deri

Dəridəki problemlərin səbəbləri – Nələri yemək olar?

Baxış sayı: 172

Dərisinə dəyər verməyən, onu qorumayan xanım yoxdur. Bunun üçün müxtəlif maskalar, kremlər və prosedurlardan istifadə edirlər. Lakin bu əsnada düzgün qidalanmaq da çox vacibdir.

Beləliklə, müxtəlif dəri problemlərinin yaranma səbəblərini və istehlak edilməli olan qidaları təqdim edirik.

 

Cild ləkələri

Səbəbi: Dərinizdəki ləkələrin səbəbi B12 vitamini çatışmazlığıdır.

Nə yemək olar?

Dəridəki ləkələrdən qurtulmağın ən yaxşı yolu tərkibində antioksidanlar olan qidalardan istifadə etməkdir. Xüsusilə çiyələk, kivi, pomidor istehlak edərək C və E vitamini çatışmazlığınızı aradan qaldıra bilərsiniz. B12 vitamini qəbul etmək üçün istehlak etdiyiniz ət məhsullarının yanında və ya daha sonra bu qidaları yəyərək cild sağlamlığınızı artıra bilərsiniz.

Onu da qeyd edək ki, çiyələk, qreypfrut, gavalı, ananas, kələm, bibər, ispanaq kimi antioksidanla zəngin qidaların qəbulu dəriyə günəşin təsirini azaldaraq ləkələrin qarşısını alır.

 

Yağlı dəri

Səbəbi: Yüksək qlisemik indeksli qidalar yağ vəzilərinin aktivliyini artırır. Beləliklə, dəriniz lazım olduğundan daha çox yağ istehsal etmiş olur.

Nə yemək olar?

A vitamini ilə zəngin pəhrizlə dərinizi yağ problemindən xilas edə bilərsiniz. Bunun üçün yumurta sarısı, manqo, kök, ərik qurusu, ispanaq istehlak etmək kifayətdir. Yüksək qlisemik indeksi olan ağ çörək, kartof və makarondan uzaq durmağı unutmayın.

 

Sızanaq

Səbəbi: Yağlı dərili insanlarda daha çox rast gəlinən bu problemin qaynağı da elə yüksək qlisemik indeksli qidalardır. Bu qidalar yağ vəzilərini aktiv edərək iltihab yaradır.

Nə yemək olar?

Meyvə-tərəvəz, qoz-fındıq, kətan toxumu, dəniz yosunu və dəniz məhsulları istehlak etməyiniz tövsiyə olunur.

 

Quru dəri

Səbəbi: E vitamininin həddindən artıq qəbulu və xolesterin çatışmazlığı cildi qurudur.

Nə yemək olar?

Dəniz məhsulları, lobya, yosun, avokado, soya, yerfıstığı, yumurta, qoz-fındıq kimi qidalar dərinizi daha canlı edəcəkdir. Əgər vegetarian deyilsinizsə, ət və balıq məhsulları, qızılbalıq, skumbriya da yeyə bilərsiniz.

 

Qırışlar

Səbəbi: Alkoqol və şəkər qırışların yaranmasına səbəb olan ən təsirli faktorlardır. İçərisində qlükoza olan, veziküllərin formasını pozan bu qidalardan qaçmaq lazımdır.

Nə yemək olar?

Soyanın tərkibindəki antioksidant sayəsində dərinizin elastikliyini qoruyur, bu da öz növbəsində yaşlanmanın qarşısını alır. Qırmızı ət, yağ, süd yerinə ispanaq, qulançar, kərəviz, sarımsaq və soğan istehlak etməklə canlı, hamar dəriyə sahib ola bilərsiniz.

 

Göz altındakı dərinin qaralması

Səbəbi: Allergiya, iltihab və yuxusuzluq nəticəsində yarana bilən bu göyərmə və ya qaralmalar həm də ciddi bir daxili xəstəliyin əlaməti ola bilər.

Nə yemək olar?

Gün ərzində kifayət qədər su içmək önəmlidir. Bundan əlavə, qida rasionunuza yumurta sarısı, qırmızı ət, ton balığı əlavə etməlisiniz. Tərkibində laktoza olan qidalardan isə uzaq durmalısınız. Buraya çörək, cips, hazır şorbalar, qəhvə daxildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir