bab2be3bddb9

Ağ gəlinlik və nişan üzüyü nəyin rəmzidir?

Baxış sayı: 2. 904

Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə gəlinliyin rəngi məsələsinə o qədər də fikir verilmirdi. Parçanın keyfiyyəti və görünüşü daha vacib idi. Hər kəs ən yaxşı paltarını geyinirdi, rəng də hər kəsin öz seçiminə görə idi.

Bəyaz gəlinlik adətinin yaranması 16-cı yüzillikdə olub. Bu illərdə kral ailəsi gəlinlərinin gümüşü rəngdə gəlinlik geyinmələri ənənə idi. Sonra Kraliça Viktoriya bunu rədd edib və bəyaz gəlinlik geyinmələri üçün israr edib. Bundan sonra ingilis və fransız yazıçılar bəyaz rəngin məsumiyyətin simvolu olduğu mövzusunda yazmağa başlayıblar.

Beləliklə, əxlaqi baxımdan bakirəlik evliliyin əsas şərti olduğu üçün ağ gəlinlik yayılıb. Evlənərkən bəyaz geyinmək gənc qızların bakirəliliyinii cəmiyyətə elan etmə vasitəsi oldu.

Gəlinliklə bağlı bəzi inanclar da var. Bunlara görə bir qızın gəlinliyini özü tikməsi, bəyin toydan qabaq onu gəlinlikdə görməsi, gəlinliyini toydan qabaq geyinməsi uğursuzluq gətirir.

uzuk

Nişan üzüyünün yaranma tarixi isə belədir.İnsanların evlənməmişdən əvvəl üzük taxmaqları qədim misir inancalarına dayanır. Milad təqvimindən 2800 il əvvəl Misirdə yaşananlar dairənin və ya halqa şəklindəki cisimlərin, başlanğıc və bitik nöqtələrinin olmaması səbəbi ilə sonsuz sevgini təmsil etdiyiə inanırdılar. Üzük evliliyin sonsuzadək davam edəcəyinin simvoludur.

Sonra bu inanc və adət romalılar tərəfindən geniş yayıldı. Arxeoloji qazıntılarda belə üzüklərə çox rast gəlinib.
Nişan üzüyünün sol ələ və sonradan başqa ələ taxılmasının səbəbi isə modern tibbin inkişafından öncəki dövrlərə aiddir. O zamanlarda qan dövranı sistemindeki ana damarın sol əlimizdə bu barmaqdan başlayıb qəlbimizə getdiyi zən edilirdi. Bura taxılan üzüyün sevənlərin bir qəlbə bağlılığını göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir