pul

Borc pul verən zaman nələri bilməliyik?

Baxış sayı: 1. 778

Heç bir dostluq pul ilə satın alına bilməz. Amma pul səbəbilə bir çox dostluq pozula bilər. Qohum və dostlara borc pul vermək, diqqət edilməsi lazım olan çox həssas bir məsələdir. Amerikalı iş adamı və yazar Dave Ramsey, “Dostlarınıza mümkün qədər borc pul verməyin. Çünki verilən borc pul, arxada qırılmış dostluqlara səbəb ola bilər” deyir. Əslində Ramsey çox da haqsız sayılmaz. Bu vəziyyəti bəlkə biz özümüz yaşamış, ya da ətrafımızda çox nümunəsini görmüşük. Zaman zaman, uzun müddətdir salamı kəsən dostlarınızın, günün birində “borc pul lazımdır” deyə qarşınıza çıxdıqları olmuşdur.

Bir dostunuz sizdən borc pul istədi və siz nə edəcəyinizi bilmirsiniz? Çox çətinliklə yığdığınız pulun aqibəti, yoldaşınıza verdiyiniz təqdirdə nə olacaq deyə qara qara düşünə bilərsiniz. Bəs nə etməlisiniz? Həm pulunuzu, həm yoldaşınızı itirməmək üçün sizə 5 üsul təklif edirik.

 

1.Böyük ehtimalla pulu geri ala bilmiyəcəyinizə dair  özünüzü hazırlayın

Əgər tanıdığınız sizdən borc pul istəyirsə, bankdan kredit çəkmək əvəzinə sizi seçmiş olması çox da yaxşı əlamət deyil və pulu geri ödəmək məsələsində problem çıxaracağına dair bir ipucu ola bilər. Bu halda borc tələb edən kimsə, sevdiyiniz və dəyər verdiyiniz biri isə və əgər istənilən məbləğ sizin üçün çox da əhəmiyyətli olmayan bir məbləğdirsə əlaqənizin pozulmaması adına borc pul əvəzinə, pulu qarşılıqsız olaraq verməyi təklif edin.Beləliklə, həm sevdiyiniz birini itirməz, həm də dostluğunuzu ortaya qoymuş olarsınız. Təbii ki, maddi vəziyyətiniz buna yol verirsə.

 

2.Müqavilə bağlayın

Borc olaraq verdiyiniz pulu geri almaq üçün notarius hüzurunda yazılı bir müqavilə imzalaya bilərsiniz. Bunun aranızdakı güvən əlaqəsini zədələyib, dostunuza zərər verə biləcəyini düşünürsünüzsə, bunu ağlınızdan çıxarın; Pul üzündən sizinlə dostluğunu pozan biri onsuz da heç dostunuz olmayıb.

 

3.Qarşılıq gözləməyin

Borc pul verdiyiniz birinin sizə minnətdarlıq etməsi əlbəttə ki, normal bir haldır. Amma siz özünüzü irəlidə bir gün ondan qarşılıq gözləməməyə hazırlayın ki, psixoloji cəhətdən hüzurlu ola bilərsiniz. Qarşılıq gözləmək insanları yoran və zəiflədən bir haldır. Məsələ nə olursa olsun.

 

4.Kömək edə biləcəyiniz başqa alternativlər təklif edin

Sizdən borc pul istəyən tanıdığınız üçün pul verməkdən başqa, edə biləcəyiniz başqa şeylər olub olmadığını anlamağa çalışın. Bəlkə bir iş tapmasına kömək olar, ya da imkan daxilində isə sizinlə birlikdə işləməsini təklif edə bilərsiniz.İlk öncə pulu harada istifadə edəcəyini öyrənsəniz daha yaxşı olar.

Əldən pul vermək əvəzinə ödəmədiyi məbləği və ya kredit kartının ödəməsini edə bilərsiniz. Sizdən borc pul istəyən yoldaşınızın maliyyə cəhətdən bir sıxıntı içində olduğu aydındır. Bu maliyyə problemini həll edə biləcək başqa variantlar üzərində baş yora bilərsiniz.

 

5.Lazım gələndə yox deməyi bacarın

Pulunuzu geri qaytaracağına əmin olmadığınız və bu vəziyyətdə dostluq münasibətinizə zərər verəcəyini düşündüyünüz birinə lazım olduğu təqdirdə xeyr deməyi bacarmalısınız. Pul üzündən münasibətlərinizin zərər çəkməsini istəmirsinizsə, qarşınızdakı sizdən incisə də , küssə də bunu etməlisiniz. Yuxarıda da qeyd etdiyimiz kimi; Pul üzündən sizinlə dostluq əlaqələrini pozmağı nəzərə alan biri onsuz da heç dostunuz olmayıb.

pul




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir