Aydan Memmedova

Ailədən gələn zənciri necə qıra bilərik?

Baxış sayı: 430

Ətrafda gördüyümüz kimi, hər bir uşağın ailəsindən hansısa nöqtədə incidiyi və travmaları olur. Bunun qarşısını necə almaq olar?

Bunun üçün uşaqlara öz saf uşaqlıqlarını yaşamalarına icazə vermək, fikirlərini sərbəst ifadə etməyə şərait yaratmaq,  oyun oynamaq üçün qadağalar qoymamaq, ailədaxili konfliktləri uşaqlara yansıtmamaq, natamam ailə olduqda belə ailənin necə olduğunu onlara göstərmək, duyğularını sərbəst yaşamasına icazə vermək (məsələn: uşaq nəyəsə ağladıqda böyüklərin onu aglamaması üçün tənbeh etməsi kimi), etdikləri hər bir işə dəyərində dəyər verməklə (Gördükləri işi küçümsəməklə, bu nədir ki belə, sən etdin?, sən ki, bacaran deyilsən, necə edə bildin və s.) lazımdır.

valideyn

Həmçinin bəzi bilmədən etdiyimiz davranışlar, dediyimiz kiçik sözlər uşaqlarda hər hansı bir psixoloji əskikliklərə səbəb ola bilər. Doğrudur, hər bir şeyə diqqət edə bilmirik. Buna isə belə izah edə bilərik ki, kökdən gələn psixoloji mədəniyyət formalaşmayıb, burda sadəcə cəmiyyətdə özümü aparmaq , bir sözlə, görsəl mədəniyyət formalaşdırılıb. Lakin tərbiyə tam olaraq verilə bilmir. Ən əsas tərbiyə isə uşaqlarda emosional tərbiyədir ki, bununla sadəcə bizim tərbiyə etməyimizlə yanaşı, özləri özlərini də tərbiyə etmiş olurlar. Fərdi əgər sağlam şəxsiyyət kimi formalaşdırmaq istəyiriksə, onların nə üçün dünyaya gəldiklərini bilməliyik.  Bəli, maraqlıdır, nə üçün dünyaya gəliblər?  Bunun cavabını isə özümüzə sual verərək tapa bilərik.  Mən nə üçün dünyaya gəlmişəm?  Uşaqların ən çox valideyinlərinə ehtiyacı var. Onların yanında olmağı unutmayaq.

 

Psixoloq Aydan Məmmədova




6 şərh “Ailədən gələn zənciri necə qıra bilərik?

  1. Afət Səfərova

    Sizin yazınız çox dəyərli və əhəmiyyətli mövzuları əhatə edir. Ailə mühitində uşaqların travma yaşamalarının qarşısını almaq və onların sağlam inkişafını təmin etmək üçün göstərilən məsləhətlər, müasir tərbiyə prinsiplərinə uyğun gəlir.

    Cavabla
  2. Vüsal Həsənli

    Məncə, yazıda göstərilən təkliflər çox praktikdir. Uşaqlara dəyər vermək və onların işlərini kiçiltmək əvəzinə təşviq etmək çox vacibdir. Bu, uşaqların özünə inamını artırır və onlara öz potensiallarını reallaşdırmağa kömək edir

    Cavabla
  3. Adil Mirzəcanzadə

    Bu yazıda təklif olunan emosional tərbiyə mövzusuna xüsusi diqqət yetirmək lazımdır. Uşaqların inkişafında valideynlərin rolu çox böyükdür. Onlara düzgün emosional dəstək vermək və sevgi göstərmək, onların gələcəkdə sağlam və müsbət şəxsiyyətlər kimi böyüməsinə kömək edir.

    Cavabla
  4. Şəalə Əsədova

    Məqalənin bir hissəsi, psixoloji mədəniyyətin yetərli olmadığını və bunun uşaqların emosional inkişafına təsir etdiyini vurğulayır. Bu, çox doğru bir nöqtəyə işarə edir. Həqiqətən də, cəmiyyətimizdə vizual mədəniyyət daha çox ön plandadır, amma uşaqların emosional tərbiyəsi barədə daha çox məlumat və təlimə ehtiyac var. Uşaqların özlərini tanımaq və sağlam şəxsiyyət kimi formalaşmaları üçün valideynlərin onlara dəstək olması çox vacibdir.

    Cavabla
  5. Nahidə Osmanlı

    Məqalədəki təkliflər arasında uşaqlara öz fikirlərini sərbəst ifadə etməyə icazə vermək, ailədaxili konfliktləri onlardan uzaq tutmaq və onların duyğularını anlamak çox mühüm məsələlərdir. Ancaq bəzən valideynlər və ya tərbiyəçilər, gündəlik həyatda bu prinsipləri tətbiq etməkdə çətinlik çəkə bilər. Bu səbəbdən də, bu prinsiplərin həyata keçirilməsi üçün konkret addımlar və metodlar təqdim edilsə, daha geniş auditoriya üçün əlverişli ola bilər.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir