Pervin Bagirova

Ailədə psixoloji sağlamlıq - PSİXOLOQ YAZIR

Baxış sayı: 816

Ailədə yaranan münasibətlər fərdlərin şəxsiyyətinin formalaşmasında psixoloji durumun əsasını qoyur. Bu baxımdan, ailədə psixoloji sağlamlıq həm fərdi rifahın, həm də ümumi ictimai sağlamlığın təmin olunmasında mühüm rol oynayır.

 

Psixoloji sağlamlığın mahiyyəti nədən ibarətdir?

Psixoloji sağlamlıq insanın emosional tarazlığı, sosial münasibətlərə uyğunlaşma bacarığı və stressə qarşı müqaviməti ilə ölçülür. Sağlam ailə münasibətləri fərdlərdə özünə güvən, sevgi və anlayış hisslərinin yaranmasına şərait yaradır. Əks halda isə ailədaxili münaqişələr, anlaşılmazlıqlar və emosional təzyiqlər psixoloji problemlərə yol aça bilər.

 

Ailədə psixoloji sağlamlığın əsas şərtləri bunlardır:

1) Əlaqə və ünsiyyət

Ailə üzvləri arasında açıq, dürüst və anlayışlı ünsiyyət psixoloji sağlamlığın təməlidir. Dinləmək bacarığı və empatiya münasibətləri gücləndirir.

 

2) Qarşılıqlı hörmət və dəstək

Hər bir ailə üzvünün fikir və hisslərinə hörmətlə yanaşmaq, onu başa düşmək və dəstəkləmək vacibdir.

 

3) Stabil emosional mühit

Ailədə sevgi, güvən və təhlükəsizlik hissi formalaşmalıdır. Fiziki zorakılıq və psixoloji təzyiq kimi hallar bu mühiti pozur.

 

4) Problemlərin birgə həlli

Münaqişələr qaçılmazdır, amma onları qarşılıqlı anlaşma əsasında həll etmək münasibətləri daha da möhkəmləndirir.

 

Uşaq və yeniyetmələrin psixoloji sağlamlığı

Uşaq və yeniyetmələrin psixoloji sağlamlığı xüsusi diqqət tələb edir. Valideynin emosional mövcudluğu, diqqətli və sevgi dolu münasibəti uşağın özünə inamını, sosial bacarıqlarını və emosional dayanıqlığını gücləndirir.

Valideynlər öz zehni qavrayışları və toplanmış təcrübələri nəticəsində “düzgün uşaq tərbiyəsi” anlayışını inkişaf etdirir, düzgün davrandığını və uşağa lazım olduğu kimi yanaşdığını düşünə bilərlər. Burada əsas meyar — ana və atanın necə davranması deyil, uşağın bunu necə qəbul etdiyidir.

 

Valideynlər tərəfindən uşaqlara vurulan əsas travmalardan biri də etinasızlıqdır.

Etinasızlıq — uşağın qavrayışında dərin iz qoyur. Bəs sevgi və qayğıya etinasızlıq nədir?

“Yemədim, uşağa yedirdim”, “içmədim, uşağa verdim” deyən valideyn qayğı göstərdiyini zənn edir. Amma uşaq valideynlə oyun oynamırsa, sağlam ünsiyyət qura bilmirsə, onda “özünə laqeydlik”, “öz güvən əskikliyi” kimi psixoloji problemlər yaranır. Çünki uşaqlar ilk güvəni ailədən alırlar.

 

Psixoloji sağlamlığın pozulma əlamətləri:

1) Daimi gərginlik və münaqişələr

2) Uşaqlarda davranış pozuntuları və təhsil problemləri

3) Valideynlər arasında empatiya çatışmazlığı

4) Sosial təcrid və depressiya əlamətləri

 

Ailədə psixoloji sağlamlıq həm fərdlərin, həm də bütövlükdə cəmiyyətin rifahı üçün zəruridir. Sağlam və funksional ailə mühiti gələcək nəsillərin emosional sabitliyi və sosial bacarıqları baxımından strateji əhəmiyyət daşıyır. Bu səbəbdən, ailə daxilində sağlam ünsiyyətin təşviq edilməsi və psixoloji dəstəyin əlçatan olması vacibdir.

 

Əgər siz də özgüvənli, sağlam psixologiyaya sahib, cəmiyyətə faydalı övladlar yetişdirmək istəyirsinizsə, onları düzgün yönləndirin. Hər bir uğurlu münasibət sağlam psixologiyadan başlayır.

 

Pərvin Bağırova

İDOO PSP mütəxəssisi, klinik psixoloq 




14 şərh “Ailədə psixoloji sağlamlıq – PSİXOLOQ YAZIR

  1. Vüsal

    Men uje bu yazida yazilanlari oz ailemde gormusem. Atam cox sakit adam idi, amma anamla tez-tez dalaşirdi. Evde gergin hava oldugundan men usaqliqda cox qapali ve sakit idim. Sonra universitede psixologiya ile maraqlandim, anladim ki, bu menim ozume guvenime nece tesir edib. Indi oz ailem var, her gun calisiram ki, oglum sevgi dolu muhitde boyusun. Bu yazini oxuyanda ele bil oz hekayemi gordum…

    Cavabla
  2. Nuranə Muradova

    Men de usaq vaxti daim anamin naraziligini, atamin susqunlugunu gormusem. O vaxtlar anlamirdim niye ozumu boyukler kimi hiss edirem. Indi basa dusurem ki, o psixoloji guvensizlik menimle illerdi yasayir. Balaca sey kimi gorunen problemler, uje insanin butun heyatina tesir edir… Bu yazini paylasdiginiz ucun minnetdaram 💔

    Cavabla
  3. Seymur Məmmədov

    Bu mövzu cəmiyyətimiz üçün çox aktualdır. Təəssüf ki, bir çox ailələrdə bu sadalanan prinsiplərə əməl olunmur. Uşaqların psixoloji durumuna ən çox təsir edən məhz valideyn münasibətləridir. Çox dəyərli məqalədir, təşəkkürlər!

    Cavabla
  4. Sevil Məmmədova

    cox dogru yazilib. ailede sevgi yoxdusa uje uje psixoloji problem yaranir. sonra da deyirik niye uşaglar agresivdi ya da ceki qapanirlar. evde ne gordulerse o cur de davranirlar.

    Cavabla
  5. Səyyaf Həsənov

    Çox doğru vurğulayırsız: “uşaq necə qəbul edir” sualı hər şeydən vacibdir. Sadəcə valideyn olmaq kifayət deyil, anlayışlı və müşahidəçi olmaq da şərtdir. Təşəkkürlər bu dəyərli yazıya görə!

    Cavabla
  6. Qəşəng Nəsirova

    O qədər gözəl qeyd olunub ki
    Kaski qanunlara aile qurmadan öncə psixoloji analizlerde edilsin çünki cox valideynlərə görə uşaqlar zərər görür

    Cavabla
  7. Afət Kərimzadə

    men bacimla boyuyub valideynlerimden sevgi gormeden bu yasa catmisam. indi ozum ana olmusam, amma bilirsen nece cetindi oz uşagina duzgun yanasmaq. bu yazi meni derinden dusundurdu… 🙏

    Cavabla
  8. Adilə Əlizadə

    Pərvin xanım, çox vacib və həssas məsələyə toxunmusunuz. Amma bir sualım var: Bəzən valideyn özü də psixoloji cətinlik içində olur və emosional olaraq tükənmiş vəziyyətdədir. Belə halda həm övladına, həm də ailəsinə necə dəstək ola bilər? Özünü toparlamadan başqasına faydalı olmaq mümkündürmü?

    Cavabla
  9. Məfkurə

    Bu gun ailəde nece uşaq var, amma hec birine vaxt ayirmaq yoxdu. Valideynler guya calisib usaga yemek, paltar alir, amma uşaq nece hiss edir, hec maraqlanan yoxdu. sonra da usaqlarin problemi artir. Allah haminin balasini qorusun.

    Cavabla
  10. Həlimə Məmmədli

    Menim fikrimce ailede en vacib sey dinlemekdir. Hamimiz danisiriq, amma biri o birisini dinlemir. Ona gore de bir-birimizi basa dusmuruk.

    Cavabla
  11. Validə İslamova

    Uşaqlıqda valideynlərimizin bizim duyğularımıza necə cavab verdiyi bu gün kim olduğumuzu formalaşdırıb. Özüm ana olandan sonra daha çox dərk edirəm bunları. Təşəkkürlər bu maarifləndirici yazıya görə.”

    Cavabla
  12. Fatma

    bele yazilara ehtiyac var, xususiyle yeni valideyn olanlar ucun. men de usagimla danismaqda cetinlik cekirdim, amma gordum ki, usaqla empati quranda her sey deyisir.

    Cavabla
  13. Ədalət Qasımli

    Valideynlərin uşağa qarşı göstərdiyi qayğı çox önəmlidir. Amma bəzən biz yalnız maddi cəhətdən qayğı göstəririk və emosional dəstək unudulur. Yazıda vurğuladığınız kimi, uşaqların özünə güvənləri ailədən başlayır. Bu barədə daha çox danışılmalı və bu məsələlər haqqında maarifləndirmə işləri aparılmalıdır.

    Cavabla
    1. Pәrvin Bağırova

      Bәli bu mövzü çox aktual mövzüdü. Bu haqqda tәlim dә vermişәm. Araşdırdıqca bu mövzünün dәrinliklәri ortaya çıxır. Diqqәtimdir bu mövzü

      Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir