bas agrisi

Baş gicəllənməsini bir anda kəsən təbii vasitələr

Baxış sayı: 338

Başgicəllənmə gündəlik həyata mənfi təsir edən ümumi sağlamlıq problemidir. Bu vəziyyət qəti şəkildə adi hal kimi qəbul edilməməli və mütləq mütəxəssisdən kömək istənilməlidir.

Ənənəvi tibbdə də istifadə olunan bəzi vasitələr sayəsində başgicəllənmə ilə mübarizə apara bilərsiniz.

Bunlardan birincisi, zəfərandır. Bu ədviyyatın bədəni gücləndirdiyi və qulağa zərərli maddələrin yığılmasının qarşısını aldığı da məlumdur. Bu ədviyyatı bişmiş yeməklərinizə əlavə edərək və ya zəfəran çayı içərək istifadə edə bilərsiniz.

Qarazirə və ya çörəkotu siyahıda ikincidir. Bu ədviyyat da həm baş ağrıları, həm də başgicəllənmə ilə mübarizə aparır.

Zəncəfil bitkisi də ənənəvi tibbdə tez-tez istifadə olunan iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Zəncəfil məcunu Vertigo əlamətlərini azaltmaq üçün də istifadə olunur.

Zəncəfil tozu da başgicəllənmənin qarşısını almaqda təsirli olur. Zəncəfil kökünü soyun və rəndələyin, sonra qaynar suya əlavə edin. Daha dadlı olması üçün limon, bal və ya darçın əlavə edə bilərsiniz.

Son olaraq reyhan bitkisi stress əleyhinə xüsusiyyətlərə malikdir və psixoloji səbəb olan başgicəllənmə ilə mübarizə apara bilər.

 

Roza




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir