toy

Ailə qurmazdan öncə qızlar hansı müayinələrdən keçməlidirlər?

Baxış sayı: 1. 596

Çox zaman gənc qızlar ginekoloqa ailə qurduqdan və ya hamilə qala bilməsə gedəcəyini düşünür. Unudurlar ki, elə ginekoloji xəstəliklər var ki, yeniyetmə vaxtlarından başlaya bilər və heç bir əlamətlə biruzə verməz.

Əgər gənc qızlar ailə qurmağa hazırlaşırlarsa, toydan 1 ay öncə bu müayinələrdən keçməlidir ki, sağlam şəkildə hamilə qala bilsin.

 

“Gencaile.az” həkim ginekoloq Aynur Muxtarovanın məsləhətlərini təqdim edir.

 

-Əyani olaraq ginekoloq qəbuluna getmək

-Ginekoloji baxış, yaxmanın götürülməsi

-Kiçik çanaq orqanlarının – yumurtalıq, uşaqlıq və s. USM müayinəsi

-Qan və sidik analizi

-Lazım gələrsə, uroloq müayinəsi

-Hormonal müayinə

-Bir neçə infeksiyaların analizi- hepatit, herpes, sitomeqalovirus və s.

 

Yenicə ailə qurmuş xanımlara məsləhət:

-Fol turşusunu hamilə qalmazdan 3 ay öncə gündəlik 400 mkq dozada olmaqla qəbuluna başlamaq. Əgər toya 1 -2 ay qalıbsa, artıq qəbul etmək lazımdır

-Xroniki xəstəlikləri remissiya mərhələsinə keçirmək. Yəni iltihablı dişlər müalicə olunmalı, LOR həkim haymorit, frontiti müalicə etməli, kardioloji yoxlanmalı, mədə-bağırsaq xoraları müalicə olunmalıdır.

-Həmçinin kişi uroloq müayinəsindən keçiv analizlər verməlidir.

 

Yalnız bu halda uğurlu döllənmə və  hamiləlik keçirib, sağlam övlad dünyaya gətirmək olar.

Valideynlər bu mövzuda uşaqlarına dəstək olub, onlarla birgə tədbirli olmalıdırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir