PEHRIZ

Dünyanın ən maraqlı pəhrizləri

Baxış sayı: 1. 539

Arıqlamaq üçün insanların etməyəcəyi şey yoxdur. Çoxları arıqlamaq üçün həkimə getməkdənsə, ordan-burdan eşitdikləri pəhrizlər tutub, maddələr mübadiləsini daha da pis hala gətirməyi seçir. Arıqlamaq üçün dünyada tətbiq olunan maraqlı pəhrizlər bunlardır.

 

Yapon bananı pəhrizi

Yaponiyada yaşayan Hitoshi Watanabe yapon bananı ilə arıqlayınca ortalıq qarışıb. Bananı araşdıran mütəxəssislər bananın qida dəyərinin yüksək olduğunu kəşf ediblər. Banan və otaq temperaturunda olan su ilə başlayan səhər naharı günorta və axşam istənilən şeyi yemək ilə davam edir. Bu üsulun maddələr mübadiləsini sürətləndirdiyi deyilir. Hitoshi bu rejim ilə 13 kiloqram arıqladı, evləndi və daha sonra Yaponiyada televiziyada bir rejim proqramı aparmağa başladı. Bu pəhrizdən istifadə edənlər axşam saat 8-dən sonra heç bir şey yemirlər. Yapon mütəxəssislər bu rejimin təhlükəli olduğunu söyləsə də, Yapon bananı ilə arıqlayanlar bir xeyli çoxdur.

 

Yumurta pəhrizi

Adrian Brodi bu pəhriz ilə “Piyanist” filmindən əvvəl tam 13 kiloqram arıqlamışdır. Naharda yumurta, günorta yeməyində qızartma toyuq, axşamları isə yumurta yeyərək pəhriz saxlamışdır. Pəhriz içində fərqli qidalar var, lakin zülal ehtiyacının hamısı yumurtadan təmin edilir. Bu pəhriz bu aralar çox moda oldu, çünki 25 kiloqrama qədər arıqlayanlar var. Mütəxəsislər bu pəhrizi də təhlükəli sayırlar.

 

Yatan gözəl pəhrizi

Pəhrizin əsas məqsədi yatmaqdır, yəni oyaq olduğunuzda yediyinizə görə yatmaq buna əngəl olur. Yatdığınız zaman çəki almamızı təmin edən kortizol hormonu və iştahı təmin leptin hormonları yuxu keyfiyyətinə bağlı olaraq işləyirlər. Bu rejim ilə bir çox insan kilo verir. Mütəxəsislərsə bu pəhrizin dəlilik olduğunu müdafiə edirlər.

 

Kurabiyə pəhrizi

Dr. Sanford Sieqal aclığı yox edən peçenyelər hazırlamışdır. Bu pəhrizdə yalnız 1 pay, yəni axşam yeməyi yeyilməkdədir. Peçenyelər isə istənilən hər an yeyilə bilməkdə sərbəstdir. Lakin pəhrizin işə yaraması üçün ən az 7 dənə peçenye yemək məcburidir. Yanında istənildiyi qədər su içmək olar.

 

Breatharyanizm pəhrizi (günəş işığı yemə pəhrizi)

Bədənin yaşayabilməsi üçün hava, günəş işığı və həyat gücü ehtiyacı vardır- prinsipindən ibarət bu pəhrizi tətbiq edən bir çox insan həyatını itirdi. Bu pəhrizi edənlər heç bir qidaya ehtiyac olmadığını günəş işığı su ya da bitki çayları ilə bəslənirlər. Breatharyen İnstitutunu quran kəslərin hamburqer yedikləri sübut edilincə bu nəzəriyyə çökmüş oldu. İşin maraqlı tərəfi isə hələ də bu institut işləməkdə davam edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir