masin

Avtomobillər niyə 450 km saat limitini keçə bilmillər?

Baxış sayı: 490

Əgər sadə məntiqlə yanaşsaq mühərrik nə qədər güclüdürsə avtomobilin hərəkət sürətidə bir o qədər artır. Bəli, avtomobillərin inkişaf mərhələləri bizə bunun doğru olduğunu sübut edir. Onda bəs niyə Koenigsegg One:1 modelini 431 km/saat sürətdə elektronik şəkildə limitləndirib? Niyə Bugatti Chiron-un 8 litr 16 silindirli 4 turbolu 1500 at güclü mühərriki 450 km/saat sürətini keçə bilmir? Keçək izaha.

Hərəkət edən hər obyektdə olduğu kimi avtomobillər üçündə sürtünmə çox mühüm məsələdir. Hər ötən il maşınların daha da “yumru” dizayna sahib olmasının səbəbidə budu. Maşın havaya qarşı nə qədər az müqavimət göstərərsə daha sürətli hərəkət üçün o qədər az enerji sərf etməli olar. Amma məsələ burasındadırki hərəkət zamanı 320km/saat sürəti keçdikdən sonra əksər hallarda avtomobil necə deyəllər küləyi yara bilmir. Bunun səbəbi o limitdən sonraki mərhələ üçün maşınların yetəri qədər aerodinamik olmamasıdı. Amma həm yetəri qədər aerodinamik, həm də güclü sayılan Bugatti Veyron və ya Koenigsegg One belə 450 km/saat limitini hələ də ötə bilmillər. Burada dizayn problemləri işin içinə girir. Məhz eksteryerin quruluşuna görə sürtünmə əmsalına əsasən avtomobillərin yüksək sürətlə hərəkət zamanı küləyin avtomobilə təsiri də dəyişir.

masin

Hərdən spoyler və ya əlavə splitterlərin hesabına maşınlar yerə o qədər sıxılırki ani bir döngədə və ya asfaltın boş olduğu yerə təmas olunan an havaya qalxırlar. Belə hallar yarışlarda baş verir və daimi istehsaldaki maşınlarda yaranmamasının səbəbi belə təcrübələrin böyük avtomobil şirkətlərini qorxutmasıdır. Yəni normal görüntüyüə sahib olan, daimi istifadə zamanı qəza şəraiti yaratmayan və eyni zamanda 450 km/saatlıq sürət həddini aşa bilən avtomobil hələki mövcud deyil.

Əlavə olaraq digər bir səbəbsə təkərlərdir. Lazım olan konfiqurasiyada avtomobil hazırlansa belə təkərlər müəyyən sürət həddini keçdikdə bu gün istehsalda olan təkərlər alışmağa başlayırlar. Koenigsegg rəsmi olaraq One:1 modelindəki təkərlərin 431km/saatlıq sürət həddini keçdikdən sonra partlayacaqlarını və ya alışacaqlarını deyir. Yəni Koenigsegg faktı təstiqlədi. Amma almanlar belə şeyləri qəbul etməkdə biraz çətinlik çəkirlər. Hər nə qədər Veyron və ya təzə Chiron-un təkərlərini hazırlayan fransız, Michelin olsa belə bu problemə həll yolu tapa bilmədiyini demək İtalyan əsilli Alman şirkəti üçün biraz çətin ola bilər. Onuda qeyd edimki bu sürət limitləndirilməsi yalnızca daimi istehsalda olan avtomobillərə aiddir. Çox böyük və xüsusi təkərlərdən istifadə edən, düz yol Dragsterləri 500 km/saat həddini çoxdan keçiblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir