TOY

Enən xidmət keyfiyyəti, azalan personal sayı və bahalaşan menyu

Baxış sayı: 215

Bakıda şadlıq saraylarında qiymətlər orta hesabla 6 faiz bahalaşıb. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Mərkəzin aprel və mayın ilk yarısı üçün apardığı monitorinqlərə əsasən, sözügedən müddətdə şadlıq saraylarında sifarişlərin sayı 72.0 % azalıb.

Bu, Ramazan ayında və daha sonra may ayında toyların sayının kəskin azalması ilə əlaqələndirilir. Eyni zamanda qeyd olunan müddətdə qiymət və keyfiyyət üzrə monitorinq aparılıb. CESD-nin montironqinə görə, aprel və mayın birinci yarısında toy və şənliklərin sayının azalmasına baxmayaraq menyuların qiyməti orta hesabla 6 faiz bahalaşıb. 40 manatadək olan menyularda qiymət artımları 4 faiz, 40-80 manat arasındakı menyularda 6 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 8 faiz olub.

Monitorinqlər zamanı xidmət keyfiyyətinin azalması müşahidə edilib. Belə ki, ötən müddətdə personalın sayında müşahidə edilən azalma xidmətin keyfiyyətinin aşağı düşməsinə səbəb olub.

Apardığımız araşdırma zamanı menyuların qiymətində 20-40 manat civarında bahalaşma olduğu üzə çıxıb.

 

Menyuların qiyməti bahalaşıb

“Vercal Palace” şadlıq sarayından bildirildi ki, hazırda menyuların qiyməti 70 manatdan başlayır. Şadlıq vinin adminstratoru qiymətlərin 120 manatdək dəyişdiyini bildirib. Onun sözlərinə görə, pandemiyadan sonra 50 manata təklif olunan menyuların qiyməti 70 manat olub.

Adminstrator menyuların qiymətinin artmasını ərzaq məhsullarının bahalaşması ilə əlaqələndirib. Bildirib ki, ərzaq məhsullarının son aylar bahalaşması avtomatik menyuların qiymətini artırıb: “Hazırda bizdə ən ucuz menyu 70 manatdır. 90 manata da toy menyumuz var, 120 manata da. Qiymət menyuda yeməklərin çeşidinə görə dəyişir”.

“Pluton Hall”-da başlanğıc menyu qiyməti 45 manatdır. Restorandan bildirdilər ki, ərzaq məhsullarının bahalaşması qiymətlrə təsirsiz ötüşməyib.

 

Meyvə-tərəvəzin baha olması da menyuya təsirsiz ötüşməyib

“Meridian Palace” şadlıq evində isə toy menyularının qiyməti aşağısı 75 manatdan başlayır. Burada 85 manata da menyu təklif olunur. Restorandan bildirdilər ki, əgər toy yay aylarına düşsə menyuda qiyməti qismən aşağı salmaq olar: “Hazırki qiymətlərlə menyu 75 manata başa gəlir. Çünki, meyvə tərəvəzdən tutmuş ərzaq məhsullarına qədər qiymətlərdə bahalaşma var. Yayda qiymətlər qismən endiyindən, yay aylarında menyunun qiymətini qismən ucuzlaşdırmaq olar”.

toy

Daha 30 manatlıq menyu yoxdur!

“Hollywood Saray” da isə 100 manatlıq menyunun qiyməti 120 manat olub. Adminstrator qiymət artımını ərzaqların bahalaşması ilə əlaqəli olduğunu bildirdi. O, toyda bəzi xidmətlərin menyudan çıxardıldığını söylədi: “Videonu toy sahibi özü danışmalıdır. Ərzaqların qiyməti baha olduğundan bizdə ən ucuz menyu hazırda 120 manatdır”.

Əlaqə saxladığımız bəzi restoranlar qonaq sayı çox olduqda menyu qiymətlərinə endirim etdiklərini bildirdilər. Amma bu da yüksək məbləğ deyil. Məsələn, 45 manatlıq menyu 40 manata qədər ucuzlaşa bilər. Daha 30 manatlıq əvvəlki yemək çeşidi ilə menyu tapmaq isə mümkün deyil.

 

Qiymətlər 20-40 manat bahalaşıb

“Simfoniya Hall” da da başlanğıc menyu 120 manatdan başlayır. Əlaqə saxladığımız şadlıq evlərindən menyuların ən azı 20-40 manat arasında bahalaşdığını bildirdilər.

Amma qiymət artımı restoranlara təlabatı azaltmayıb. Əlaqə saxladığımız şadlıq evlərindən bu həftəsonu yerlərinin hələ iki ay əvvəldən tutulduğunu bildirdilər.

Şadlıq evlərinin adminstratorları ərzaq məhsullarının qiymətində bahalaşma bu templə davam edərsə qiymətlərin ucuzlaşmasını gözləməyin yersiz olduğunu bildirdilər.

eyyub huseynov

Tələb təklifi üstələyir

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirir ki, şadlıq evlərinin menyunun qiymətini bahalaşdırması səbəbsiz deyil. E. Hüseynov son aylar ərzaq məhsullarının qiymətində baş verən bahalaşmanın həm şadlıq evlərində, həmçinin də digər restoranlarda qiymətə təsir etdiyini bildirib. E. Hüseynov deyir ki, ərzaq məhsullarının qiyməti bahalaşdıqca menyu qiymətləri də artmaqda davam edəcək.

Həmsöhbətimiz bildirir ki, qiymətlərin artmasının şadlıq evlərində xidmətlərə təlabatı azaltdığı barədə məlumatlar inandırıcı görsənmir. Birlik sədri hazırda şadlıq evi biznesində tələbin təklifi üstələdiyini, bunun isə menyu qiymətlərinə təsir etdiyini söyləyib.

 

Müştəriyə menyu seçməyə icazə verilmir

AİB sədri deyir ki, şadlıq evləri sahibləri müştərilərin azad seçim hüququnu tanımır. Hətta kobud şəkildə pozurlar. Onlar müştəriyə azad menyu seçimi imkanı yaratmırlar.

 

Şadlıq evləri qiyməti diktə edir

E. Hüseynovun sözlərinə görə, Birlik tərəfindən şadlıq evləri üçün standartlar hazırlansa da, Nazirlər Kabineti tərəfindən rəsmi qaydaların, müqavilə şərtinin təsdiqlənməsinə ehtiyac var. E. Hüseynov bildirir ki, şadlıq evlərində istehlakçının seçim hüququ yoxdur. Toya bir gün qalmış şadlıq evləri şərtlərini diktə edirlər. Şadlıq evlərində istehlakçı hüquqlarının pozulması hallarına çox rast gəlinir.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir