reduco foto

Azərbaycanda ilk dəfə: IELTS təqaüd proqramı həyata keçirilir

Baxış sayı: 1. 475

2015-ci ilin may ayından etibarən rəsmi IELTS imtahan mərkəzi kimi fəaliyyət göstərən Reduco Tədris Mərkəzinin  Sumqayıt filialında #getielts başlığı altında IELTS imtahanına hazırlaşan tələbələr üçün təqaüd proqramı həyata keçirir.

Təqaüd proqramı 4 ay hazırlıq, dərs vəsaitləri və rəsmi imtahan xərcləri daxil olmaqla 6 nəfər üçün planlaşdırılmışdı. Proqramın ilk mərhələsində 120 nəfər qeydiyyatdan keçərək imtahanda iştirak etmək hüququnu qazandılar. İkinci  mərhələdə ən yüksək nəticə göstərən 12 nəfər müsahibəyə dəvət olundu və onlardan 6 nəfər seçilərək təqaüd proqramının iştirakçısına çevirildilər.

Hazırda intensiv şəkildə davam edən dərslər oktyabr ayına qədər davam edəcək və oktyabrın 27-də Mərkəzin Sumqayıt filialında keçiriləcək rəsmi imtahanla yekunlaşacaq.

Siz də noyabr ayında yenidən start götürəcək #getielts təqaüd proqramına qoşulmaq istəyirsinizsə qeydiyyatdan (http://scholarship.reduco.az/ ) keçə bilərsiniz.

deruco m3




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir