GEYIM

Bu qış bizi hansı sürprizlər gözləyir? – DƏB PROQNOZU

Baxış sayı: 1. 753

Qış – heç də dəbli görünmək istəyən xanımların düşündüyü kimi ilin ən cansıxıcı və boz fəsli deyil. Müasir moda dünya ulduzları üçün yalnız təmtəraqlı qırmızı xalı geyimləri hazırlamağa xidmət etmir, o eyni zamanda real həyata uyğunlaşmağa daha çox çalışır. Artıq küçə stili də ən az ziyafət libasları qədər diqqət çəkir. Bu, isə o deməkdir ki, podiumlarda həqiqətən əlverişli, rahat geyimlər təqdim olunur. Onlar ilin ən soyuq dövrü üçün ideal seçimdir.

 

Birrəng kostyumlar

İlk növbədə şalvar və kostyum haqqında danışaq. Bu geyim hazırda çox dəbdə olan qış tərzidir. Dizaynında məhdudiyyət olmaması xüsusi ilə xoşdur. Sizin istər kişisayağı, istərsə də qadın incəliyini vurğulayan kostyumlar, istər enli çiyinli, istər bol ölçülü variantları, istərsə də kip mundirlər seçmək şansınız var.

Rəng mövzusunda sərhədlər də yoxdur. Silueti vurğulamaq üçün yaxşı olardı ki, şalvar və pencək bir parçadan olsun. Və bu yeganə qaydadır, digərləri yoxdur. Siz klassik qara və dolğun qırmızı, birrəngli parça və ya printli, damalı və ya qeyri-adi tropik naxışları olan şalvar-pencək dəstləri seçə bilərsiniz. Daha əcaib üsluba üstünlük verənlər üçün məxmər və dəri, həmçinin pijama üslubunda aktual dəstlər təklif edilir.

Borokko

Bu qış özünü XVII əsrin şıltaq aristokratları kimi hiss etmək çox sadədir. Bunun üçün qızılı saplarla, möcüzəli çalarlarla bəzədilmiş naxışlı pencək və ya sviter almaq lazım olacaq. Yeni mövsümdə barokko estetikasına təkcə italyan dizaynerləri (onlardan belə bir gediş gözləmək olardı) deyil, fransız, britaniyalı və hətta amerikalı dəb mütəxəssislər də müraciət edib.

Tvid

Tvid parça klassikadan da ötəridir. Onlar dünya podiumlarında hər payız mütləq nümayiş olunur. Ən gözəl nümunələrini “Chanel” kolleksiyalarında tapmaq olar, buna baxmayaraq, həmişə olduğu kimi demokratik brendlərdə də maraqlı variantlara rast gəlinir. Dizaynerlər parçanın bütün ən yaxşı ənənələrini qorumaqla tvid kimi ciddi materialı seksual və bir qədər təxribatçı fasonda təqdim etməyə nail olub. Yeni mövsümdə tvid təkcə ağ-qara qammada deyil, həm də çox parlaq rənglərdə təqdim olunub: Qırmızı, çəhrayı, yaşıl.

Xəz detalları

Düymələr, muftalar, şərflər, sırğalar, tikmələr, manjetlər, hətta çokerlər də bu qış xəzlə yerinə yetirilib. Belə detallar hətta ən adi obrazı qeyri-adi və çox gözəl göstərməyə qadirdir. Bir çox moda evlərinin sadaladığımız bəzək əşyalarını süni xəzdən hazırlaması bizi sevindirməyə bilməz.

Qış safarisi

Dizaynerlərin əvvəllər payız-qış kolleksiyalarının yaradılması zamanı safari üslubuna çox diqqət yetirməməsi qəribədir. Xoşbəxtlikdən dəb mütəxəssisləri bu səhvlərini anlayıb. Belə ki, mövsüm kolleksiyalarında qarşımıza çıxan səhra qumu rəngində palto və ponçolar qəhvəyi və xaki ahəngi ilə çox gözəl görünür. Pambığı və kətanı nəcib kəşmir, yumşaq dəri və rəngarəng sintetik materiallar əvəz edib.

Klyoş ətəklə qalın kəmər bitməyən məhəbbəti

модный цвет зимы

Klyoş yubka ilə qalın kəmər 2017-ci ilin ən aktual trendi olacaq. Bir kəməri bir neçə don və ya ətəklə istifadə edib müxtəlif obrazlar yarada bilərsiniz. Lakin kəməri seçəndə, diqqətli olun. Qalın nisbi anlayışdır. Burada sizin bədən quruluşunuz və boyunuz böyük əhəmiyyət kəsb edir. Əgər siz incə və miniatür xanımsınızsa, onda həddindən artıq geniş kəmər almayın. Korest variantı silueti “kəsəcək” , sizi vizual olaraq daha alçaqboy və daha dolğun göstərəcək. Dar modellər üzərində qərar verin. Bu zaman hər şey gözəl görünəcək!

Maksi uzunluq

Əgər açıq danışmaq lazımdırsa, hazırda istənilən uzunluqda paltarlar dəbdədir. İstər mini, istər midi, istərsə də maksi təxminən eyni nisbətdə aktualdır. Amma bir halda ki, indi qış fəslidir və bizi qarşıda bayram gözləyir, onda biz məhz maksi üzərində dayanırıq. Döşəməyə qədər uzanan yubka və donlar müxtəlif dəstlər yaratmaq üçün böyük üstünlükdür. Burjuaziyanın təvazökar lətafəti bizə uzun donlarla vodolazka və ya sviterləri birləşdirməyə icazə verir. Və bu, təkcə qışın deyil, ilin ən əsas populyar trenidir.

Xallı naxışlar

Adətən yay donlarını bəzəyən xallı naxışları bu qış daha maraqlı versiyada qarşımıza çıxır. Dizaynerlər şifon, yarımşəffaf ipək və tor kimi nazik parçalara səxavətlə noxud dənələri (xal naxışı) səpiblər. Bu gözəlliyi isə bortford və ya parlaq naxışlarla birləşdirməyi tövsiyə edirik.

Köynək donlar

мода осень зима 2017

Siyahımızın növbəti trendi həm ofis, həm uşaqla gəzinti zamanı, həm də rəfiqələrlə görüşə gedərkən yerinə düşəcək. Bu, köynək- paltardır. Bu fason istər uzunboğaz çəkmələr, istərsə də tuflilərlə eyni dərəcədə yaxşı görünür. Siz köynək-donları müxtəlif aksessuarlarla birləşdirərək həyatın bütün halları üçün çox parlaq və rahat dəstlər əldə edəcəksiniz. Mağazalarda bəyəndiyiniz fasonu tapın və məmnuniyyətlə eksperiment keçirin!

Zamşa və məxmər

модная зима фото

İndi isə icmala “bir çimdik parlaq dəbdəbə” əlavə edək. Bu qışın əsas fakturaları arasında məxmər və zamşa liderdir. Siz məxmər şalvar və ətək, paltar və kostyum, jaket və plaş, kombinezon və gödəkcə seçə bilərsiniz. Qeyd edək ki, sözügedən fakturanı brilyantlarla bəzənmək mütləq deyil. Bu gün məxmər parçalar uzunboğaz, hətta kobud çəkmələrlə, eyni zamanda minimalist krosovkalar və qalın dabalı tuflilərlə yaxşı yola gedir. Obrazın daha sarsıcıdı alınması üçün dəstə torba çanta, klassik jaket, bir neçə üzük əlavə edin. Makiyaj isə təbii olmalıdır, parıltıya yol vermək olmaz. Budur, siz artıq dəb ilahəsinə çevrildiniz.

Bol ölçülü geyimlər

Böl ölçülü dəb tendensiyası artıq neçə ildir ki, ardıcıl olaraq öz mövqeyini itirmək bilmir. Bu da, onların çox rahat olması ilə bağlıdır. Rahatlığına önəm verən hər bir müasir qız yaxşı bilir ki, belə fasonda hərəkət etmək də asandır. Bu trend cins şalvarlara, dar yubkalarda, bədənə kip oturan paltarlara nifrət edən qızların qəlbini xüsusi ilə fəth edəcək. Əgər sizin qarderobunuzda belə bir geyim varsa, onda bu qış mütləq geyinin. Əgər yoxdursa, onda mağazalara nəzər salın!

Zebr naxışı

Nümayişlərdə pələng, bəbir, piton naxışlarını görmək adi hal alıb. Zebr isə moda həftələrinin nadir qonağıdır. Bu mövsüm zebrin digər heyvan naxışlarını kölgədə qoyması nadir istisnalardan biridir. Lakin ənənəvi ağ-qara ilə yanaşı həm də rəngbərəng versiyaları var: Sarı, çəhrayı, yaşıl. Zebri digər naxışları ilə uzlaşdırmağa qorxmayın.

Metal

Aktual tendensiyalar barədə söhbət düşübsə, 2017-ci ildə çox böyük populyarlıq qazanan müxtəlif metal parçalar və nəcib çalarları qeyd etməmək olmaz: Polad, mis, qızıl, gümüş, platin. Siz metal effektli material, payetli (parıltılı pulcuq) don, qızıl saplarla tikilmiş trikotaj və metal parıltısı olan istənilən digər parça variantlarını seçə bilərsiniz. Əgər söhbət bəzək əşyalarından deyil, paltardan gedirsə, yadda saxlayın ki, qızıl və metal parıltısı heç vaxt çox olmur. Parıltılı bir predmet seçin və onu sakit tonlarla uzlaşdırın.

Hərbiçi şıqlığı

модная зима 2017

İcmalın son bəndini hərbiçi şıqlığı tamamlayır. Hərbiçi paltosu, plaşı, jaketi, poqonlu köynəkləri, şalvarı, hətta ağır çəkmələri və qalın dəri kəmərləri 2017-ci ilin tendensiyalarına daxildir. Lakin sizin bütünlüklə əsgərə çevrilməyiniz mütləq deyil. Paradoks ondan ibarətdir ki, militari (hərbiçi üslubu) indi qadın zərifliyi və lətafətinə qarşı çıxmır. Əksinə, qadın incəliyi ilə kobudluq arasında balans yaradır. Siz hərbiçi paltosunu gözəl məxmər yubka, dikdaban ayaqqabı, atlas bluz, və gözəl şərflə tamamlayın. Fikir verin ki, belə fərqli geyimlər cəmi bir aspektdə cəmlənsin. Qısası, dəstə cəmi bir militari detalı əlavə etmək kifayətdir ki, obraz çox ahəngdar alınsın.

Qeyd: İstənilən halda bu trendlərin hər biri olduqca çoxşaxəlidir və onu bənzərsiz üslubunuz ilə onu uyğunlaşdırmağa imkanı verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir