qaynana

Ailəyə müdaxilə edən qayınata və qayınana necə cəzalandırılacaq?

Baxış sayı: 515

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna bir sıra dəyişikliklər təklif edilir. Təklif edilən dəyişikliklərdən biri qayınana, qayınata və digər yaxın qohumların ailəyə müdaxiləsinin məişət zorakılığı sayılması ilə bağlıdır. Bu təklif cəmiyyətdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub. Bir çoxları yaxın qohumların gənc ailələrə daim dəstək olmasının, onlara tövsiyələr verməsinin normal hal olduğunu bildirərək qayınana-qayınataların övladlarının ailələrində söz sahibi ola biləcəyini düşünür. Bəzi şəxslər isə ailələrə kənar müdaxilənin yolverilməz olduğunu, bunun sonradan neqativ nəticələrə gətirib çıxardığını deyir.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə bildirir ki, bu məsələ “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun ilə tənzimlənir. Onun sözlərinə görə, Komitə tərəfindən sözügedən Qanuna dəyişikliklərin edilməsi bağlı bir neçə təklif verilib:

QAYNANA

“Qanunun preambulasından və 1.0.1-ci,1.0.2-ci maddələrindən “yaxın” sözünün çıxarılması təklif edilib. Bu təklif “yaxın” qohum olmayan ailə üzvləri tərəfindən törədilən məişət zorakılığı hallarının Qanunun təsir dairəsindən kənarda qalmaması üçün irəli sürülüb. “Məişət zorakılığının qarşısının alınması haqqında ” AR Qanunu yaxın olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, Nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), habelə birgə yaşadığı hallarda digər qohumlara şamil olunur. Sözügedən subyektlərin dairəsinin genişləndirilməsinə ehtiyac olduğunu nəzərə, bu məqsədlə şəxslər dairəsinə ər və arvadın yaxın qohumlarının da əlavə olunması təklif olunub. Yuxarıda qeyd olunanlar təklif paketidir”.

Komitə səlahiyyətlisi bildirib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun hazırda qüvvədə olan yanaşmasında “yaxın qohum” anlayışı məişət zorakılığını törədənlər həyat yoldaşının yaxın qohumları və əvvələr birgə yaşamasından sui istifadə edən digər qohumlar nəzərdə tutulurdu. İndi isə yaxın anlayışının çıxardılmasında məqsəd odur ki, daxil olan müracətlərə görə, qaynana, baldız, qayın və yaxud həyat yoldaşının, zorakılıq törədənin yaxın olmayan qohumları əvvəl məişət zorakılığının təsir dairəsinə düşmürdü.

qaynana-gelin

“Tədqiqatlar da göstərdi ki, bu kimi hallar çoxalıb. Ona görə də qanunun təkmilləşməsinə ehtiyac var. Bu o deməkdir ki, həyat yoldaşının atası, anası, qardaşı, bacısı əgər birgə yaşamırsa onların da törətdikləri zorakılıq məişət zorakılığı sayılacaq. Əvvəl isə bu belə deyildi. Əvvəllər telefonla və yaxud evdə gəlib fikizi zorakılıq etdikdə biz bunları məişət zorakılığı kimi qeydə ala bilmirdik. Amma son dəyişiklikdən sonra bu hallar “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun tələblərinə müvafiq olaraq araşdırılacaq” – T.Hüseynzadə bildirir.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir