aile budcesi

Ailənin büdcəsi necə hesablanmalı və istifadə edilməlidir?

Baxış sayı: 172

Ailə də özlüyündə kiçik dövlət modelidir. Onun bir yerində boşluq olarsa, zəifləyərsə, bu hər bir sahəsinə təsir edəcək. Azərbaycan kimi kökünə bağlı xalqlarda isə ailənin önəmi daha böyükdür. Bəs, bu kiçik dövləti idarə etmək asandırmı? Evlənib və axışına buraxmaqla iş bitirmi? Bir ailənin büdcəsi necə hesablanmalı və istifadə edilməlidir?

Pandemiya dövrünün başlamasından sonra tək bizdə deyil, bütün dünyada iqtisadi böhran qapıya dayanıb. Buna hazırıqmı? Xeyr. Heç bir iqtisadi güc meqaiqtisadiyyatı stabil saxlama gücünə sahib deyil. Müxtəlif fəsadlar və çətinliklərdən keçiləcək. Yaxşı, bunlardan minimum səviyyədə yan keçmək üçün nə etməliyik? Qazancımızı daha lüks yaşamaq üçünmü, yoxsa planlı gələcək yaratmaq üçünmü qurmalıyıq? Əksər insan qazancının ayın sonuna çatdırmadan bitirir. Bu ya məcburiyyətdən, ya səmərəsiz istifadədən ola bilər. Amma bir insanın qazancı nə qədər olursa, olsun istifadəni düzgün planlaşdırmadığı təqdirdə ilk çətinlikdə çöküntü yaşayar. İşdən ayrıldığınızı və kənarda pulunuzun olmadığını düşünün.

AILE BUDCESI

Həyat səviyyəsinə görə bir bölgü etsək belə bir nəticə çıxar ortaya: elita, lüks həyat yaşayan, amma elitalaşmamış, orta və aşağı sinif təbəqəsi.

İnkişaf etmiş ölkələrdə orta təbəqə xüsusi ilə önəm daşıyan bölümdür. Bura tənzimləmə sistemini oynayır. Yeni yaranacaq lüks və elitalar buradan çıxar, ya önəmli şəxslər burada formalaşar.

Bir də var aşağı həyat səviyyəsi olanlar. Yoxsulluq səviyyəsində yaşayır, günlük gəlirləri olur, bəzən isə onu belə təmin edə bilməyib, sıxıntı içərisində yaşayırlar.

Hər kəs sinfindən asılı olmayaraq gəlir əldə etmək, pul qazanmaq üçün çalışır. Mübadilə tənzimləyicisi olan pul anlayışı hər kəsi özünə tabe edə bilib. Yaşamaq üçün pul lazımdır. Yaxşı, pulu qazandıqdan sonra necə xərcləməliyik?

Məşhur bir metodla gəlirin bölgüsünü sizinlə paylaşmağa çalışacam. Amma öncə qeyd etmək istədiyim məqam, başa düşülən vəziyyətdir ki, ölkəmizdəki əmək haqqının insanın həyat səviyyəsi üçün lazımı səviyyədə olmaması orta təbəqənin formalaşmasına maneədir. Bu da özlüyündə yoxsulluq səviyyəsi ilə lüks həyat ortasında boşluq yaradır və tənzimləmə mexanizmi işləmir. Bu halda istər siyasi, istər mədəni platformalarda boşluqlar yaranır.

Gələk mövzuya, gəliri 100 qəbul edək. Yeni evlənmiş bir ailə əgər həyatlarını axınlı və inkişafa doğru qurmaq istəyirsə, plan çərçivəsində işlər görməlidir. Əksər insan bu ifadəni əyləncələrdən uzaq qalmaq, aktivliklərə qatılmamaq kimi qəbul edir. Qətiyyən bu düzgün yanaşma deyil. 100 gəliri olan ailə ev xərclərinə aylıq 50 ayırmalıdır.

aile budcesi

Yeni evli bir cütlüyün 50 xərci kifayət qədər yetərlidir.

10 ehtiyat fondu – Bu hissəyə düşən pulu bankda ehtiyacları olar ehtiyatı ilə toplaya bilər

10 əyləncələri üçün. Ya təhsillərini davam etdirmək planları varsa, onun üçün

10 investisiya – anlayışı olan şəxslər bu hissəyə düşən pulu səhmlərdən indekslər almağa xərcləyə də bilir.

10 yardım fondu – bu özlərinə aid deyil. Bu hissədə nəzərdə tutulan məbləği sevdikləri bir sahəyə ayırmalıdılar dəstək üçün. Misal, içində yazarlara heyranlıq duyub, amma heç vaxt kitab yaza bilməyən birisi yazarlara dəstək üçün fona pul bağışlaya bilər. Bu vasitə ilə bir yazarı cəmiyyətə qazandıra bilər. Ya sosial yönümlü yardımlar edən cəmiyyətlərə. Beləliklə, kiçik qazancından başqasının da əlindən tuta biləcək. Bunları etmək istəməzsə, ibadətli birisidirsə, ibadətinə pul ayıra bilər.

10 və ən önəmli hissə. Övladın gələcəyi üçün toplanmalı fond. Bu hissədə dəyişiklik etmək şansım olsaydı rəqəmi artırmaq istəyərdim. Burada toplanan pul övlad(lar)ınızın 18 yaşına çatana qədər toplanması lazımdır. Və nə olarsa, nə baş verərsə, baş versin buradakı pul toxunulmaz qalmalıdır. Bu sayədə övladınız artıq azad fərd olmağın hissini 18 yaşında yaşayacaq. Təhsili üçün kimdənsə, asılı olmayacaq. Bu ailəsi belə olsa. Sizin 10 deyə gördüyünüz kiçik bir məbləğ onun həyatını dəyişməyə qadirdir. Toplanan pul ilə istəyərsə, təhsil alar, istəyərsə, biznes qurar. Ya yeyər, gəzər. Bu onun seçimi və onun həyatdan gözləntisi olacaq. İstədiyi şəhərdə yaşamaq, istədiyi təhsili almaq şansı olacaq. Beləliklə, ona verə biləcəyiniz ən gözəl şeyi, azadlığı vermiş olacaqsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir