2

“Azərbaycan Könüllü Həkimlər Assosiasiyası “ və “ Orvita Autizm evi ” tərəfindən marifləndirici konfrans keçirildi

Baxış sayı: 408

20 aprel Yeni Klinikada Aprel ayı ,marifləndirmə ayına özəl olaraq “Azərbaycan Könüllü Həkimlər Assosiasiyası” və “ Orvita Autizm evi ” tərəfindən marifləndirici konfrans keçirildi.

Konfransın məqsədi valideyinlərə dəstək və eyni zamanda marifləndirmə yönümlü işin aparılmasıdır ki, insanlar cəmiyyətə autizmli uşaqları daha yaxşı inteqrasiya etsin,və İnkluziv Cəmiyyətin yaranmasına dəstək göstərsin.

Konfranda 7 spiker çıxış etdi.

Əsas mövzular:

1) Autizmə Neyropsixoloji Baxış

2) Autizmdə Radialoji Münasibətlər

3) Autizm və Endokrinologiya

4) Autizmli Uşaqların diş baxımı və Korreksiyası

5) Autizmli Uşaqların Nitqinin İnkişafına Dəstək

6) Autizmə Psixiatrik Baxış, Diqqət Əskikliyi və Hiperaktivlik mövzusunda idi.

3

Eyni zamanda konfransda Autizmli uşaqların çıxışları baş tutdu.

Onlar rəqs etdi,şeir,mahnı söylədi,öz ifaları ilə cəmiyyətə sanki bizi də görün deyə mesaj ötürdülər.

Konfransın açılış nitqində Azərbaycan Könüllü Həkimlər Assosiasiyası Sədri ,Üz – Çənə cərrahı Oqtay Mehdiyev çıxış etdi.

Eyni zamanda Müşfiq Məmmədli , Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı,Sumqayıt Dünya Məktəbinin direktoru Çiçək xanım çıxış etdi.

4

“ Orvita Psixoloji Reabilitasiya Mərkəzi “ , “ Orvita Autizmevi “- nin və “NR İnkluziv “ mərkəzinin   Təsisçisi P.h.d Ramidə Oktayqızı açılış nitqi ilə çıxış edərək konfransın  məqsədini və məramını bir daha izzah etdilər.

1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir