????????????????????????????????????

Bakı restoranlarında iftar süfrəsi: QİYMƏTLƏR…

Baxış sayı: 193

Ramazan ayı insanlara öz iradəsini, dözümlüyünü, bir sözlə nəfsinə hakim kəsilmək bacarığını yoxlamağa imkanı verir. Müqəddəs ayda savab qazanmaq istəyi kafe və restoran sahiblərini də hərəkətə gətirir. Başqa sözlə, sözügedən iaşə obyektləri oruc tutan müsəlmanlara bu və ya digər şəkildə öz xidmətlərini təklif edir, onlar üçün müxtəlif qiymətlərə, müxtəlif çeşidli iftar menyularını təklif edirlər.
Müşahidələrimiz onu göstərdi ki, əksər restoranlarda iftar menyuları təxminən eyni tərkibdə olsalar da, qiymətlər istəyə görə dəyişir.

Araşdırma zamanı ən aşağı menyu qiymətinin 12 manatdan başladığı məlum oldu.

Ən sərfəli və münasib iftar menyularını təqdim edirik:

1.  “Günaydın Baku” – bir nəfər üçün 80 manat;
2.  “Mado” – qiymətlər 20-70 manat arasında dəyişir; 
3.  “East Town” – bir nəfər üçün 20 manat;
4.  “Bürc Qala” – 2 nəfər üçün özəl qiymət: 38 manat;
5.  “Pakdad”da adambaşı 30 manata;
6.  “Qoç ət” – seçim əsasında bir nəfər üçün 30 manat; 
7.  “Dafne” – iki nəfər üçün 36 manat;
8.  “Qədim Qəbələ” – seçim əsasında bir nəfər üçün 30-40 manat;
9.   “Boranı” şəbəkəsi – qiymət filiala əsasən dəyişir: seçimlə bir nəfər üçün 14 manat;
10. “Koza” – bir nəfər üçün 25 manat;
11. “Padişah” – bir nəfər üçün 12 manat (4 nəfərlik menyu);
12. “Kolorit” – bir nəfər üçün 16 manat. 

Qeyd edək ki, sadaladığımız qiymətlərdə savayı, xüsusi iftar menyuları da mövcuddur. İstəkdən asılı olaraq, çeşidlərin sayı azaldıla və yaxud artırıla bilər ki, bu da istər-istəməz qiymətlərə də təsir edir.

Təbii ki, iftar menyusu hər bir insanın zövqünə və seçiminə görədir.

Lakin qiymətlərə rəğmən kafe və restoranların qarşısında növbələrin yarandığının, salonlarda boş yerlərin olmadığının şahidi olduq.

Allah orucunuzu qəbul eləsin!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir