Sevgi

Bu vərdişlər xanımları sizdən uzaqlaşdırır – KİŞİLƏRİN MENYUSUNA

Baxış sayı: 181

Xanımların sizdən xoşlanmaşı üçün təkcə yaraşıqlı olmaq bəs etmir. Hətta idmançı bədəninə malik kişi bəzi vərdişləri ilə zərif cinisin nümayəndələrini qorxuda bilər.

 

1) Aqresivlik

Bu hünər və fərasət göstəricisi deyil. Qızların aqressiyadan xoşları gəlmir. Onların fikrincə sizin xasiyyətiniz pis və dayanıqlı deyil.

Əgər sizdə səs tonunu qaldırmaq, söyüş söymək kimi vərdişlər varsa, öz üzərində işləməlisiniz. Yoxsa heç bir qız sizə yaxın durmayacaq.

2) Keçmiş sevgililərin haqda söhbət

Görüş zamanı onunla keçmiş sevgililərini müzakirə etməyin. Nə yaxşı, nə də pis tərzdə. Qadınlar bunu heç xoşlamır.

 

3) Lovğalıq və təkəbbür

Heç kim lovğa adamın yanında özünü rahat hiss etmir. Başqaları üzərindəki üstünlüyünü nümayiş etdirmək yaxşı vərdiş deyil. Xüsusən də, əgər bu reallıqdan uzaq bir şeydirsə. Dünya çempionu olsanız belə, təvəzökarlığınız daha səmərəli olar, nəyinki təkəbbürünüz.

 

4) Qadınlarka rəqabət aparmaq istəyi

Əgər siz qadınlarla rəqabət aparmaq kimi bir vərdişiniz varsa, heç vaxt onlar üçün cəlbedici olmayacaqsınız. Özünüzü heç kimlə müqayisə etməyin. Bunu yalnız özündən əmin olmayan insanıar edir.

 

5) Qətiyyətsizlik

Əgər bir şeyi söz verib etmirsinizsə, qadınlar sizi qeyri-ciddi və qətiyyətsiz insan kimi qəbul edəcək. Sözünə sahib çıxmayan kişi qadının nəyinə gərəkdir?

 

6) Yalan

Yalan münasibətlərə zəhər qatan bir vərdişdir. Həmçinin bu kişiyə heç yaraşmayan bir xüusiyyətdir.

7) Hər şeydə üstün olmaq istəyi

Əgər siz hər an üstünlüyünü qabartmağa çalışırsınızsa, qarşındakı qadına öz istəklərini ifadə etməyə və münasibətlərinizdə iştirak etməyə imkan buraxmırsınız. Beləliklə, sən ona qarşı hörmətsizlik edirsiniz. Bu da ki yaxşı bir şey deyil.

 

8) İnfantillik (Yüngüllük)

Əlbəttə ki, hərdən bütün qaydaları qırağa atıb gülməli və qeyri-adi bir şey etmək istəyirsiniz. Bu normaldır. Lakin bu cür xasiyyət münsaibətlərinizin daimi parçası olmamalıdır. Qızlar məsuliyyətli, qərar verə bilən və gələcək barədə plan hazırlayan kişiləri xoşlayır.

 

9) Laqeydlik

Əgər ətrafdakılar və həyatında baş verən hadisələr sizin vecinizə deyilsə, qarşındakı qadından müsbət münasibət gözləməyin. Biveclik bəzən filmlərdə yaxşı şey kimi qələmə verilir. Reallıqda isə belə insanlar etimad qazana bilmirlər.

 

10) Maddi müvəffəqiyyətin aşırı nümayişi

Maddi baxımdan təminatınız yaxşı olsa da, bunu hər dəfə nümayiş etdirməyiniz yaxşı bir şey deyil. Təkəbbür heç bir insana xeyir gətirmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir