tort

Duzlu keks necə hazırlanır? - "ŞİRİN SÜFRƏ"

Baxış sayı: 348

“Gencaile.az” saytının instagram sosial şəbəkəsindəki “my_sweet_house_1” səhifəsinə istinadən təqdim etdiyi “Şirin süfrə” rubrikasında sizə duzlu keksin hazırlanma qaydasını təqdim edirik.

 

Tərkibi:

3 ədəd yumurta

1 stəkan bitki yağı

1 stəkan qatıq

2 xörək qaşığı qarğıdalı unu

2 stəkan un

1 paket qabartma tozu

1 xörək qaşığı şəkər tozu

1 çay qaşığı duz

1 ədəd şirin bibər

10 ədəd qara zeytun

1 stəkan xırdalanmış feta pendiri

Bir çimdik xırda doğranmış cəfəri

Bir çimdik xırda doğranmış şüyüd

duzlu keks

Hazırlanma qaydası:

Qırmızı bibər kiçik kublar şəklində doğranılır. Zeytunlar, şüyüd və keşniş incə-incə doğranılır və pendir ovalanır. Yumurta, şəkər və duz mikserlə köpüklənənə qədər qarışdırılır. Duru yağ və qatıq əlavə edilir və mikserlə qarışdırılmağa davam edilir. Buğda unu, qarğıdalı unu, daha sonra isə bibər, zeytun və göyərtilər əlavə edilir, spatula ilə keks xəmiri qarışdırılır. Keksi bişirəcəyimiz qab yağlanır, qarışım qaba əlavə edilir və üzərinə küncüt səpilir. Öncədən isidilmiş 170 dərəcə sobada (alt-üst rejimdə) 55 dəqiqə bişirilir. Nəzərdə saxlayın ki, bu müddət hər soba üçün fərqli ola bilər, bu səbəbdən 45 dəqiqə sonra keksin bişməsinə nəzarət edin. Keksi sobadan çıxarandan sonra soyumasını gözləmək lazımdır. Daha sonra dilimlənir və servisə hazır edilir.

 

 

Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.

https://www.instagram.com/my_sweet_house_1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir