Qəhvə ən canlandırıcı içkilərdən biri hesab olunur. Lakin qısamüddətli effekt hər kəs üçün kifayət deyil.
Sevdiyiniz içkiyə xüsusi ədviyyatlar əlavə etməklə onun faydalılığını artıra bilərsiniz.
Tələb olunur:
qəhvə (üyüdülmüş) – 2 çay qaşığı;
süd – 50-70 ml;
darçın – 1 çay qaşığı;
duz və qara bibər – 1 çimdik;
su – 300 ml;
yarım çay qaşığı şəkər.
Hazırlanma qaydası
Əvvəlcə qəhvəni dəmləyirik, sonra isə südü odda qızdırırıq, eyni zamanda siyahıdakı bütün ədviyyatları əlavə edirik.
Südü qarışdırın və hazırlanmış qəhvəni içinə tökün.
Bəs, bu içkinin faydaları nələrdir?
1. Canlandırıcı təsirdən əlavə, qanda şəkərin və pis xolesterinin səviyyəsini normallaşdıra bilərsiniz.
2. Arıqlamaq üçün darçın ilə birlikdə qəhvə məsləhət görülür.
3. Bu qəhvəni doyumlu nahardan sonra içsəniz, maddələr mübadiləsini sürətləndirəcək və həzmi yaxşılaşdıracaq.