yeni il

Bakı Bulvarı Yeni ilə necə hazırlaşır? – canlı musiqi, sürprizlər və …

Baxış sayı: 997

“Bu il Bulvarda yeni il daha təmtəraqlı olacaq”. Bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı məlumat verib. O bildirib ki, bütün Dənizkənarı Milli Park ərazisi yeni dizaynda, daha rəngarəng və müasir formada bəzədilir:

 “Artıq Neftçilər prospekti boyunca və Bulvar ərazisindəki bütün Şam ağacları və dirəklər çılçıraqlarla bəzədilib. Bulvar boyunca ayrı-ayrı rəngarəng kompazisiyalar qurulur.

Bayram günlərində Bulvara giriş istiqamətlərində paytaxt sakinləri və qonaqlar təmtəraqlı bəzəklərlə qarşılanacaq. Artıq Kukla teatrının yanındakı yeraltı keçidin önündə bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən, uzunluğu 67 m olan tunel quraşdırılıb

Bulvar ərazisində iki Yolka quraşdırılıb. Bunlardan biri Köhnə Bulvar ərazisində Dinamo deyilən yerdə (təxminən 12 metr), digəri Ağ Şəhər Bulvarı ərazisində (təxminən 18 metr) hündürlüyündədir”.

G.Yelmarqızı qeyd edib ki, bayram günlərində Bulvarda Yeni ilin bütün atributlarına rast gəlmək mümkün olacaq:

“Rəngarən bəzədilmiş retro maşınlar müəyyən ərazilərdə hərəkət edəcək. Gələn həftədən başlayaraq təxminən 3 həftə ərzində Kukla Teatrının arxasında yerləşən meydanda bayram proqramı təqdim olunacaq. Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı sürprizlər, canlı musiqi gözləyir.

Bulvardakı bayram ab-havası həm uşaqlar, həm də böyüklər üçün maraqlı olacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir