balqabaq sorbasi

Dadlı və faydalı balqabaq şorbası – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 034

Qış aylarında istifadə etdiyiniz balqabaqdan sağlamlığınız üçün faydalı olacaq və ləzzətli balqabaq şorbası hazırlaya bilərsiniz. “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə  balqabaq şorbasının hazırlanma qaydasını təqdim edirik.

 

Tərkibindəkilər: 

– 2 ədəd toxumları təmizlənmiş balqabaq dilimi

– 2 ədəd kartof

– 2 ədəd kök

– 2 çay qaşıq duz

– Bol istiot

 

Hazırlanması:     

Balqabaq, kök və kartofu xırda-xırda doğrayb tam yumuşalana kimi qaynadın. Yumşaldıqdan sonra hər birini blenderdən keçirin. İçinə 2 ədəd dəfnə yarpağı da atın. Gözəl qoxu verəcək. Ailəniz üçün ləzzətli və xeyirli yemək artıq hazırdır. Duzu bir qədər artıq atmanızı məsləhət görərdik. Nuş olsun!

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir