Nezrin Cerullayeva 3

Boşanmanın uşaq və yeniyetmələrə təsiri – PSİXOLOQ YAZIR

Baxış sayı: 573

Boşanma ən sadə desək, partnyorlar arasında evlilik münasibətlərinin sonlandırılması kimi məlum olsa da, bir ailənin parçalanması və ailə birliyinin pozulmasıdır. Boşanma yetkinlərin dünyasında uşaqların dünyasından tamamilə fərqlənir. Bu dönəmdə böyüklər qədər uşaqlar da çətin dönəm keçirir. Bütün yaş qruplarında fərqli reaksiyalara səbəb olan boşanma ailənin ən kiçik üzvü olan və bu sonu əgəlləmək üçün əlindən heç nə gəlməyən uşaq üçün travmatik dövrdür. Yaşadığı kədəri, qayğıları, danışmayan tək insan uşaqdır. Uşaqlar duyğularını ifadə etməklə olduqca çətinlik çəkir.

Aparılan araşdırmalar nəticəsində, boşanmanın uşaqlar üzərində yaratdığı  təsirin, yaşı, cinsiyyəti, sosial çevrəsi və dəstək mexanizmlərinə bağlı olaraq fərqliliklər göstərə bilir.

Boşanma müddətindən sonra uşaqlarda günahkarlıq, depressiya, məktəbdə və həmyaşıdları ilə münasibətində problemlər yarana bilər.

BOSANMA

Boşanma ilə bağlı aparılan araşdırmalara görə ilk iki ilin kritik dönəm olduğu müəyyən edilmişdir. Boşanmanın uşaq üzərində qısamüddətli təsiri araşdırıldıqda 6-12 ay arasında bir çox uşaqda mənfi halların azaldığı və uşaqların boşanmaya alışdığı görülür.

Körpəlik dönəmində valideynlərin ruh halına görə iştahın azlması, həzm problemləri, yuxu problemlərinə rast gəlmək olar.

Erkən uşaqlıq dönəmi (1-3 yaş) Tərk edilmə, unudulma qorxusu, tanıdığı oyuncaqları axtarma, ağlama krizləri və s.

Məktəbəqədər dövr (3-5 yaş) Boşanmağa görə uşağın özünü günahkar hiss etməsi, özünəgüvənin azalması, başqaları ilə münasibətdə daha aqressiv davrnanma halları

Kiçik məktəb yaşı dövrü (5-9 yaş)  itirilmə, rədd etmə, cəzalandırılmalı olduğunu düşünmə halları, unutqanlıq, valideynlərinin barışmasını istəmə, uşağın akademik bacarıqlarında geriləmə

Yeniyetməlik dövrü (9-18 yaş) her iki valideyninə hirslənmə, gələcəyi üçün narahatlıq hissi kimi hallar meydana çıxa bilər.

bosanma

Uşaqlara onların inkişafına uyğun olaraq boşanma və onun səbəbləri açıqlanmalıdır. Açıqlamanı hər iki valideyn eyni zamanda etməlidir. Valideynlər övladlarına boşanmanın onların səhvi olmadığını hiss etdirməlidir, lazım olarsa tez-tez təkrar edilməlidir. Hansı valideyn evdən ayrılırsa uşağa xəbər edilməlir. Valideynlər uşaqlarından yetkin kimi davranmalarını istəməməlidir. Birlikdə qaydaları təskil etməli və bu mövzuda tutarlı olunmalıdır. Uşaqlar valideynlerin  bir birini sevmediyini görüb özünün də sevilmədiyini düşünə bilər. Bu baxımdan uşaqların sevgi və güvənə ehtiyac duyur.

 

Uşaq və yeniyetmə psixoloqu Nəzrin Cərullayeva

Zəfər Psixoloji Nitq İnkişaf Mərkəzinin psixoloqu




3 şərh “Boşanmanın uşaq və yeniyetmələrə təsiri – PSİXOLOQ YAZIR

  1. Sevda Mahmudova

    Mence bosanma usaqlara da, yeniyetmelere de ele valideynlerin ozune de pis tesir edir. Sirf usaqlara tesiri ve bundan cixis yolundan sohbet gedirse mene ele gelir ki, psixoloq cox duzgun yanasma ile tehlil edib.

    Cavabla
  2. Kamran Aslanov

    Sayt hem de ona gore faydalidir ki mutexessilere yer ayirir. Kardioloq da olsaydi pis olmazdi. Psixoloqa ise maraqli yanasma ucun tesekkur

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir