2013-makiyaj

2014-cü ilin makiyaj trendləri

Baxış sayı: 1. 927

2014-cü ilin saç və makiyaj trendlərində təbiilik əsas şərt olacaq. Bunu Ailem.az-a açıqlamasında tanınmış stilist-vizajist Nigar İbrahimova deyib.2013-makiyaj

N.İbrahimova at ilinin makiyaj trendləri haqqında məlumat verərkən bildirib ki, gələn il daha çox ağ, qara, yaşıl, göy və torpaq rəngləri dəbdə olacaq: “Göz makiyajlarında gümüşü və göy kölgələrdən istifadə ediləcək. Boz metal tonlar göz makiyajının ən diqqət çəkən trendlərindəndir. Tüstü göz makiyajı dəbdə olacaq. Xanımlar eye-liner ilə kirpiklərə yaxın cizgilər çəkə və xətti çölə doğru uzada bilərlər. Bundan başqa, göz makiyajında kərpic və qəhvəyi rəngin tonlarında olan kölgələrlə qüsursuz göz makiyajı yaratmaq mümkündür”.

Stilist-vizajistin sözlərinə görə, 2014-cü ilin dodaq boyaları rəngləri sırasında çəhrayı, açıq tonlar və digər təbii rənglər, qışda isə tünd qırmızı aktual olacaq. Üz dərisinin rənglərində isə daha çox təbiiliyə üstünlük veriləcək. Tonal kremləri dəriyə nəzərə çarpmayacaq formada çəkiləcək.

Nigar İbrahimova gələn il daha çox qısa saçların dəbdə olacağını bildirib. Saç rənglərində təbii rənglərə üstünlük veriləcəyini deyən Nigar xanımın söylədiyinə görə,  bu baxımdan qəhvə rəngli saçları daha dəbli saymaq olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir