlər.

 

Paramnezi

Bu xəstələr xatirələrini qarışdırırlar. Üstəlik hər şeyi iki görürlər. Hansısa məkana girəndə o məkanın iki kopyası olduğuna inanırlar. Başqa ifadəylə desək, paralel dünyada yaşadıqlarını zənn edərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir