QADIN

Dünya ölkələrində qadınlara qoyulan QƏRİBƏ QADAĞALAR

Baxış sayı: 506

Son zamanlar  dünyada qadına qarşı zorakılıq hallarının artdığı müşahidə edilir. Bu yazıda isə  müxtəlif ölkələrdə qadınlara qoyulan qəribə qadağalar haqqında danışacağıq.

 

Yaponiya

Yaponiyada qəribə bir qanun var. Bu ölkədə  qızlar oğlanlardan daha ağıllı, güclü və ya daha sürətli ola bilməzlər. Burada qadın kişidən üstün olsa belə, onu heç bir zaman bildirməməlidir. Yaponiyada bir kişi ilə münasibətdə olan qadın onun qeydinə qalmalı, demək olar ki, həmin kişiyə  təslim olmalıdır. Burada  qızlar yüksək səslə danışmamalı,  təkəbbürlə və ya nəzakətsiz bir şəkildə ünsiyyət qurmamalı və heç bir şəkildə liderlik mövqelərini göstərməməlidirlər.Burada, həmçinin görünüşü və ya hərəkətləri ilə  bir kişinin diqqətini özünə çəkmək çox ayıbdır.  Yaponiyada, ümumiyyətlə, bəyəndiyiniz bir gəncə hər hansı bir diqqət əlaməti göstərmək ayıbdır. Bu ölkədə,həmçinin evli olmayan cütlüyün küçədə qucaqlaşıb öpüşməyi qadağandır.

Sən demə, Yaponiyada qadınlar üçün iş tapmaq kişilərdən daha çətindir. Hətta bir qadının daha çox təcrübəsi olsa da, müdriyyət  seçim qarşında qalarsa, onda mütləq kişiyə üstünlük verəcək. Yaponiyada ən yaxşı vakansiyalar yalnız kişilərə verilir.Burada eyni vəzifədə çalışan kişi və qadın arasında da ayrı-seçkilik var. Çünki onlar eyni vəzifədə çalışsalarda, kişi qadından üstün sayılır və onun maaşı daha çox olur.

Yaponiyada, analıq məzuniyyəti əvəzinə hamilə qadınları məcburi şəkildə işdən çıxarırlar. Eyni zamanda, işə subay qızları da götürmürlər. Yaponların düşüncələrinə görə, həmin qızlar işlərinə ciddi yanaşmırlar.

Yaponiyada işsiz qalan qadının haqlarını qorumaq üçün qəribə  struktur yaradılıb. Burada bir çox ailələrdə qadın ailə büdcəsini idarə edir. Yaponiyada bəzən kişi aldığı maaşı heç görmür, çünki onun əməkhaqqısı dərhal arvadının bank hesabına köçürülür.

 

Sudan

Sudanda açıq-saçıq  geyinmək olmaz. Burada tətbiq olunan qanunlara görə, “ədəbsiz” qadınları cəzalandırırlar. Məşhur jurnalist Lubna Əhməd Əl-Hüseyn qısa açıq dekolteli paltar geydiyi üçün həbs olunmuşdu. Buranın qanunlarına, görə ona 40 qamçı vurulmalı idi. Lakin yüksək miqdarda cərimə ödədikdən sonra bu dərddən canını qurtarmış olur.

Ümumiyyətlə, Afrikanın Sudan, Malavi və bir çox ölkələrində qadınların şalvar geyinməkləri qadağan olunub. Bəzən  bu qadağalara qarşı çıxılsa da amma bu qayda hələ də qüvvədədir.

 

Hindistan

Hindistanda siqaret çəkmək, xüsusilə qadınlar üçün bir tabudur. Çöldə siqaret çəkməməyə çalışın, əks təqdirdə əxlaqsızlıqda ittiham olunma riskiniz var. Eyni zamanda, çöldə nə qədər isti olmağına baxmayaraq açıq-saçıq geyimlər geyinmək olmaz. Burada, həmçinin küçədə qucaqlaşmaq və ya öpüşmək olmaz. Hindistanlılar mühafizəkardırlar, kişi və qadın arasındakı sevgi münasibətlərinin ictimai təzahürlərini sevmirlər.

Hindistanın bəzi  əyalətlərində  bəy evlənmək istədiyi qızın atası ilə bazarlıq edir. Yəni, qızı ilə evləndiyi üçün atasından pul istəyir.Əgər onun istədiyi məbləğ verilməsə,  qohumları ilə birlikdə qızı döyür. Məhz bu səbəbdən  Hindistanda demək olar ki, hər gün 5 qadın buna görə həyatını itirir. Hindistanın elə bölgələridə var ki, burada  ərsiz qadınların telefon işlətməsi qadağandır.

qadin

 Banqladeş

Banqladeşdə qadınlara edilən zorakılıq pik həddədir. Belə ki, burada qadın onunla bərabər olmaq istəyən kişiyə “yox” cavabı verə bilməz. Burada qadın onunla evlənmək istəyən kişinin evlənmə təklifini rədd etsə, onda onun üzünə kimyəvi məhlul tökülür. Onlar bunu etməklə ömür boyu qadının güzgüyə baxaraq peşmanlıq çəkməsini istəyirlər.

Dövlət buna qarşı çox sayda qadağalar tətbiq etsə də, bu ənənənin qarşısını hələ də ala bilməyib.

 

 İran

Son illər ərzində İranda tətbiq olunan  qanunlara görə, məktəbli qızların dar şalvar, palto və rəngli geyimlər geyinməsi qadağandır. Onlara,  həmçinin  dırnaqları uzatma və döymə etdirmək olmaz.

 

Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qadınların hovuza girməsi qadağandır. Belə qadağalar bu ölkədə heç də təəccüblü sayılmır.

Bu ölkədə qadınlarına qadağan edilən digər şey də, abayə deyilən çarşabı geyinmədən evdən çölə çıxmaqdır. Qadınlar çarşab geyinmədən yalnız alış-veriş mərkəzlərində onlar üçün ayrılmış mərtəbələrdə gəzə bilərlər. Qadınlar burada çarşablarını çıxarmaq haqqına sahibdirlər. Bu qaydalar müsəlman olmayan qadınlar üçün tətbiq edilmir.  Burada ümumiyyətlə, qadınlar gündəlik həyatda etmək istədikləri bir çox şey üçün kişilərdən icazə almalıdırlar. Bunların arasında pasport almaq, xaricə səyahət etmək, bank hesabı açmaq, bəzi sahələrdə şirkət təsis etmək, öz istəyi ilə əməliyyat keçirmək  kimi şeylər də var.

 

Çin

Çində Təhsil Nazirliyi qadınların mədən, tunel mühəndisliyi, aviasiya və bəzi başqa sahələrdə təhsil almasını qadağan edir. Səbəb kimi isə “qadınların təhlükəsizliyi” göstərilir.

Qadin

İndoneziya

İndoneziyanın Lhokseumawe şəhərində isə qadınların motosikletdə kişinin arxasında sərnişin kimi normal vəziyyətdə oturması qadağan edilib. Bu şəhərdə motosikletin qadın sərnişinləri yana dönmüş vəziyyətdə otumaq məcburiyyətindədirlər. Şəhərin bələdiyyə başçısı bunu “insanların əxlaqını qorumaq üçün” qadağan etdiklərini açıqlamışdı. Həmin şəhərdə qadınların dar şalvar geyinməsi də qadağan edilib. Dar şalvar geyinən qadınların həmin anda saxlanılacaq, şalvarın əyindən çıxarılaraq parça-parça ediləcək.

 

İsrail

İsraildə boşanma iddialarına dini məhkəmələr baxdığı üçün qadınlar ərin icazəsi olmadan boşanma iddiası qaldıra bilməzlər.

 

Rusiya

Rusiyada qəribə bir qanun mövcuddur. Bu qanuna görə, daha doğru desək qadınlara qoyulan qəribə qadağaya görə, burada  qadınlara  dülgərlik, yanğınsöndürən, tramvay sürücüsü və gəmi kapitanlığı kimi  işləri yerinə yetirmək olmaz.  Bu siyahı 2000-ci ildə təsdiqlənib. Şirkətlərin “qadınlar üçün təhlükəsizlik qaydalarını təmin etdiyi halda” bu işi yerinə yetirəcək qadınlara xüsusi icazə verilməsi mümkün olsa da, təcrübədə bir çox şirkət maliyyə xərcləri səbəbiylə bunu etmir.

 

ABŞ

Həşaratlar daxil heç bir canlının öldürülməsinə icazə verilməyən ABŞ-da, Arkansas əyalətində qəribə bir qanun mövcuddur . Burada kişinin qadını ayda bir dəfə döyməsi normal sayılır. Bir dəfədən çox döymək isə qadağandır.

 

Əfqanıstan

Əfqanıstanda qəribə qanunları ilə məşhur bir ölkədir. Burada  kişi dərzilər qadın müştərilərindən ölçü götürə bilməzlər. Burada tətbiq olunan qanunlara görə, bu qaydaya əməl etməyən  şəxsləri həbs cəzası gözləyir. Əfqanıstanda qadınlara dırnaq boyası istifadə etmək olmaz. Dırnaq boyasından  istifadə edən qadınların barmaqları kəsilə bilər.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir