Maile Ezizli

Autizm və xromosomların sirri: Fərqlilikdən yanaşmalara

Baxış sayı: 704

Autizm spektr pozuntusu Xəstəliklərin Beynəlxalq Təsnifatı 10-da F84, 11-də isə 6A02 kodu ilə tanınır. Bu o deməkdir ki, bu pozuntu əslində psixoloji xəstəlikdir, fərqlilik və ya sindrom deyil. Bundan fərqli olaraq, xromosom xəstəliyinin Daun sindromu mövcuddur və Daun sindromuna fərqlilik deyirik. Çünki Daun sindromu bioloji, yəni xromosomların normadan artıq və ya əskik olması ilə yaranır və sonradan bunu dəyişdirmək hələ ki, elmdə tədqiqat olunmayıb. Buradan aydın olur ki, “sindrom” xəstəlik anlayışının tərkib hissəsi, variantı mənasındadır.

autizm

Nəyə görə autizm psixoloji xəstəlik adlanır?

Hamiləlik dövründə qadınların duyğularını doya-doya yaşaya bilməməsi, həyat tərzindəki müxtəlif problemlərdən dolayı duyğularını qapaması nəticəsində bətnindəki fərdə uyğun olaraq uşağın duyğuları, spektr prosesi yarana bilmir. Spektr hadisəsi işığın sınma hadisəsidir ki, bu da psixikada baxış bucağının dəyişməsinə bərabərdir. Spektr pozuntusu isə baxış bucağının, duyğuların pozuntusu halıdır. Bu o deməkdir ki, autizm problemi olan fərdin baxış bucağında realda olan obyektlərin yeri dəyişir: məsələn, görmə duyğusunda problemi varsa, obyektlər gözünə qarışıq görünür; eşitmə duyğusunda pozuntusu varsa, səslər qulağına qarışıq, küylü, uğultulu eşidilir; qoxu duyğusunun pozuntusunda qoxulara qıcıqlıq, həssaslıq olur; dadbilmə duyğusunda pozuntu olarsa, yeməkləri ağzından çıxarır, qaytarır, həzm edə bilmir; toxunma duyğusunda pozuntu olduqda qucaqlanmaqdan, toxunmaqdan xoşlanmır, qıcıq olur. Bunlara əsasən də stereotipləri, təkrarlanan hərəkətləri bu narahatlığın əlamətləri kimi tanınır.

autizm

Bəs autizm psixoloji xəstəliyinin psixoterapiyası əslində necə aparılır?

Bu problemdə olan şəxsin duyğularını, hərəkətlərini sözlə ifadə edərək, adlandıraraq, əmək və yaradıcılıq fəaliyyətlərinə cəlb etməklə, sensor hiss üzvlərini aktivləşdirməklə uzun zaman və geniş səbrlə psixoterapiyası klinik psixoloq tərəfindən aparılır; erkən müdaxiləyə 6 aylıqdan və ya 1 yaş 6 aylıqdan başlanılarsa, daha səmərəli sağalma olar. Daha böyük yaşlarda gedən psixoterapiyalar isə uzun müddət və daha çox səbir tələb edir. Bu xəstəlik vaxtında sağaldıla bilməyəndə, 18 yaşından sonra şizofreniya spektr pozuntusuna çevrilmək təhlükəsi var.

Avropa ölkələrində və Yaponiyada da bu xəstəliyin erkən müdaxiləsi və duyğuların ifadəsi yönümündə olan tədqiqatlar mövcuddur.

 

Mailə Əzizli

Klinik psixoloq

 

(Mütəxəssislə  070 871 26 13 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz)




10 şərh “Autizm və xromosomların sirri: Fərqlilikdən yanaşmalara

  1. Aydan Qarayeva

    Autizm haqqında belə ətraflı bir yazı oxumaq çox faydalı oldu. Bir çoxları hələ də autizmi səhv başa düşür və sadəcə fərqlilik kimi qiymətləndirirlər. Yazıda qeyd olunan “psixoloji xəstəlik” anlayışı autizmin daha düzgün başa düşülməsinə kömək edir. Müəllifin vurğuladığı kimi, autizm erkən müdaxilə ilə daha səmərəli sağaldıla bilər. Bu, həm valideynlərə, həm də psixoloqlara böyük bir çağırışdır.

    Cavabla
  2. Azər Əmiraslanova

    Psixoterapiyanın necə aparıldığını izah etməniz də olduqca faydalıdır. Xüsusilə, erkən yaşlarda müdaxilənin nə qədər əhəmiyyətli olduğunu vurğulamanız çox yerindədir. Bunu daha çox insanın oxuması lazımdır

    Cavabla
  3. Qabil Məmmədov

    Müəllifin “spektor prosesi” ilə bağlı izahları xüsusilə diqqətimi çəkdi. Bu, mənim autizmi daha yaxşı başa düşməyimə səbəb oldu.

    Cavabla
  4. Sevda Ələkbərli

    Yazını oxuyarkən çox düşündüm. Təsəvvür edin ki, bir uşağın dünyaya baxışı necə dəyişə bilər! Autizm haqqında belə bir yanaşma heç vaxt qarşıma çıxmamışdı. Ən çox diqqətimi çəkən isə duyğuların ifadəsi ilə bağlı olan hissə oldu. Müəllifin qeyd etdiyi kimi, çox vaxt bu pozuntu şəxsə hətta ən sadə duyğusal təcrübələri yaşamağa imkan vermir. Psixoterapiyanın rolu da həqiqətən çox vacibdir.

    Cavabla
  5. Sənubər Ağayeva

    Məncə, bu cür məlumatların daha çox yayılması vacibdir. Həm valideynlər, həm də təhsil işçiləri üçün bu cür yazılar çox dəyərli ola bilər. Autizmli uşaqlara qarşı daha doğru yanaşmaların olması üçün belə məlumatların çoxalması lazımdır. Eyni zamanda, psixoterapiyanın vacibliyini qeyd etməniz çox doğru bir məqamdır.

    Cavabla
  6. Psixoloq Maila

    Çox sağolun, dəyərli rəyləriniz üçün. Ümid edirəm, bu problemi düzgün dərk edən mütəxəssislərin sayı artar və insanlar öz sağlamlıqlarına qovuşar, fərqlilik adı altında xəstəliklərin sayını artırmazlar.

    Cavabla
  7. Fərzanə Şakir

    Mən bir valideyn olaraq çox narahat qaldım. Yazınızda qeyd edirsiniz ki, autizm vaxtında psixoterapiya ilə müalicə olunmazsa, bu sonradan şizofreniya spektr pozuntusuna çevrilə bilər. Bu bizi çox qorxutdu. Mənim övladımda da müəyyən sensor həssaslıqlar, stereotip davranışlar var, amma hələ rəsmi diaqnoz qoyulmayıb. Bu cür simptomları olan hər bir uşaqda gələcəkdə ciddi psixi pozuntu inkişaf edə bilərmi? Yəni bu, mütləq nəticədir, yoxsa sadəcə ehtimaldır? Erkən müdaxilə dedikdə nədən başlamalıyıq? Bu vəziyyətdə bir ana olaraq nəyi düzgün edib-etmədiyimi haradan bilə bilərəm?

    Cavabla
    1. Psixoloq Maila

      Salam, narahatlığınızı aradan qaldırmaq üçün qeyd olunan nömrəyə yaza bilərsiniz.

      Cavabla
  8. Nahidə Baxışova

    Mənim övladım da autizm spektr pozuntusundan əziyyət çəkir və bu xəstəliklə bağlı daha çox məlumat almağa çalışıram. Amma mən həmişə bu cür məlumatları oxuyanda qorxuram, çünki bəzən yazılanlar çox tünd və ağır görünür. Yazıda qeyd olunan ‘şizofreniya spektr pozuntusuna çevrilmək təhlükəsi’ məni çox narahat etdi. Bu, deməkdir ki, əgər vaxtında müalicə edilməsə, daha da çətinləşə bilər? Mənim övladım da bu problemə sahib olduğu üçün çox narahatam. Həkimlər də bizə həmişə müalicənin əhəmiyyətindən danışır, amma bəzən çox uzun müddət və çox səbr tələb etdiyini bildirmək bizi daha da üzür. Nəhayət, ‘avropa ölkələrində və Yaponiyada bu xəstəliyin erkən müdaxiləsi ilə bağlı tədqiqatlar var’ deyə qeyd edilməsi bir az ümid verir, amma bizdə vəziyyət necə olacaq, bunu bilmirəm. Mənim üçün bir valideyn olaraq ən böyük narahatlıq, övladımın gələcəyinin necə olacağıdır.

    Cavabla
  9. Fərahim Quliyev

    Məni psixoterapiyanın erkən müdaxilə ilə necə effektiv olacağı və psixoloq tərəfindən necə aparılacağı maraqlandırdı. Bizim klinik psixoloqla görüşlərimiz başladığında, bu cür fəaliyyətlərin övladımın inkişafında nə qədər əhəmiyyətli olduğunu hiss edirəm. Amma böyük yaşlarda bu müalicənin nə qədər çətin olacağını nəzərə alaraq, bir valideyn olaraq, bu problemlərin öhdəsindən necə gələcəyimizi də düşünməyə başladım. Ümid edirəm ki, ölkəmizdə də bu məsələyə daha çox diqqət yetirilər və valideynlərə dəstək verilir.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir