Nuride Cavadova 1

Duyğuların yaddaşınızdakı izi - "NURlu bələdçi"

Baxış sayı: 745

İzlə məni, yolu özün tapacaqsan.

Əziz oxucularım, keçən məqaləmizdə duyğuların rəngindən danışdıq. Hər bir duyğunun öz rəngi, özünəməxsus verdiyi hiss, özünə uyğun verdiyi əhval-ruhiyyəsi var. Bu mövzuların hər birinə növbəti məqalələrimdə daha geniş şəkildə bir-bir yer verəcəm. Bu gün isə biz niyə bəzi məqamlarda haldan-hala düşürük, durduq yerə gah kefimiz yaxşı olur, gah da pis oluruq. Bəzən bir qoxu, bir rəng, bir musiqi, bir səs bizi bizdən uzaqlaşdıra bilir sanki.

Ya kədərlənirik, ya da özümüzdən asılı olmayaraq üzümüzdə təbəssüm yaranır. Bu bilrsiniz nədir?

Bu duyğuların izidir, özü də yaddaşımızdakı izi.

Sizin də yaddaşınlzda duyğularınızın izi var. Bu izlərin nə olduğunu biləndə həyat daha da asanlaşır. Sənə lazım olmayanı özündən uzaqlaşdırmağa çalışaraq sənə pis, neqativ enerji yükləyən o izin gününü bərbad etməsinə icazə vermirsən.

Duyğuların yaddaşımızdakı izi: Keçmişinin izləri  və gələcəyimizin rəngləridir (duyğularımız)

Dediyim kimi, bəzən bir qoxu, bir musiqi və ya təsadüfi eşitdiyimiz bir söz bizi illər əvvələ aparır, o anları yenidən yaşadır. Bəlkə uşaqlığınızın sevinclə dolu küçələri, bəlkə də gəncliyinizin çətin, amma unudulmaz günləri gözləriniz önündə canlanır. Anlar keçib gedir, amma onların qəlbimizdə və beynimizdə buraxdığı izlər qalır. Bu izlər nədir? Niyə bəzi duyğular bizdən asanlıqla uzaqlaşmır, bəziləri isə niyə illərlə çiynimizdə daşıdığımız ağır bir yükə çevrilir?

 

Keçmişin ağırlığı adını verdiyimiz unutmadığımız hisslər.

Hamımızın yaddaşında dərin iz buraxan xatirələr var. Uşaqkən valideynlərimizin təsadüfən dediyi bir cümlə, sevilən bir dostla yaşanan məqamlar, sevib qovuşa bilməmək, arzulayıb əldə edə bilməmək, xəyanətə uğramaq və ya kədərli bir itki…, və s.

Bunlar yalnız bir xatirə olaraq qalırmı? Əslində yox! Bu hisslər zamanla bizim şəxsiyyətimizi formalaşdırır, qərarlarımızı yönləndirir, hətta bəzən bizi qorxu və tərəddüd içində buraxa bilir. Özümüz də bilmədən bu təcrübələrin verdiyi hisslərlə beynimizdə bir proqram yaradılır və əzələ yaddaşımıza həkk olur.

Gəlin düşünək: Heç uşaqlıqda yaşadığınız bir hadisə indiki münasibətlərinizə təsir edibmi? Kiməsə güvənməyiniz və ya güvənsizliyiniz haradan gəlir?

Və ya səbəbsiz yerə qorxuların varmı? Bu haqda düşünün.

İndi isə sevinc, üzümüzdə yaranan təbəssümün izlərinə baxaq. Keçmişə bu tərəfdən Yenidən baxış  keçirək

Xoş xatirələr, gözəl anlar isə insan həyatında başqa cür iz qoyur. İlk sevinc dolu gününüzü, uğurlarınızı və ya sadəcə sevdiyiniz bir musiqinin arxa fonunda oynadığı o qayğısız anları yadınıza salın. Hansısa arzunuza çatdığınız o gözəl günü xatırlayın. Nə hiss etdiniz?

O anar bizi bu gün də güclü, sevinc dolu və motivasiyalı edir. Duyğuların yaddaşımızda saxladığı müsbət izlər bir çətinə düşdükdə, çıxış yolumuz olmadıqda belə anında güvəndiyimiz sığınacağa çevrilir. Bu gücün hardan gəldiyini belə hiss etmirik, ancaq bacaracağımıza dair bir inam hissi gəlir, ruhdan düşmürük. Belə hallarda təbii ki, uğurlu olmağımız danılmazdır. Çünki inanaraq addım atılan hər işin sonu uğrlu nəticələnir. Düzdür, istisna hllarda var ki, hər zaman belə olmur. Olmasa belə, əsas məqam ondadır ki, insan ruhdan düşmür. Uğursuzluğa baxmayaraq insan yenidən cəhdlər etməkdən çəkinmir və istədiyini mütləq əldə edir

Duyğuların gələcəyə təsiri: Keçmişdəki duyğuların sevinc və kədər izindən qısa da olsa danışdıq. Bəs biz nə edə bilərik?

Bəs keçmişin ağırlığı bizi geri çəkirsə, nə etməliyik? Əvvəlcə öz duyğularımızı dinləməyi öyrənməliyik. Hər bir xatirə bizə bir mesaj verir. Həyatınızı izləyin və özünüzə sual verin: “Bu hiss mənə nə deyir? Onunla necə barışa bilərəm?”

Keçmişi qəbul etmək, orada ilişib qalmamaqdır. Həyat bir ağac kimidir, köklər keçmişə bağlı olsa da, yeni yarpaqlar gələcəkdə cücərir.

 

Sizə bir sual vermək istərdim:

Bəs sizin yaddaşınızda ən dərin iz buraxan hiss hansıdır? Hansı xatirə sizi dəyişdi, sizi bugünkü siz etdi? Bu haqda biraz düşünün.

Bu haqda bir rəy yazın və öz keçmişinizdən bir anı bizimlə bölüşün. Çünki hər bir duyğu paylaşanda yüngülləşir və başqalarına da təsir edərək güc verir. Paylaşımınızla həm siz yüngülləşmiş olacaqsınız, həm də başqalarına güc vermiş olacaqsınız.

Unutmayın, hisslərimizi bölüşmək özümüzü daha yaxşı anlamağın və başqalarına daha yaxın olmağın yoludur. Bəlkə sizin xatirəniz başqalarının həyatında bir iz buraxar.

Rəy yazmağa hazırsınız? O zaman paylaşın, keçmişin səslərini birgə dinləyək.

 

Psixoloq Nuridə Cavadova




18 şərh “Duyğuların yaddaşınızdakı izi – “NURlu bələdçi”

  1. İlahə

    Keçmişdə yaşadığım kədərli bir anı hələ də unutmaqda çətinlik çəkirəm. Bu yazı mənə həmin hissləri qəbul etməyi və onlarla barışmağı öyrətdi. Həyatda hər şeyin bir səbəbi varmış kimi görünür və bəzən bu keçmiş təcrübələr bizi daha güclü edir.

    Cavabla
  2. Aysel

    Öz keçmişimdən çox ağır anlarım var, amma indi onların mənə verdiyi gücü və dərsləri daha yaxşı başa düşürəm. Məncə, insan öz keçmişindən qaçmamalı, əksinə ondan dərs almalıdır.

    Cavabla
  3. Samirə

    Salam. Çox gözəl paylaşımdır , çox bəyəndim. Sizin paylaşımlarınız mənim həyatımda xoş dəyişikliklər yaradır. Sizin də qeyd etdiyiniz kimi bəzən fərqinə varmaq lazımdır ki , bu da həmin problemi həll edir.

    Cavabla
  4. Ramin Əliyev

    keçmişdə yaşadığım bəzi travmaların və kədərli xatirələrin mənim psixologiyamda çox böyük təsir yaratdığını hiss edirəm. Hətta bəzən həmin xatirələr, gələcəkdə yeni münasibətlər qurarkən və ya qərarlar qəbul edərkən qərarsızlıq yaradır. Bu yazı mənə öz duyğularımı qəbul etməyin vacibliyini və onlarla necə başa çıxmağın yollarını xatırlatdı. Həqiqətən də keçmişin izlərindən qurtulub gələcəyə doğru addımlamağa çalışmalıyıq. Mənim də hələ unuda bilmədiyim bəzi anlar var, amma məqalədə qeyd etdiyiniz kimi, bu izlərlə barışmağa və onları həyatımda müsbət istiqamətə yönəltməyə çalışacağam. Bu yazı məni çox düşündürdü, təşəkkür edirəm.

    Cavabla
  5. Hüseyn

    Bir dəfə çox yaxın olduğum bir dostum məni xəyanət etdi və o hadisə həyatımı çox dəyişdi. İndi bəzən hələ də həmin hadisə beynimdə qalıb və münasibətlərə qarşı həssas olmağa başlayıram. Bu məqalədə dediyiniz kimi, bəzən keçmişdə yaşadığımız kədərli anlar bizə bağlanıb qalır. Amma eyni zamanda, yaxşı xatirələrimiz də bizi gücləndirir və müsbət enerjini gətirir. Məqalənin sonunda dediyiniz “keçmişi qəbul etmək, orada ilişib qalmamaqdır” fikri çox doğru və mənə dəyərli bir mesaj verdi. Bu fikri mən həyatımda tətbiq etməyə çalışacağam.

    Cavabla
  6. Fidan Əliheydərova

    Mənim ən dərin iz buraxan xatirəm, uşaqlıqda valideynlərimlə yaşadığım bir anı ilə bağlıdır. Bir dəfə çox çətin bir vəziyyətdə idim və hiss edirdim ki, heç bir şeyim yoxdur. Amma anamın dediyi bir söz, o an mənim dünyamı dəyişdi: “Heç vaxt ümidini itirmə, hər zaman bir çıxış yolu var”. O andan sonra həyatımı çox daha müsbət şəkildə görməyə başladım və heç vaxt özümü itirməməyə çalışdım. İndi bu sözü başqalarına da deyirəm, çünki hər kəsin bir dəstəyə ehtiyacı var. Paylaşımlarınız həqiqətən dəyərli və mənim üçün çox təsir edicidir.

    Cavabla
  7. Emin Quliyev

    Mənim yaddaşımda ən dərin iz buraxan anım, bir yaxın dostumu itirdiyim gündür. O, mənim üçün çox önəmli bir insandır və onun itkisi mənim həyatımı dəyişdirdi. Bu anı yaşadıqdan sonra öyrəndim ki, həyatda hər anın dəyərini bilmək və insanlara yaxşı münasibət göstərmək çox vacibdir. O zaman itirdiyim dostumun xatirəsi, mənim hər gün daha yaxşı bir insan olmağımı təmin etdi. Hər zaman onu yad edirəm və bu, məni motivasiya edir. Keçmişin izi ilə barışmaq və onu gələcəyə daşımaq insanı daha da gücləndirir. Paylaşdığınız bu yazı çox təsirli oldu. Təşəkkürlər!

    Cavabla
  8. Tərlan

    Mənim yaddaşımda ən dərin iz buraxan anım, uşaqlıqda valideynlərimin mənə verdiyi həyat dərsləridir. Xüsusən, bir gün mənim çox sevdiyim bir oyuncağımı itirdiyim zaman, atamın mənə dediyi sözlər yadımda qalıb: “Həyat heç vaxt tək bir şeydən asılı olmur, həmişə irəliləməliyik”. O an çox kədərlənmişdim, amma atamın bu sadə sözləri mənə çox böyük güc verdi. Bu xatirə mənim həyatımı dəyişdirdi və hər dəfə çətinliklə qarşılaşanda bu sözləri xatırlayıram. Bu cür paylaşımlar başqalarına da güc verir. Bir-birimizə belə dəstək olmaq çox əhəmiyyətlidir.

    Cavabla
  9. Bilal

    Mənə görə belə bir xatirə, ilk dəfə bir işdə uğursuz olduğum gündür. Həmin gün mən çox sarsıldım və dünyam qaraldı. Amma sonra anladım ki, uğursuzluq sadəcə dərsdir və insanı daha da gücləndirir. O an mənim üçün çox çətin olsa da, həyatıma yeni bir perspektiv gətirdi. İndi həyatda heç bir uğursuzluğa görə qorxmuram və hər çətinliyi bir şans olaraq görürəm. Bu yazı və sual mənim üçün çox dəyərli oldu. Öz keçmişimi qəbul etməyi öyrəndim və bu paylaşımı yazmaq mənə çox rahatlıq verdi.

    Cavabla
    1. Nuridə

      Faydalı oldumsa, nə xoş mənə! Rəyləriniz üçün hər birinizə təşəkkür edirəm. Dəstəyiniz mənə motivasiya verir və daha faydalı məqalələr yazıb sizinlə paylaşmaq üçün ilham qaynağı olur.

      Cavabla
  10. Faiq Məmmədov

    bir dəfə iş yerində çox böyük bir səhv etdiyim və bütün kollektivin mənə qarşı güvənini itirdiyi an oldu. O vaxt yaşadığım təcrübe məni çox sarsıtdı, amma zamanla anladım ki, insanlar səhv edə bilər və bu, onların özlərini inkişaf etdirmələri üçün bir fürsətdir. O andan sonra səhvlərdən qorxmaq əvəzinə onlardan dərs alaraq daha güclü oldum. İndi bu təcrübə mənə həyatımda hər addımımı daha diqqətlə atmağı öyrədib. Hisslərinizi bölüşmək və keçmişin izlərini tanımaq insanı həqiqətən müsbət istiqamətə aparır.

    Cavabla
  11. Xəyalə

    19 yaşım var. Mən hələ gənc olduğum üçün keçmişə dair çox dərindən düşünməzdim, amma məqaləni oxuduqdan sonra başa düşdüm ki, bəzi hisslər və izlər bizə gələcəkdə çox təsir edə bilər. Məsələn, uşaqkən çox sevinc dolu bir gün keçirmişdim və o anı heç vaxt unutmamışam. Həmişə o anı xatırlayaraq özümə güc verirəm. Bu yazı mənə daha çox keçmişimi qiymətləndirməyi və ondan faydalı dərslər götürməyi öyrətdi.

    Cavabla
  12. Mirzə

    Məqalədəki fikirlər çox doğrudur. Mənim də uşaqlıqda yaşadığım bəzi travmalar indi həyatımın bəzən müəyyən sahələrinə təsir edir. Özümü bəzən izah etməkdə çətinlik çəkirəm, amma yazıda dediyiniz kimi, öz keçmişimi qəbul etdikcə, daha rahat oluram. Keçmişdəki mənəvi yükdən azad olmaq insanı daha da gücləndirir. Bəlkə də bu yazı çox insanın həyatına dəyişiklik gətirər.

    Cavabla
  13. Bilal

    Saytı çoxdan izləsəm də. sizn yazını yeni görürəm. Yəqin son vaxtlar yazırsınız, amma faydalı olduğunuzu demək olar. Şərhləri oxuduqca tək mənim üçün belə olmadığını görmək olur. Təşəkkür düşür sizə

    Cavabla
  14. Zakir

    həmişə keçmişdəki xatirələrə görə bir az sanki “bloklanmış” hiss etmişəm. Bəzi anlar, xüsusən də uşaqlıqda yaşadığım bir neçə çətin vəziyyət, mənim münasibətlərimə və qərarlarıma təsir edib. Məsələn, uşaqkən çox güvəndiyim bir insana xəyanət etmişdilər və bu, mənim indiki güvən problemlərimi izah edir. Amma məqalədə dediyiniz kimi, bu keçmişi qəbul etmək və irəliləmək vacibdir. Hər dəfə keçmişə qayıtdığımda onu yalnızca bir dərs kimi qəbul etməyə çalışıram.

    Cavabla
  15. Ayxan

    Yaxın bir adamla mübahisə etmişdim. Həmin vaxt o qədər qəzəblənmişdim ki, dostumla danışmağa belə ürəyim olmurdu. Amma zamanla o anı düşünüb anladım ki, insanlar arasında anlaşılmazlıqlar hər zaman ola bilər, amma qarşılıqlı hörmət və səmimiyyət bu əlaqələri qurur. Bu an mənim həyatımda çox şeyi dəyişdi və bu təcrübə mənə insanlarla münasibətlərin nə qədər qiymətli olduğunu öyrətdi. İndi bu yazı mənə o xatirəni xatırlatdı və düşünməyə vadar etdi ki, keçmişin izləri bizim inkişafımıza nə qədər təsir edir.

    Cavabla
  16. Elnaz Paşayeva

    keçmişimiz bizim kim olduğumuzu formalaşdırır, amma onun üzərində “qalıb” qalmaq da doğru deyil. Mənim ən dərin iz buraxan anım uşaqlığımla bağlıdır. Sevdiyim bir insanı itirmişdim, bu mənə çox ağır gəlmişdi, amma məqalənizdə dediyiniz kimi, zamanla bu ağır xatirə mənim gücümə çevrildi. İndi, heç vaxt gözləmədiyim anlarda o gücü tapıb həyatda irəliləyirəm.

    Cavabla
  17. Səyyaf

    Mənim üçün iz buraxan ən dərin xatirə, ilk dəfə çox yaxın bir dostumla ayrıldığım gündür. O zaman hiss etdiyim boşluq və kədər hələ də mənimlədir. Amma bu ayrılıq mənə böyük bir dərs verdi: İnsan bəzən sevdiyi insanları itirsə də, öz yolunu tapmalıdır. O zaman yaşadığım çətinliklərdən sonra həyatımda çox şey dəyişdi. Özümə daha çox diqqət etməyə başladım və daha çox öz gücümdən istifadə etməyə öyrəndim. İndi başqalarına da güvənməyi öyrənmişəm və həyatımda daha sağlam əlaqələr qururam. Hisslərimizi paylaşmaq, başqalarına da bir işıq ola bilər

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir