Xestelik

DİQQƏT: 30 ilə dünyanın yarısı bu xəstəliyə yoluxacaq…

Baxış sayı: 732

Önümüzdəki 30 ildə insanlar arasında təbii seleksiya sayəsində 4,9 milyard insanın miyopiya (görmə kəskinliyinin azalması və uzaq olan obyektlərin zəif qavranılması ilə xarakterizə olunur – red.) olacağı proqnozlaşdırılır.

ABŞ-da yerləşən Miçiqan Universitetinin tədqiqatçılarının gəldikləri nəticəyə əsasən, bu əsrin ortalarına qədər dünya əhalisinin təxminən yarısını təşkil edən 4,9 milyard insan miopiya olacaq.

Xəstəliyin yaranmasına əsas səbəb ekranlara daha çox baxmaq və çölə çıxmamaqdır.

Göz bəbəyinin tam diqqət yetirə bilməməsi nəticəsində uzaq məsafəni aydın görməməklə əlaqədar olan bu xətəliyin səbəbləri kimi ətraf mühit şəraiti və genetik meyl göstərilir. Tədqiqatçılar, texnalogiyanın inkişafı ilə bağlı ekran qarşısında daha çox vaxt keçirməyin və uzağı görməni artıran açıq fəaliyyətlərdən imtina edilməsini vəziyyətin əsas səbəbi hesab edirlər.

Bununla yanaşı, ABŞ mütəxəssisləri uzağı görməmə və ya miopiya riskini artıran bir çox genetik variantın, reproduktiv keyfiyyəti yaxşılaşdıran əlamətlərlə əlaqəli olduğunu təsbit etdilər. Buna görə, miopiya genləri olanların daha çox uşağı olma ehtimalı var və populyasiyada miopiyaya səbəb olan genlərin yayılması artacaq.

Miçiqan Universitetinin tədqiqat müəllifi və təkamül bioloqu Tsyançji Çjan, “Miyopia populyasiyanın sürətli artımının qismən miyopiya ilə əlaqəli mutasiyaların təbii seçimi ilə əlaqəli olduğunu gördük. Bu, miopiyanın faydalı olduğu üçün deyil, bu mutasiyaların reproduktiv üstünlüklərlə əlaqəli olmasıdır”, – deyir.

Professor Çjan və həmkarı Erpinq Lonq İngiltərənin Biobank tədqiqatında iştirak etmək üçün könüllü olan 40-69 yaşındakı 63,185 insanın genetik və tibbi məlumatlarını araşdırıb.

Mövzuları yaşa görə altı qrupa bölən komanda, miopiya nisbətlərinin 1940-44 və 1965-69-cu illərdə doğulanlar arasında 24,4 faizdən 41 faizə yüksəldiyini tapıb. Sonra yaşın görmə qabiliyyətinə təsiri araşdırılıb. Tədqiqatçılar 40 yaşında miopiya ehtimalının 25 illik müddət aralığında bu dəyərin 30,3 faizdən 43,5 faizə qədər artdığını izah edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir