-1109f873155539737564647419710454528

Elmin açıqlaya bilmədiyi hadisələr

Baxış sayı: 363

Bəşəriyyət elmə inanmağa çoxdan adət edib. Elm bu gün bir çox sirləri tapıb, lakin elə hadisələr var ki, elm onu hələ də müəyyən edə bilməyib. Ola bilər ki, gələcəkdə bu fenomen hadisələrə aydınlıq gətiriləcək. Lakin hazırda bu kimi hadisələr insanları təəccübləndirməyi bacarır.

 

Kliniki ölüm

Həyatlarında bir dəfə kliniki ölüm keçirmiş insanların bəziləri qaranlıq bir tuneldə yol alıb, sonda isə ağ işığa qovuşduqlarına dair hekayələr danışarlar. O biri dünyaya şübhə ilə baxanlar sözügedən mövzunun travma keçirmiş bir beynin bir sıra xəyallar gördüyünü qeyd edirlər. Buna görə də ölümdən sonrakı həyat anlayışı hələ də sirr olaraq qalır.

olum

Ruhlar

Ruhların varlığı haqqında ciddi bir sübut yoxdur. Hələlik onları gördüyünü, söhbət etdiyini, şəkillərini çəkdiyini söyləyən xeyli insan var. Ancaq elm hələ ki, bu varlığı sübuta yetirməyib.

Deja-vu

Deja-vu

Fransız sözü olan “deja-vu” Azərbaycan dilinə tərcümədə “daha öncə görülmüş” mənasını verir. İnsanların demək olar ki, 97%-i bu hadisə ilə qarşılaşırlar. Xüsusi bir xatirə olaraq düşünülür və nə vaxtsa bu hadisəni görmüş olduğunuzu hissetmə halıdır. Hər kəsin həyatında bir və ya bir neçə dəfə yaşadığı bu hiss təəccüblü, anlaşılmaz sehirli və tükürpədicidir. Alimlər deja-vu ilə əlaqədar bəzi açıqlamalar verməyə çalışsalar da, bu sehirli hissin səbəbi hələ də sirr olaraq qalır.

yadplanetli

Uçan boşqablar

Bəli, uçan boşqablar var. Çünki dünyanın hər yerində səmada nə olduğu bilinməyən bir sıra obyektlər göründüyünü iddia edənlər var. Amma bu obyektlərin əslində bir təyyarə, yoxsa həqiqətən də bir Kosmos gəmisi olduğu bilinmir. Məhz buna görə də bu məsələnin sirri heç cür açılmır.

Psixi guc

Psixi güc

Həm Şərqdə, həm də Qərbdə bir sıra insanlar psixi güclərə inanırlar. Bu günə kimi psixi gücləri olduğunu deyənlər alimlər tərəfindən test edilib. Hər dəfə də ya heç nə edə bilməyiblər, ya da ediblərsə, nə isə şübhəli qalıb. Altıncı hissin gücünə inanan adamlar hələ tam dəqiqliyi ilə bu hissin sübutunu elmə aça bilməyiblər.

 

Könül Cavid




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir