su

DİQQƏT: Satışda mənşəyi naməlum sular var

Baxış sayı: 1. 374

Bu gün əha­li plas­tik qab­laş­dı­rıl­mış su­la­rın tə­miz­li­yi­nə da­ha çox gü­və­nir. Bu sə­bəb­dən də müx­tə­lif şir­kət­lər­dən evə qab­laş­dı­rıl­mış saf su adıy­la sa­tı­lan su­lar­dan si­fa­riş edir. Be­lə su­la­ra ma­ğa­za vit­rin­lə­rin­də, kü­çə sa­tış­la­rın­da da rast gəl­mək olur. Eks­pert­lər­sə sa­tış­da olan su­la­rın 30 fai­zi­nin krant­dan dol­du­rul­du­ğu­nu, düz­gün sax­la­nıl­ma­dı­ğı­nı, evə gə­ti­ri­lən, la­kin ma­ğa­za­da sa­tıl­ma­yan su­la­rın­sa çox şüb­hə­li ol­du­ğu­nu bil­di­rir.

Tibb sa­hə­si üz­rə eks­pert, hə­kim-te­ra­pevt Hü­seyn Meh­di­ye­vin bil­dir­di­yi­nə gö­rə, key­fiy­yət­siz ha­zır­lan­mış plas­tik qab­lar­da su sax­la­maq, bun­dan is­ti­fa­də et­mək or­qa­nizm üçün zə­rər­li­dir: “Xü­su­sən də uşaq­la­ra plas­tik qab­lar­da olan su­lar­dan ver­mək ol­maz. Heç ol­ma­sa, uşaq­la­ra şü­şə qab­da olan su­lar­dan ver­mək la­zım­dır” de­yən mü­sa­hi­bi­miz vur­ğu­la­yır ki, mar­ket­lər­də sa­tış­da gör­dü­yü­müz ək­sər su­lar plas­tik qab­lar­da­dır: “Şü­şə qab­da olan su­lar çox az sa­tı­lır. Hət­ta uzun müd­dət is­ti­fa­də üçün nə­zər­də tu­tu­lan 5-10 litr­lik plas­tik qab­lar­da sa­tı­lan su­lar var. Əs­lin­də qab­laş­dı­rıl­mış su­lar­da is­ti­fa­də müd­də­ti ve­ril­mə­li­dir. Onun sax­lan­ma şə­rai­tin­dən də çox şey ası­lı­dır. Plas­tik qab­la­rın ha­zır­lan­ma­sın­dan tut­muş su­la­rın hə­min qab­la­ra tə­miz­lə­nə­rək yı­ğıl­ma­sı­na, sax­lan­ma şə­rai­ti­nə və is­ti­fa­də müd­də­ti­nə qə­dər hər şey araş­dı­rıl­ma­lı və cid­di nə­za­rət­də sax­la­nıl­ma­lı­dır. Mü­əy­yən, bu­na ca­vab­deh olan qu­rum­lar, əl­bət­də, de­yə­cək­lər ki, or­qa­nizm üçün heç bir təh­lü­kə yox­dur. Xü­su­sən, sax­lan­ma şə­rai­ti stan­dart­la­ra ca­vab ver­mə­yən yer­lər­də sa­tı­lan plas­tik qab­lar­da­kı su­lar or­qa­niz­mi zə­hər­lə­yir. Yay ay­la­rın­da su­la­rı gü­nün al­tın­da, açıq­lıq­da qo­yur­lar ki, in­san­lar gö­rüb su­yu al­maq is­tə­sin­lər. Plas­tik qab­laş­dı­rıl­mış su­la­rın in­san or­qa­niz­mi­nə tok­si­ki tə­si­ri var. Bu o de­mək de­yil ki, plas­tik qab­lar­da­kı su­yu iç­dik­də in­san dər­hal zə­hər­lə­nir. Bun­lar or­qa­niz­mi təd­ri­cən zə­hər­lə­yir, bu­nun fə­sad­la­rı gə­lə­cək­də üzə çı­xır. Fi­kir ver­sə­niz, in­di­ki za­man­da xəs­tə­lik­lə­rin sa­yı əv­vəl­kin­dən da­ha çox­dur. Bu özü el­mi-araş­dır­ma tə­ləb edir”.

Onun de­di­yi­nə gö­rə, in­san yay ay­la­rın­da gün­də 2 ya­rım, 3 litr ma­ye qə­bul et­mə­li­dir: “Su­yu də­fə­lər­lə qay­nat­maq da məs­lə­hət de­yil. Bir ne­çə də­fə qay­na­dı­lan su­yun xey­rin­dən çox or­qa­niz­mə zi­ya­nı var. Çün­ki qay­na­mış su­da əmə­lə gə­lən bir­ləş­mə­lər or­qa­niz­mə zə­rər­li­dir. Bü­tün in­fek­si­ya­lar, əsa­sən də ba­ğır­saq in­fek­si­ya­la­rı su ilə ke­çir. Ən yax­şı üsul odur ki, ev­lə­rə gə­lən su saf ol­sun. İn­san kran­dan gə­lən su­ya o qə­dər əmin ol­ma­lı­dır ki, ge­dib mən­şə­yi mə­lum ol­ma­yan su­lar al­ma­sın. Su­la­rın hə­rə­si­nə bir ad qo­yub sa­tır­lar. Onu yox­la­maq da ol­mur, için­də­ki su­yun har­dan yı­ğıl­dı­ğı, han­sı pro­ses­lər­dən keç­di­yi mə­lum de­yil”.

Su İs­teh­sal­çı­la­rı Bir­li­yi­nin səd­ri Döv­lət Məm­mə­do­vun söz­lə­ri­nə gö­rə, öl­kə­yə xa­ric­dən son­suz say­da key­fiy­yət­siz su­lar da­xil olur: “Sa­tış­da olan su­la­rın ək­sə­riy­yə­ti öl­kə­də fəa­liy­yət gös­tə­rən sex­lər­də qab­laş­dı­rı­lır. Əsa­sən Gür­cüs­tan­dan, Tür­ki­yə­dən və Ru­si­ya­dan gə­ti­ri­lən su­la­rın üs­tün­də­ki qeyd­lər­lə tər­ki­bi uy­ğun gəl­mir. La­kin ai­diy­yə­ti or­qan­lar hə­min sex­lə­rin ye­ri­ni mü­əy­yən­ləş­dir­mək­də ma­raq­lı de­yil”.

Məm­mə­dov onu da qeyd edib ki, bu gün Azər­bay­can­da Av­ro­pa stan­dart­la­rı­nın tə­ləb­lə­ri­nə uy­ğun ola­raq ti­ki­lən müa­sir za­vod­lar­da yük­sək key­fiy­yət­li su is­teh­sal olu­nur: “Bu za­vod­lar­da su­yun key­fiy­yə­ti­ni yox­la­maq üçün xü­su­si la­bo­ra­to­ri­ya­lar fəa­liy­yət gös­tə­rir. Hər gün hə­min la­bo­ra­to­ri­ya­lar­da qab­laş­dı­rı­la­caq su­yun ana­li­zi gö­tü­rü­lür. Bu su­la­rın ha­mı­sı tə­bii bu­laq­lar­dan gə­lən su­lar­dır. Yə­ni su­lar ye­rin­də qab­laş­dı­rı­lır, on­la­rın heç bi­ri Ba­kı­da qab­laş­dı­rı­lan krant su­yu de­yil”.
Həm­söh­bətm­miz he­sab edir ki, ma­ğa­za­da sa­tıl­ma­yan, yal­nız ev­lə­rə gə­ti­ri­lən su­la­rı al­maq düz­gün de­yil: “Çün­ki o su­yun mən­bə­yi bi­lin­mir. Üzə­ri­nə qeyd olu­nan ün­van­la ma­raq­la­nan­da hə­min yer­də su se­xi­nin be­lə ol­ma­dı­ğı mə­lum olur. Bu sa­hə­də nə­za­rət çox zə­if­dir. Bir çox hal­lar­da su­yu is­teh­sal edən şir­kət­lə­rin ün­van­la­rı düz­gün gös­tə­ril­mir”.

Azad İs­teh­lak­çı­lar Bir­li­yi­nin səd­ri Ey­yub Hü­sey­nov da he­sab edir ki, sa­tış­da olan su­la­rın 30 fai­zi plas­tik qab­la­ra krant­dan yı­ğı­lır: “Xü­su­sən ev­lə­rə, ofis­lə­rə 20 litr­lik plas­tik qab­lar­da gə­ti­ri­lən su­lar­da prob­lem­lər ya­şa­nır. Su­yu qay­na­dıb di­bin­də ərp ver­mək­lə də, on­la­rın və­ziy­yə­ti­ni mü­şa­hi­də et­mək olar. Tə­miz­lən­miş su­la­rın ərp ver­mə­si bu sa­hə­də bö­yük ya­lan­la­rın ol­du­ğu­nu gös­tə­rir”.
E.Hü­sey­nov vur­ğu­la­yıb ki, su ila­hi bir ne­mət­dir: “İn­san bə­də­ni­nin 85 fai­zi su­dur. Odur ki, xəs­tə­lik­lə­rin 25 fai­zi­ni su­da ax­ta­rın. Gö­rün, nə içir­si­niz. Su da­dı, qo­xu­su ol­ma­yan, sə­si mu­si­qi alət­lə­riy­lə ifa­də olun­ma­yan mö­cü­zə, hə­ya­tın özü­dür. Bu amil­lə­ri nə­zə­rə alan müx­tə­lif filtr sa­tan şir­kət­lər rek­lam­lar apa­ra­raq, ev­lə­rə ge­dib gü­ya su tə­miz­li­yən filt­rlə­ri qu­raş­dır­dıq­la­rı­nı de­yir­lər. Filt­rlə­rə gö­rə, 2000-3000 ma­nat pul alır, bu­nun­la in­san­la­rı al­da­dır­lar. Bu, hə­lə araş­dı­rıl­ma­yıb ki, han­sı qan qru­pun­da olan ada­ma han­sı pa­ra­metr­lər­də olan su la­zım­dır”.

Onun de­di­yi­nə gö­rə, plas­tik qab­da qab­laş­dı­rıl­mış, gü­nün al­tın­da sax­la­nı­lan su­lar ar­tıq təh­lü­kə­yə çev­ril­miş su­lar­dır: “Plas­tik qab­la­rın tər­ki­bin­də olan kim­yə­vi mad­də­lər su­yun tər­ki­bi­nə si­ra­yət edir. Elə­cə də, in­san­lar müa­sir ter­mos çay­nik­lər iş­lə­dir. Bu cür çay­nik­lər su­yu də­fə­lər­lə qay­na­dır və be­lə su­la­rı iç­mək çox təh­lü­kə­li­dir”.

Eks­pert bil­di­rib ki, ba­zar­da lit­ri 40 qə­pik­dən 10 ma­na­ta qə­dər olan adi iç­mə­li süf­rə su­la­rı var: “Adi iç­mə­li su­la­rın nə üs­tün­lü­yü olur ki, o bi­ri­lə­rin­dən qat-qat ba­ha­dır? Bu qiy­mət fər­qi onu gös­tə­rir ki, su ilə bağ­lı cə­miy­yət­də prob­lem­lər var. Heç kəs de­yə bil­məz ki, fi­lan brend su­yun han­sı his­sə­si ne­cə tə­miz­lə­nib, han­sı his­sə­si krant­dan gə­lib.
Su­yun ge­niş ana­li­zi ol­ma­lı­dır. Ne­çə il­dir ki, sa­hib­kar­lar yox­la­ma­lar ləğv olu­nub və bun­dan is­ti­fa­də edən sa­hib­kar­lar su­yu har­dan gəl­di, ne­cə gəl­di yı­ğa­raq sa­tır. Bu mə­sə­lə­ni həll et­mək üçün, bi­rin­ci­si, mü­kəm­məl is­teh­lak­çı si­ya­sə­ti ol­ma­lı­dır, “İs­teh­lak­çı­la­rın hü­quq­la­rı­nı mü­da­fiə­si haq­qın­da” qa­nun­da də­yi­şik­lik ol­ma­lı­dır. Qa­nu­nu ye­ri­nə ye­ti­rən döv­lət or­qan­la­rı­nın işi fə­al ol­ma­lı, müs­tə­qil la­bo­ra­to­ri­ya­lar ya­ra­dıl­ma­lı­dır. Müs­tə­qil la­bo­ra­to­ri­ya­la­rın ana­liz­lə­ri hü­qu­qi sə­nəd ki­mi la­bo­ra­to­ri­ya­da ta­nın­ma­lı­dır və s”.

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir