Nermine Abbasova

Ayaqlarda yaranan kiçik ağrıların böyük FƏSADLARI

Baxış sayı: 434

Ayaqlarımız sümüklərdən, oynaqlardan, bağlardan və yumşaq toxumalardan ibarət kompleks bir quruluşa sahibdir. Yaralanma və ya infeksiyalardan tutmuş, struktur pozğunluqlarına qədər bir çox problem ayaq ağrısına səbəb ola bilir. 

Mövzu ilə bağlı danışan Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bidirdi ki, ayaqlarda ağrılar əzələ, damar, oynaq və nevroloji xəstəliklər, eləcə də travmalar səbəbindən meydana gələ bilər:

Gəzməyi və ayaq üstə durmağı çətinləşdirən, beləliklə, gündəlik həyata ciddi şəkildə təsir edən ayaq ağrısı əslində, narahat ola biləcək ümumi bir problemdir. Qan qatılığı zamanı ağırlıq və gərginlik hiss etdirən, uzun sürən key ağrılar olur. Bu proses bir neçə müddət davam etdikdə aşağı ətraflarda damar genişlənməsinə səbəb olur. Ağrılar adətən axşama doğru başlayır. Hamam, sauna, vanna qəbulu kimi isti mühitdə də ayaqlarda ağrı hiss oluna bilər. Qadınlarda bunun baş vermə səbəbi əsasən hormonal pozuntulardır. Estetik olaraq da bu bir sıra problemlərə səbəb olur. Belə ki, ayaqlarda damar düyünləri və kapillyarlar yarana bilər.

Həkim deyir ki, onurğa problemləri də bir qayda olaraq ayaqda ağrılara səbəb olur. Onun sözlərinə görə, adətən bu fəqərəarası disk yırtığı zamanı özünü daha qabarıq büruzə verir:

“Bu təbəqəyə oturaq sinirin iltihabı səbəbindən əmələ gələn problemlər də aiddir. Yaşlı dövrdə, o cümlədən orqanizmdəki sistem xəstəlikləri səbəbindən müxtəlif damar patologiyaları inkişaf edir ki, bunlar da ayaqda ağrılara səbəb olur. Düzdaban xəstəliyi də ayaqda ağrıya səbəb ola bilər. Bundan əlavə bu problem ayaqların tez yorulması, ağırlıq hisslərinə də səbəb olur. Periferik sinir sistemi xəstəlikləri iti, dalğavarı ağrılarla müşahidə olunur. Nevroloji tutmalar ağrı olmadan bir neçə saniyə, dəqiqə və ya saat davam edə bilər. Ən şiddətli ağrılar adətən əzələ iltihabı zamanı baş verir, ən qorxulu və ağır fəsadlarla nəticələnə biləcək ağrılar isə müxtəlif infeksiyalar səbəbindən yaranır. Aşağı ətrafların travmaları da ağrısız keçmir.

Nərminə xanım bildirdi ki, ayaq ağrılarına görə xəstəliyi müəyyən etmək düzgün deyil. Həkimin sözlərinə görə, bunun üçün tam kliniki müayinədən keçmək mütləqdir:

 

Ayaq damarlarında yaranan patologiyanın profilaktikası ilk növbədə ürək-damar sistemində meydana çıxan problemlərin qarşısını almağa kömək edir. Mütəmadi olaraq idmanla məşğul olmaq orqanizmdə qan axımını tənzimləyir. Qarın əzələlərinin bərkidilməsi də ayaqlarda ağrıların, eləcə də onurğa problemlərinin qarşısını ala bilər.

Həkim vurğuladı ki, aşağı ətrafların angiopatiyası və ya periferik arterial xəstəlik ayağa qan aparan damarların, yəni arteriyaların daralması və ya tutulmasıdır. Onun sözlərinə görə, ayaqlarda damar zədələnməsinin bir neçə əlamətləri bar. Bunlardan ayaqda donma hissi, ayaqların soyuq olması, gəzərkən əmələ gələn və istirahət etməklə dərhal keçən ağrılar, ayaqlarda, xüsusilə də baldırda tez-tez qıcolmaların olması, ayaqlarda tüklərin tökülməsi, ayaq dərisini göyə çalan açıq bənövşəyi rəngdə olmasını göstərmək olar.

 

 

Terapevt qeyd etdi ki, MayoMed Klinikasında Ayaq Ağrıları xəstəliyinin müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcuddur:

“Klinikamızda mütəxəssislər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir. Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal Klinkamıza müraciət edə bilərsiz”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir