Ulviyye Efendiyeva

Düşüncə və inanclarımız haqda maraqlı məqamlar

Baxış sayı: 471

Bir insanın gündə zehnindən keçən  əlli min düşüncə vardır. Bir çoxu bir-birinin təkrarıdır. Çoxu özümüzlə əlaqəlidir və 80-90%-i mənfidir. Özümüzü tənqid edirik,başqalarını günahlandırırıq, özümüzü yetərsiz hiss edirik. Məsələn, sənin gözlərin gözəldir, saçların çox qəşəng parıldayır, burnun böyükdür desəm. Bu zaman ağlında qalan, ilişdiyin nöqtə burnunun böyüklüyü olar. Əgər bununla bağlı müsbət düşüncələrə sahibsənsə, gülüb keçərsən. Hirs,inciklik olmazdı. Özünü əsla kiminləsə müqayisə etmə. Başqaları səndən ya daha üstündür,ya daha bacarıqsız. Heç kəs səninlə eyni deyil. Mənfi düşüncənin altında hər zaman bir müqayisə vardır.

  • Müsbət düşünmənin ilk addımı:
  • Özünü olduğun kimi qəbul et,bacarıqlarınla və zəif tərəflərinlə
  • Zəif tərəflərini aşmaq üçün əvvəlcə var olduğunu qəbul et.
  • Olmayan bir şeyi aradan qaldıra bilməzsən.
  • Ortaya çıxarma fürsəti olamayan bir çox bacarığını kəşf et və qəbul et.
  • Hansı mənfi düşüncələrə sahibsən?
  • «hər zaman mən haqlı olmalıyam»
  • Bu inancı mənimsəyən o qədər insan var ki..
  • Dəyişimə,inkişafa əngəl düşüncələrin və inanclarımız vardır. Səni idarə edən mənfi düşüncələrin və inancların nə olduğunu bilmək çox faydalıdır. Bunun üçün siyahı hazırlayın və ya not edin.
  • Hər hansı mövzuda uğur qazandınmı?
  • Bunu bacarmısansa başqa şeyləri də bacarma gücünə sahibsən.
  • «həyatımı istədiyim kimi yönləndirəcək gücə sahib deyiləm.
  • Hər şey düşüncə ilə başlayır. Hər şey əvvəlcə bir düşüncədir,xəyaldır. Düşüncənin keyfiyyəti yaşamın keyfiyyətini bildirir. Düşüncədən daha güclü olan isə xəyal gücüdür. Keçmişdə yaratdığımız inanc,verdiyimiz hökm bütün həyatımıza təsir edir. Bu mövzu belədir, bu bu qədərdir və s. İnanclarla özümüzü sərhədləyirik. Beynimizi kilidləyirik. Bu inanclara əks olan nə qədər yeni fikirlər olsa da beynimiz onları görmür və dəyərləndirməyə almır. Bu kilidlənməni açmaq üçün əvvəlcə yalnışı qavramalıyıq. Əks təqdirdə o inanc və alınan hökm ölənə qədər aktiv qalacaq və gözünün önündəki gerçəyi anlamaz.
  • Görüləcək ən yaxşı iş yeniliklərə açıq olmaqdır. Yaratdığımız inanclarla hüceyrələrimizi öz həbsxanamıza çevirmiş oluruq. Dünyada,kainatda hər an hər şey dəyişir. Biz isə bunlara açıq olsaq, inkiaf edərik.inanclar onlara görə yaşadığımız qanunlardır. İnanclar aktiv olaraq sosial həyatımızı formalaşdırır.
  • İnanclar öz özünə gerçəkləşən kəhanətlər kimidir. Edəcəyimiz şeylərə bəzən icazə verir bəzən isə əngəl təşkil edir. Əgər cana yaxın olduğunuza inanmırsınızsa çevrənizə də öz inanclarınıza görə davranarsınız.
  • Bir şeyi «bacara bilərəm» desən də haqlısan, «bacara bilmərəm» desən də haqlısan. Çünki «bacara bilərəm» dedikdə beynimiz cavaba gedən yolda çarə axtarmağa başlayar, «bacara bilmərəm» dedikdə isə o mövzuda işi dayandırar. Potensialımızın nə qədərini istifadə edəcəyimiz inanclarımıza bağlıdır.
  • İnanclar sinir sisteminə göndərilən əmrlərdir. Heç bir sorğu aparmadan avtomatik tətbiq edilir. İnanclarımızın yaranmasının əsas faktorları:
  • Yaxın çevrə
  • Ana,ata,qardaş bacı
  • Davranışlar

İnancı yaratmağın ən önəmli yollarından biri məlumatdır. Yeni məlumatlara çatmaq,köhnə inancların yerinə daha gerçəkci və  yeni inanclar qoymaq.

  • İnanclardan qurtulmaq üçün hərəkətə keçmək lazımdır. bu sınaqda uğursuz olacağınıza inanırsınızsa, hərəkətə keçin və daha çox çalışın,plan qurun,fokuslanın.

Hərəkətə keçmədikdə:

  • Qərarsızlıq
  • Ertələmə
  • Tənbəllik
  • Qorxunu
  • Bütün mənfi inancları bəsləyib böyüdürük.

Mış kimi etmək… Canlandırılmalar edin. Tutaq ki, çıxış edəcəksiniz. Bunu evdə canlandırın. Eynisini birə-bir canlandırın.

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir