jale nezirova

Ailə bütövlüyünü necə qorumalı?

Baxış sayı: 1. 432

Nikah – kişi ilə qadın arasında cəmiyyət tərəfindən təsdiqlənən və onların bir-birinə və onların uşaqlarına nəzərən hüquq və vəzifələrini tənzimləyən münasibətlər formasıdır. Hüquqi baxımdan nikah – kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü, bərabərhüquqlu ittifaqıdır. Ölkəmizdə yalnız vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanlarında bağlanmış nikah etibarlı hesab olunur.

nikah

Məlumdur ki, möhkəm ailənin təməlinin qoyulmasının başlıca mənbələrindən biri də gənclərin bir-birini yaxından tanıması və gələcəkdə hansı ailə modelinə sahib olmalarını dərk etmələrindədir.

Ailədaxili konfliktlərdən qaçınmaq  üçün  ilk olaraq  tərəflərin  bir-birinin xarakterini tanıması üçün zaman lazımdır.

Bundan başqa güzəşt etmək, mübahisə olarsa uzunçuluq etməmək, qarşı tərəfi sərt şəkildə ittiham etməmək və qərar verilərkən qarşı tərəfin də fikirləri ilə hesablaşmaq lazımdır. Ərlə arvad arasında qarşılıqlı anlaşma və hörmət  nə qədər çox olarsa, ailə də bir o qədər də möhkəm olar.

aile

Ailəyə dağıdıcı təsir göstərən səbəblərin araşdırılması, kənar müdaxilələrin korreksiya edilməsi yollarının aşkar edilməsi, sağlam ailə mühitli və problemli ailələrin müqayisə edilməsi; ailədə şəxsiyyətlərarası münasibətlərdəki gərginliyin aradan qaldırılması və sağlam ailə mühitinin yaradılması  vacib məsələdir.  Ailə bütövlüyünü qorunması üçün aşağıdakıları tövsiyyə etmək olar:

– hər iki tərəf evdə olan heç bir şeyi (ana, ata) olsa belə heç kimə danışmamalı;

– ailəsinə  kənar müdaxilənin  olmasına qəti şəkildə izn verilməməli;

– ailənin ehtiyaclarının ödənilməli;

– eyni zamanda digər yaxınlar da bu prinsipə ciddi olaraq əməl etməlidirlər.

aile

Beləliklə, sağlam ailənin qurulması həm sağlam övladın, həm də sağlam vətəndaşın yetişdirilməsi deməkdir. Odur ki, ailə qurmaq yalnız fərdi məsələ deyil, o həm də sosial məsuliyyətdir.

 

Psixoloq Jalə Mirsaabqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir