ULVIYYE EFENDIYEVA

İxtisas seçimini necə edək ki, istədiyimiz peşəyə sahib olaq? – PSİXOPEDAQOQ YAZIR

Baxış sayı: 570

Həyatımızdakı seçımlərimiz çox önəmlidir.Nəyi seçsək həyatımız boyu onunla birgə yaşayırıq. Uğurlu addımlara həyatımızda yol ayırsaq, təbii ki, həyat yolumuz uğurlu olacaqdır. Həyatdan zövq almaq üçün neqativ nə varsa, hamısından uzaq olmağa çalışmalıyıq.

Hal-hazırda ixtisas seçimi ərəfəsində həyəcan keçirən gənclərimiz, çalışın seçdiyiniz ixtisas  həm sevginizi, həm potensialınızı əks etdirsin. İnsanlar peşə seçərkən onların qərarlarına təsir edəcək bir çox amillərlə qarşılaşırlar. Bu amillər sırasına onun doğulduğu ailəsi, yaşadığı cəmiyyət, fərdi xarakterik xüsusiyyətləri, maraq və meylləri, qabiliyyətləri də daxildir. Bəzi hallarda insanın peşə seçimi etməyində həyat şərtləri də rol oynayır. Ancaq peşəseçiminə təsir edən əsas faktorlardan biri məhz ailədir. Demək olar ki, bir çox uşaqlı ailələri düşündürən əsas sual da övladlarının “Böyüyəndə kim olacaq?” sualıdır. Doğrudur, böyüklərin məsləhətlərinə hər zaman ehtiyacımız var. Amma sizin  istediklərinizi  sizdən yaxşı heç kəs bilə  bilməz. Sağlam həyat sağlam qərarlardan başlayır. Öz gələcəyiniz öz əlinizdədir. Seçdiyiz peşə sizə zövq , stimul, yaşama həvəsi verməlidir. Çünki ömür boyu bu sizin yol yoldaşınız, dostunuz kimidir. Hər sahədə çətinliklər olacaq. Sevib seçdiyiniz yoldasınızsa, səbriniz, ağlınız, potensialınız və sevginiz ilə bütün çətinliklərin öhtəsindən gələ biləcəksiniz. Çünki  pis peşə olmur.

ixtisas secimi

Ətrafımızda işini, peşəsini sevməyən insanlar var.  Əfsus.

Nənə, baba və ya yaxınlarının məcburiyyəti sayəsində heç sevmədiyi işlə məşğul olanlar var. Bu çox çetindir. Ömrünü sevmədiyi işlə məşğul olaraq keçirməyin düşüncəsi belə xoş deyil. İşini sevməyən həkim gözəl rəssam ola bilərdi, işini sevməyən müəllim gözəl musiqiçi ola bilərdi, işini sevməyən dərzi mükəmməl psixoloq ola bilərdi… Doğru həyat tərzi doğru zamanda verilmiş doğru qərarlara əsaslanır. Çünki iki seçimi yanılmaq həyatı məğlub yaşamaq kimidir: həyat yoldaşı seçimi və sənət seçimi.

“Ətrafdakılar nə deyər” düşüncəsini uzaq tutaraq, tələsmədən sağlam qərarlar vermək məqsədəuyğundur. Yadda saxlamaq lazımdır ki, bütün ixtisaslar lazımlı və faydalıdır. Lakin bütün bu ixtisaslardan biri sizə daha yaxındır. Nəyə qarşı istedadınızın olduğunu aşkara çıxarmaq lazımdır. Yəqin ki, məktəbdə siz də hər hansı bacarıq və qabiliyyətinizə görə digər şagirdlərdən fərqlənməyi bacarırdınız. Belə isə, özünüzə bu sualla müraciət edin: “Mənim istedadım nəyə qadirdir?”

PESE SECMEK

 

Əziz abituriyentlər, artıq arzuladığınız peşəyə çatmağın bir addımlığındasınız. Çalışıb ixtisas seçimində də düzgün qərar qəbul etmək lazımdır ki, bu gələcək həyatınızın  karyerasının qurulmasında vacib amildir. Seçim zamanı bu sahənin mütəxəssisləri ilə də məsləhətləşməyi unutmayın. Necə ki, atalar sözümüzdə deyiblər: “Yüz ölç, bir biç”, siz də düzgün seçim edin ki, istirahətsiz, yuxusuz günləriniz hədər getməsin. Təbii ki, hər şey düşüncədən başlayır. Gələcəkdə işini sevən , özünə və dövlətinə gərəkli bir peşəkar düşüncəsi bir gün səni həqiqətən uğurlu insan edəcək.

 

Psixopedaqoq Ülviyyə Əfəndiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir