Doğum gününüzdə bunları etməyin…

Baxış sayı: 813

Hər bir insan üçün onun ad günü ildə bir dəfə ən önəmli hadisələrdən biri hesab olunur. Həmin gün insanın şəxsi bayramıdır və məhz elə bu gün səbəbkar bütün diqqəti özünə cəlb etmiş olur. Lakin qeyd etmək lazımdır ki,  doğum günü şənliyinin özünəməxsus əlamətləri mövcuddur. Gələcəkdə müvəffəqiyyətsizliklər yaşamaq istəmirsinizsə, bu əlamətlərə diqqət yetirməniz mütləqdir.

ad gunu

Nələri etmək olmaz?

*  Doğum günü şənliyinə  yalnız  yaxın olan qohum və dostlar dəvət olunur. Lakin diqqət yetirmək lazımdır ki, gələn qonaqların sayı 13 rəqəminə bərabər olmasın. Yaxşı olardı ki, bir nəfər artıq adam dəvət edəsiniz.

* Həmin gün çalışın heç kimin qəlbini qırmayasınız. Bu gün qayğısız keçməlidir. Əgər küçədə yağış yağarsa bu, yalnız müvəffəqiyyətə işarədir.

* Bu günü qətiyyən bir gün əvvəl qeyd etməyin. Əks təqdirdə ömrünüzü qısaltmış  və ya üzərinizə bədbəxtlik cəlb etmiş olarsınız.

* Çalışın ad gününüzü başqa birisinin ad günü ilə birlikdə qeyd etməyəsiniz. Bu yalnız sizə aid doğum günü şənliyi olmalıdır. Hesab olunur ki, əgər iki ad günü eyni olan insanlar birlikdə doğum günü qeyd etsələr, o insanların müqəddəratları eyni olacaq. Onların xoşbəxtlikləri də eyni olcaq, fəlakətləri də.

* Həmin gün sizin ətrafınızda yalnız həqiqi dostlarınız və qohumlarınız olmalıdır. Onların hamısı ürəkdən sizə xoşbəxtlik və yaxşılıq arzu etməlidirlər.

dogum gunu

Şənliyin ən vacib atributları

Doğum günü süfrəsində mütləq tort olmalıdır. Belə ki, tort təkcə gələn qonaqlara təklif etmək üçün deyil, ad günü səbəbkarına xoşbəxtlik və müvəffəqiyyət gətirmək üçün ən yüksək gücü özünə cəlb etmək deməkdir.

Üfürülmüş şamlar sadə əyləncə növü deyil. Bu, əsl ənənədir. Mütləq arzu tutmaq lazımdır. Lakin tutduğunuz arzunu dilə gətirmək olmaz. Çalışın şamları bir dəfəyə üfürüb söndürəsiniz. Bir dəfəyə üfürülmüş şamlar tutduğunuz arzunun həyata keçməyi deməkdir.

Doğum günü tarixində gördüyünüz yuxunu mütləq yadda saxlayın. Həmin yuxu gələcəkdə baş verənlərdən və sizin hansı insanların əhatəsində olacağınıza bir işarədir.

hediyye

Qadağan olunmuş hədiyyələr

Doğum günü ilə əlaqədar ən xoş ənənələrdən biri  də hədiyyə qəbul etməkdir. Ad günü olan şəxsə hədiyyə alarkən diqqətli və ehtiyatlı olmaq lazımdır. Buna görə də  bir neçə qaydaya əməl etmək lazımdır.

1. İti alətlər: onlar neqativ enerjini cəlb edir. Əgər sizə bağlı hədiyyə qutusunun içərisində iti alət hədiyyə ediblərsə, o zaman həmin alətin yanına metal qəpik qoymaq lazımdır. Bu metal qəpik alətin neqativ enerjisini yox edəcək və  sizi bədbəxt hadisədən qoruyacaq.

2. Bəzək əşyaları hər zaman uğurlu hədiyyə seçimi hesab olunur. Lakin çalışmaq lazımdır ki, bəzək əşyasında mirvari olmasın. Mirvari göz yaşları deməkdir.

3. Dostunuza və ya sevdiyiniz şəxsə qətiyyən saat hədiyyə etmək olmaz. Bu münaqişəyə səbəb ola bilər.

4. Bundan başqa, sarı çiçək də hədiyyə etmək olmaz. Doğum günü üçün alınan güllərin rəngi ağ və ya qırmızı olmalıdır.

5. Güzgü, boş pul kisəsi, burun dəsmalı kimi əşyaları hədiyyə vermək olmaz. Bunlar ad günü sahibinin həyatına neqativ təsir göstərmiş olar.

Ad günü tədbirindən öncə bu məsləhətlərə diqqət yetirməyə çalışın ki, iliniz xeyirli, uğurlu və təhlükəsiz  olsun. Qohumunuz, dostunuz və sevdiyiniz insan üçün hədiyyə seçərkən elə hədiyyə seçin ki, o ad günü səbəbkarına  zərər deyil, xeyir gətirsin.

 

Könül Əliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir