film

2020-ci ildə gözdən qaçırdığımız ən yaxşı 7 serial

Baxış sayı: 316

Sevgi və anarxiya / Kärlek och anarki

Ötən ilin ən qeyri-adi romkomu masturbasiyadan başlayır. Sofi adlı Stokholmlu gəşəng sarışın bir qız dəvət edildiyi kitab nəşriyyatını binasında kömpüter qabağında özünə həzz gətirməyi qərara alır.

Amma xəbəri olmadan, gənc İT əməkdaşı Maks onu güdür və qızın etdiyini telefona çəkir. Kompromatı silmək müqabilində o Sofini yeməyə dəvət edir…Onların qeyri-adi münasibətləri məhz bundan sonra başlayır.

Kärlek och anarki i Lisa Langseths nya tv-serie | SVT Nyheter

Günah / Guilt

Şotlandiyaya məxsus BBC kanalının filialının ilk serialı dramaturq Nil Forsaytın “Günah” əsəri olur. Bu gülməli səhvlərdən başlayan criminal tirllerdir. İçkili şəkildə toydan qayıdan Ceyk və Maks qardaşları Edinburqun yaxınlığında piyadanı vururlar.

Məsələ bundadır ki, Ceyk həm içkilidir, həm də nəşəlidir, onun sığortası belə yoxdur. Maks isə vəkil olmasına baxmayaraq, özündə olmayan qardaşını sükan arxasına buraxıb…

 

Deyv / Dave

Hələ 2013-cü ildə amerikalı komik Devid Börd özünün əksi olan personaj düşünür. Onun alteri Deyv adlı arıq, nevrotik yəhudidir. O repçi olur və özünə Lil Dicky (Balaca penis) ləqəbi götürür. Berd bu ləqəblə klip çəkərək onu Youtube-a yerləşdirir. Lakin gözlənilməyən baş verir. “Mırt” üçün yaradılan obraz qısa zamanda populyarlıq qazanır. D.Berd rep ulduzuna çevrilir. Altı il keçməsinə baxmayaraq o hələdə repdeməyə davam edir, Ariana Qrande və Ed Şiran kimi nəhənglərlə duetdə iştirak edir.

 

Con Uilsondan xeyirli məsləhətlər / How to with John Wilson

Bu detekdivin köməkçisi kimi çalışmış kino məktbənin məzunu tərəfindən çəkilən yumoristik sənədli filmdir. Bunu filmin çəklişindən sezmək olur. “Ziyalı müzakirəyə necə başlamalı”, “İdeal rizottonu necə hazırlamalı” adlı qısametrajlı maarifləndirici filmlərdə Con Uilson ən mühüm məsələlərdən (insanın cəmiyyət arasında tənhalığından, böyük şəhərin fiziologiyasından və onun sakinlərinin qeyri-adi həyat tərzindən) söhbət açır.

Elə təəsürat yarana bilər ki, Conson öz filmlərində bir-biri ilə əlaqəsi olmayan mövzudan mövzuya tullanır. Lakin onun əsərləri mükəmməl məntiqə tabedir.

 

Sıx meşədə / W głębi lasu (In the Woods)

Ötən il Netfliks məhsuldar amerikalı detektiv yazıçısı Harlan Kobenin iki əsası lentə alınır. Qeyd etmək lazımdır ki, Stiven Kİnq kimi əfsanə Kobenin yaradıclığına o qədər vurlur ki, onu epizodik olsa da öz “Yad” əsərinə daxil edir. Baş rolda Riçard Armitecin çəkildiyi “Yad qız” serialı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır.

Lakin Polşada çəkilən “Sıx meşədə” əsəri nədənsə diqqətdən yaynır. Qeyd etmək lazımdır ki bu serialda səhnə məntiqi və bədii keyfiyyət daha yüksəkdir.

 Into the Night I Resmi Fragman I Netflix - YouTube

Gecəyə / Into the Night

Netfliksin ötən il təqdim etdiyi daha bir uğurlu layihə – polyak postapokaliptik yazıçısı Yaçek Dukayın “Aksolotlun qocalığı” əsərinin lentə alınması olur. Süjetə əsasən, Brüsseldən Moskvaya uçan təyyarəni göydə avtomatlı terrorçu ələ keçirir. O, özünü NATO zabiti kimi təqdim edərək pilotlara təyyarəni qərb istiqamətində idarə etməyi tələb edir.

Onun sözlərinə görə, dan söküləndə Günəş şüaları yerdə olan bütün canlıları məhv edəcək. Sağ qalmaq üçün isə səhərlə “qaçdı-tutdu” oynamaq lazımdır. İlk növbədə onu dəli hesab edirlər. Lakin Reykyavikə endikdə təyyarədə uçanlar ətrafda bütün canlıların öldüyünü görür…

 

Böyüklər üçün / Adult Material

Sanlı-ballı porno ulduzu Colin Dollar çəkilişlərdə debüt edən köməksiz Emi ilə tanış olur. O Emidə öz gəncliyini görür. Həmin qız yerirən fəlakətdir: özü üçün nə isə deyinir, burada müvəqqəti olduğunu bildirir. Elə ilk çəkilişdə Emi ciddi xəsarət alır. Colin onu müdafiə etmək üçün bütün dünyanı qarşısına almağa hazırdır…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir