psixoloq efsane rustemova

“Dozanı necə təyin etmək olar?!” – “NATAMAM”

Baxış sayı: 613

Nifrət və vətənpərvərlik ikili ingişaf fonunda davam edən duyğulardır. Uşaqlarda bu duyğunu doğru tərbiyə edə bilmək üçün gərək əvvəlcə özümüz tərbiyələnək.

Tarixin yaddaşındakı tozlu kadrlar gün üzünə çıxdıqca insanların nifrət hissi daha da kəskinləşir. Bu nifrətin bir ucunu gətirib Vətən sevgisinə bağlamasaq qarşısıalınmaz bir intiqam hissi hakim kəsilər bizlərə. Ona görə də motivimizi doğru təyin etməliyik! Nə üçün öldüyümüzü və öldürdüyümüzü doğru anlamalı və anlatmalıyıq.

Yaşı az və aparıcı duyğusu xoşbəxtlik olan uşaqlarda bunu necə formalaşdıraq?!

Məndən olsa, belə dönəmlər bitənə qədər bütün dünya uşaqlarını şüşə bir fanusa qoyub gizlədərdim.. Onların bizi görməyəcəyi! Bizim isə darıxanda onları görə biləcəyimiz.

Təəssüf ki, qarşımızda mübarizə apardığımız düşmən doğulan körpəsinin qulağına “Azan oxumur.” Dəyər vahidləri kəskin fərqlənən iki ölkəyik. Və buna görə humanistlik edib körpələri şiddətdən uzaqlaşdırmaqla yanaşı reallıqları onlara ən uyğun dildə izah etmək lazımdır.

Döyüş bölgəsində olan uşaqlaq sabitlik şəraitində də atılan mərmilərdən qismən öyrəncəlidielər belə hallara. “İmmunitetləri var”. Lakin onlar da bunu intensiv gördükcə psixi pozuntu yaşaya bilər. Ona görə yaxşı olar ki, SİTUASİYA İZAH OLUNMAQLA onları ərazidən uzaqlaşdıraq. Çünki nə qədər alışqın da olsalar, nəticədə onlar uşaqdır!

Əsgərə dəstək məqsədli məktublar yazmaqda onlardan istifadə edə biləcəyimizi düşqnürəm, lakin yollarda (hər an səksəkədə) əsgər-hərbi maşın gözləmək uyğun deyil, zənnimcə.

Bir də nisbi sakitlik olan ərazilərdə də uşaqlarımızı eyni ruhda tərbiyə etməliyik. “Şəhərdə yaşayan uşaqlar” da ən az digərləri qədər proseslərdən xəbərdar olmalıdır ki, balans qorunsun. Yetişən gənclik fərqli dəyərlərdə olmasın.

Əlbəttə, kaş belə şeylər yaşanmaya.. Analar ağlamaya.. Çünki “ruh halı qarışıq olan ana xoşbəxt uşaq böyüdə bilməz”.

Biz isə dua edək. Çünki iman da ən az vətən sevgisi qədər diri saxlayır adamı.

 

Psixoloq Əfsanə Rüstəmova       




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir