Ulviyye Efendiyeva

Bədən dili nədir? – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 704

Bədən dili – qeyri-şifahi ünsiyyət formasıdır. Bədən dili davranışla idarə olunan ünsiyyət növüdür. Həm insanlar, həm də heyvanlar rabitənin bu formasından istifadə edir. Bu davranışlar şüuraltı davranışlara aid edilir. İşarət dili ilə bədən dili tamamilə fərqli anlayışlardır. İşarət dili ilə yaranan ünsiyyət qəsdən baş verirsə, bədən dili ilə yaranan ünsiyyət isə tamamilə şüuraltı baş verən prosesdir.

Bədən dili ilə yaranan ünsiyyətə davranış formaları – bədən quruluşu, jestlər, üz ifadələri və göz hərəkətləri daxildir.

Bədən dili şəxsin həm sosial cəmiyyətdə, həm də işlərində fərdin müxtəlif təxminlər ilə təmin edə bilər. Məsələn, zövq, təcavüz, diqqətlilik, cansıxıcılıq kimi xüsusiyyətləri göstərə bilər.

Bədən dili”, hər bir adama görə fərdi istifadə tələb edir. Bir adam “bədən dili”ni az istifadə edərkən, digər adam “bədən dili”ndən çox istifadə edə bilər. “Bədən dili” mövzusunda özünü inkişaf etdirmiş adamlar, “bədən dili”ni lazımi vaxtda və düzgün şəkildə istifadə etməyi bacarırlar. Burada şəxsi xüsusiyyətlər çox vacibdir və özünə güvən səviyyəsi, ictimai əlaqələr, adamın intellektual səviyyəsi kimi faktorları nəzərə almaq lazımdır. Ünsiyyətə girdiyimiz adamın kimliyi, bədən dilimizə təsir edər.

 

Bədən dilini anlayaraq insanlarda xoş münasibət yarada bilərik.

Güvən və xoş münasibət yarada bilərik,qarşımızdakını daha yaxşı anlayıb təsirli bir ünsiyyət qura bilərik. Öz bədən dilimizi müşahidə edərək sosial sahələrdə tez adaptasiya ola bilərik. İnsanar üz və bədən hərəkətlərindən bir kitab kimi oxuna bilər. Mədəniyyətə,milliyətə, ölkələrə görə fərqli mənalar bildirən işarələr vardır. Xüsusilə xarici ölkələrlə əlaqəsi olanlar bədən dilinə diqqət etməlidir.

beden dili

  • Təsirli ünsiyyət üçün 3 əsas faktor vardır:

1.Sözlər: kəlmələrin doğru seçilməsi və istifadə edilməsi

2.Səs tonu: verilmək istənilən mesaja uyğun səs tonu

3.Bədən dili: bədən dilindən doğru istifadə və anlaşılması

Mahrebian  və Ferris araşdırma aparmışdır. Ünsiyyətin kəlimələrin yalnız 7%-i,səs ritmi tonlama və 38%-i, bədən dilinin əl,qol,bədən və üz ifadələri ilə isə 55%-i təsirli olduğu nəticəsinə gəlmişdir.

 

Ünsiyyətdə məsafə

  • Emosional yaxın olduğumuz,sevdiyimiz insanlarla məsafəmiz qısa olar. Tanımadığımız və yaz sevmədiyimiz şəxslərə isə olduqca məsafəli olarıq.
  • Şəxsi zona- ana,ata,yoldaş və uşaqlar – emosional olaraq yaxın olanların bu zonaya girməsinə icazə verilir. Sevilməyən və ya tanımadığı insanlar bu zonaya girərsə şəxs gərginlik sıxılma halları yaşaya bilər.
  • Sosial zona- iş,alıcı-satıcı rolları – iş- tanıdığı insanlarla tədbirlərdə,ofis partilərində olan məsafə. Alıcı satıcı isə yad insanların və çox da yaxşı tanımadığı insanlarla arasına qoyacağı məsafə.
  • Kütləvi zona- tanımadığınız insanlar

 

Əl sıxma,əllər qollar

  • Söhbət əsnasında əl qol baş hərəkətlərindən çox istifadə edərik. Əllərimizi kontrollu hərəkət etdirməli və qarşımızdakına danışma fürsəti tanımalıyıq. Əllərini qollarını çox hərəkət etdirən şəxslər çox diqqətə alınmazlar. Çox əl qol hərəkəti güvəni qıra bilər və diqqəti dağıda bilər.

 

Açıq və qapalı ünsiyyət

  • Əl və ayaqlar açıq şəkildə oturmaq açıq ünsiyyətdədir. Əllər qollar ayaqların açıq pozisiyada olması özünə güvənən,digərlərinin fikrini dinləyir.
  • Şəxsin özü ilə maraqlanması,fikirləri duyğuları paylaşmağı sevməz, ayaqlar əllər bir birnə yaxıdır. Başqalarının fikirlərinə də açıq deyil.
  • Tam qarşı-qarşıya duruş,əllər cibdə boyun tərəfə əllərini aparmaq və s.–təhdid
  • Tam qarşı qarşıya olmayan – normal 30-45 dərəcə

Bədən, daxili dünyamızı bərk-bərk qucaqlayan bir əlcəkdir və duyğular, düşüncələr bədən dili ilə aydınlaşırlar. Ən qədim dövrlərdə belə, şifahi nitq yox ikən, “bədən dili” vardı. Bədən dili vasitəçiliyi ilə insanlar duyğularını, düşüncələrini, istəklərini, ehtiyaclarını və ruhi zənginliklərini başqa insanlarla bölüşürlər. Beləcə insanlar, öz daxili aləmlərini büruzə verərək, birgə yaşadıqları insanların içindəkilərlə əlaqədar mühüm məlumatlara sahiblənirlər.

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir